Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kollektor
Direktor
Direktor aşağıdakı mənalara istinad edə bilər:
Alektor
Alektor (q.yun. Ἀλέκτωρ) — qədim yunan mifologiyasında Anaksaqoridlər sülaləsindən olan Arqos padşahı. Padşahlığın üçdə birini atası Anaksaqora miras qoymuşdur. Kahin və həkim Melampod Arqolida qadınlarını dəlilikdən sağaltdıqdan sonra Anaksaqor ona padşahlığın üçdə ikisi üzərində güc vermişdir. Alektor mülklərin qalan üçdə birində atasının yerinə keçmişdir.
İcraçı direktor
İcraçı direktor — şirkətin rəhbərlərindən biri, direktor və baş direktor vəzifələrinə uyğundur. Bəzi şirkətlərdə bu vəzifələr paralel fəaliyyət göstərir.
Tele-direktor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Tele direktor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Alektor (şəhər)
Alektor və ya Alektora — e.ə. III–I əsrlərdə müasir Oçakov şəhərinin ərazisində yerləşən qədim yunan şəhər-koloniyası. Koloniyanın ərazisində ilahə Demetranın məbədi var idi. Tarixi məlumatlara görə, Alektorun əhalisi yunanlar və məskunlaşmış sarmatlardan ibarət idi.
Baş icraçı direktor
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri: CEO) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
Mehdi Abbasov (direktor)
Mehdi Abbasov (tam adı:Mehdi Əli oğlu Abbasov, d.1898, İrəvan-v.1979, Bakı) — dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (II) direktoru. == Həyatı == Mehdi Əli oğlu Abbasov 1898-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində pinəçi ailəsində anadan olmuşdur. 1909-1911-ci illərdə İrəvan şəhərindəki Rus-Tatar məktəbində, 1911-1913-cü illərdə isə şəhər ibtidai məktəbində təhsil almışdır. 1912-ci ildə anası, 1913-cü ildə isə atası vəfat edən Mehdi Abbasov təhsilini yarımçıq qoyaraq, çörək pulu qazanmaq üçün işləmək məcburiyyətində qalmışdır. Əmək fəaliyyətinə 1913-cü ildə İrəvandakı quberniya nəşriyyatında cildçi-fəhləlikdən başlamışdır. 1916-1917-ci illərdə nəşriyyatda usta köməkçisi işləmiş, 1917-1918-ci illərdə isə şəhər məhkəməsində katiblik etmişdir. Erməni daşnaklarının 1918-ci ildə şəhərdə törətdiyi vəhşiliklər nəticəsində yerli əhalinin yaşayış səviyyəsi ağırlaşdığına görə doğma şəhərini tərk edərək, əvvəlcə Tiflis şəhərinə, oradan da Gəncə şəhərinə gəlmişdir. Bir müddət yeməkxanada çayçı, 1919-cu ildən isə Xankəndində yerləşən Atıcı diviziyasında katiblik etmişdir. Diviziyanın mollası Mirzə Cəlal və xəstəxananın baş həkimi Marqulisin köməkliyi ilə 1920-ci ildə Xankəndinə gələn, dövrünün tanınmış inqilabçıları Çingiz İldırım və Serqo Orconikidze ilə tanış olmuşdur. Bu görüşdən az sonra ona Şuşa şəhərində yerləşmiş hərbi komissarlıqda katiblik işini aparmaq tapşırılmışdır.
Tofiq Heydərov (direktor)
Əli bəy Direktor
Əli bəy Direktor (1844 – 1899) — Türkiyə yazıçısı. == Həyatı == Əli bəy Direktor 1844–cü ildə İstanbulda doğulmuşdur. Məmurluğa ilk dəfə Babiali tərcümə şöbəsində başlamışdır. Karantin idarəsində də işləmişdir. 1899-cu ildə İstanbulda vəfat etmişdir. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.35-36.
Alektor (Arqos padşahı)
Alektor (q.yun. Ἀλέκτωρ) — qədim yunan mifologiyasında Anaksaqoridlər sülaləsindən olan Arqos padşahı. Padşahlığın üçdə birini atası Anaksaqora miras qoymuşdur. Kahin və həkim Melampod Arqolida qadınlarını dəlilikdən sağaltdıqdan sonra Anaksaqor ona padşahlığın üçdə ikisi üzərində güc vermişdir. Alektor mülklərin qalan üçdə birində atasının yerinə keçmişdir.
Ruslan Əliyev (baş direktor)
Əliyev Ruslan Yusif oğlu (13 sentyabr 1978, Yevlax) — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin sabiq Baş direktoru, Texnika üzrə Fəlsəfə doktoru. == Həyatı == Ruslan Əliyev 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub. Evlidir, 3 övladı var. == Təhsili == 1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib. 1999–2001-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik elektrik stansiyaları" ixtisası üzrə ali peşə istiqaməti üzrə magistr dərəcəsi bitirib. 2004–2007-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında "İstilik energetikası" ixtisası üzrə aspirantura təhsili almışdır. 2011–2014-cü illər — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə bakalavr dərəcəsi bitirib. 2016–2020-ci illər — Azərbaycan Memarlıq və İnşaat Universitetində Elmlər doktoru proqramı üzrə dissertantura təhsili almışdır. 2021–2022-ci illər — University of Oxford The Oxford Executive Leadership Programme 2021 üzrə sertifikat almışdır. 2022–2022-ci illər — SDA Bocconi Scholl of Management General Management program üzrə online kurs keçmişdir.
Neft və qaz üçün kollektor olan süxurlar
Neft və qaz üçün kollektor olan süxurlar - Neftin və qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki (süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü kimi, neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir. == Ümümi məlumat == Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və metamorfik olur. Çökmə süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və s. nəticəsində əmələ gəlir. == Çökmə süxurlar == Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb, müxtəlif ölçülü parçalar və qırpıntılar əmələ gəlir. Çaylar bu süxur parçalarını və qırıntılarını gətirib dənizlərə tökür.