Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gicitkan
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. == Ümumi məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
Adi gicitkan
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. == Əsas məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
Dalamaz gicitkan
İkievli gicitkan
İkievli gicitkən (lat. Urtica dioica) — gicitkən cinsinə aid bitki növü. Urtica dioica L. Hündürlüyü 130 sm-ə qədər, gövdəsi düzduran, yandırıcı tüklərlə örtülü, əsasən tüklər buğumlarda sıxdır, sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları yumurtaşəkilli-ürəkşəkilli və yaxud uzunsov-neştərvaridir, sivri, kənarları uc hissəyə doğru əyilmiş mişarvari dişlidir, üst tərəfdən daha tünd, səpələnmiş yandırıcı tüklərlə örtülmüşdür. Yalancı zoğları 12 mm-ə qədər olub, sərbəstdir, uzunsovdur. Çiçək qrupu qoltuqdadır, süpürgəvari, yarpaq saplağından çox uzundur, tüklərlə sıx örtülüdür. İkievli bitkidir. May May-Sentyabr Azərbaycanın bütün rayonlarında. Ovalıqdan yuxarı dağ qurşağına qədər. Yaşayış yerlərinə yaxın, hasarların dibində, meşə kənarında, kəsilmiş meşələrdə, bağlarda, kolluqlarda, dağlarda lava dağılan yerlər üçün xarakterdir.
Kilian Mbappe
Kilian Mbappe Lottin (20 dekabr 1998[…], Paris) — İspaniya La Liqası təmsilçisi olan Real Madrid klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Gənclik karyerası === Mbappe öz karyerasına Bondi klubunda start vermişdir. Atası Vilfrid onun baş məşqçisi olmuşdur. Mbappe məşhur Klayrefonteyn akademiyasına daxil olduqdan sonra bir sıra klub tərəfindən izlənilməyə başladı. Uğurlu çıxışlarından sonra bir sıra Fransa klubları, Real Madrid və Valensiya klubu onunla müqavilə imzalamağa cəhd göstərdi. Ancaq Mbappe Monako klubu ilə müqavilə imzaladı. === Monako === ==== 2015–16 mövsümü ==== Mbappe Liqa 1-də debütünü Monako klubu ilə 2 dekabr 2015-ci ildə etmişdir. O, 88-ci dəqiqədə Kann klubu ilə qarşılaşmada Fabio Koentraonu əvəz etmişdir. Həmin görüşdə Monako Liqa 1 görüşündə Kann ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. Oyuna 16 yaş 347 günlüyündə çıxan Mbappe Monako klubunda meydana daxil olan ən gənc futbolçu kimi tarixə düşdü.
Yan Kilian
Yan Kilian (y.sorb Jan Kilian, ing. John Kilian) — Lüteran pastoru, ABŞ-nin Texas ştatının Serbin şəhərindəki Sorb koloniyasının rəhbəri idi. Yan Kilian 22 mart 1811-ci ildə Hochkirch şəhəri yaxınlığındakı Delani kəndində Matekets ailəsindən anadan olmuşdur. On yaşında atasını itirir və onu əmisi Yan Matejka Neçin kəndində böyütməyə başlayır. Orta təhsilini Rachlau və Bautzen gimnaziyalarında alıb, daha sonra Leypsiq Universitetinin ilahiyyat fakültəsinə daxil olub. 1834-1837-ci illərdə Hochkirchdəki Lüteran kilsəsinin pastoru olub. Əmisinin ölümündən sonra Kotetsy kəndində kilsənin rektoru olur. 1848-ci ildən Şərqi Prussiyanın Veigersdorf şəhərində xidmət etmişdir. 1854-cü ildə o, Şərqi Prussiya və Saksoniyadakı Lüteran kilsələrindən olan 558 nəfərlik qrupa rəhbərlik edir və "Ben Nevis" gəmisi ilə ABŞ-yə yollanır və Ostindən təxminən 80 kilometr şərqdə Sorb koloniyasını qurur. 25 mart 1854-cü ildə onun rəhbərliyi altında Lüteran kilsəsi yaradılır və bu, Lüteran Birliyinin "Lüteran Kilsəsi - Missuri Sinodunun" bir hissəsi olur.