Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klauzula
Luzula forsteri
Forster işıq otu (lat. Luzula forsteri) — cığkimilər fəsiləsinin luzula cinsinə aid biki növü. == Qısa morfoloji təsviri == Hündürlüyü 15-40 sm olan çoxillik çimli bitkidir. Gövdəsi düzdür, qaidə hissəsində tünd-qırmızı-bənövşəyi rəngli qın geyinmişdir. === Yarpaq === Yarpaqları xətvari, yastı, sivriləşmişdir, eni 1,5-5 mm-dir, qının kənarları və ağız hissəsi uzun tüklüdür. === Çiçək === Çiçək qrupu çəturşəkillisüpürgəvaridir; çiçək qrupunun budaqları nazikdir, çiçəkləmədən sonra üzüyuxarı dik qalxandır; çiçəkaltlığının yarpağı çiçək qrupundan qısadır. Çiçəkləri təkdir; çiçəkaltlıqları yumurtaşəkilli, sivri, qırmızımtıl rənglidir, demək olar ki, çiçək yanlığının yarısına bərabərdir. Çiçək yanlığının yarpaqcıqları neştərvaridir, eynidirlər və ya daxildəkilər bir qədər uzundurlar, qılcıqvari sivriləşmiş, şabalıdı rəngdədir, kənarlardan ensiz-ağ pərdəlidir. === Meyvə === Qutucuq enli yumurtaşəkillikonusvari, sarımtıl-yaşıl rəngli, sivriləşmiş və çiçək yanlığının yarpaqcıqlarına bərabər və ya ondan qısadır. Toxumları uzunsovyumurtaşəkilli, qırmızımtıl-qəhvəyi rəngli, xırda olub, qısa düz törəmələri vardır və kütdür.