Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kozetta
Kozetta Viktor Hüqonun 1862-ci ildə yazdığı Səfillər romanında uydurulmuş personajdır. Onun doğum adı Eufrasiyadır, lakin əsərdə bu ada qısa yer verilir. Yazıçı, atası tərəfindən tərk edilmiş dul ananın yetim övladı olaraq ona heç vaxt soyad vermir. Romanın gedişatında o, səhvən Ursule, Lark və ya Madmozel Lanoire kimi tanınır.
Kometa
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Koreka
Koreka (Koraka və ya yerli dialektdə Korika) — İtaliyanın Kalabriya regionunun Kozentsa vilayətinin Amanteya kommunasında fraksiya. == Coğrafiyası == === Sərhədləri və ərazisi === Korekanın qərbində Tirren dənizinin cənub hissəsi, cənubunda, Kampora San Covanni fraksiyası ilə sərhəddin başldığı yerdə isə Amanteya şəhəri yerləşir. Ərazisi əsasən qayalı burundan ibarətdir və şəhərin mərkəzi hissəsi düzənlikdə yerləşir. Fraksiyanın ərazisinə həm də dağlıq sahə və geniş çimərliklər daxildir. İqlim yumşaq və rütubətli qışla və günəşli günləri çox olan isti, quru və küləkli yayla xarakterizə olunan tipik Aralıq dənizi iqlimidir. == İqtisadiyyatı == Korekada və yaxınlıqdakı Kampora San Covannidə əsas gəlir mənbəyi 1960-cı illərdən populyar olan gözəl mənzərəli sahil xəttinin hesabına formalaşmış turizm və mehmanxana sektorudur. Həmçinin, ərzaq, mebel və avadanlıqlar istehsal edilən bəzi kiçik sex və fabriklər də fəaliyyət göstərir. == Kəndləri == 2017-ci ildən bəri Korekanın ərazisinə aşağıdakı kəndlər daxildir: == Abidələri və görməli yerləri == === Bizim mələklər anası kilsəsi === 1964-cü il oktyabrın 1-də Bizim mələklər anasına həsr edilmiş Koreka kilsəsinin tikintisinə başlanmış və 1965-ci ildə başa çatdırılmışdır. Kilsə müasir, lakin mülayim tərzdədir və 65 nəfər yerləşə bilir. Hər il 22 avqustda, şəhərin qoruyucu müqəddəsinin anım günündə mərkəzi küçələrə gedən yürüş keçirilir.
Oskar Kokoşka
Oskar Kokoşka (1 mart 1886[…] – 22 fevral 1980[…], Montrö[d]) — Avstriyalı rəssam, şair və dramaturq. Bir rəssam kimi onun əsərləri ekspressionizm və modernizmin ən yaxşı nümunələrindəndir. 1904-cü ildə Vyanada sənətşünaslığa başladı. 1910-1911-ci illərdə Berlində "Der Sturm" qəzeti üçün rəsmlər çəkirdi. Oskar Kokoşka 1886-cı il martın 1-də Avstriyanın Dunay bölgəsindəki Pöchkarn şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Peşə və İncəsənət Məktəbinə daxil oldu və rəssamlığa başladı. 1909-cu ilə qədər bu məktəbdə təhsilini davam etdirdi və rəsm çəkmədiyi vaxtlarda teatra maraq göstərdi və 1908-ci ildə iki əsər yazdı. 1910-cu ildə onun "Xəyalpərəst Uşaqlar" adlı uzun şeiri çapdan çıxdı. Həm rəssamlıqla, həm də ədəbiyyatla maraqlanırdı. Vyananın sənət səhnəsində şöhrəti artdı.
Yanda Koçeska
Yanda Koçeska (17 Fevral 1937 – 15 Dekabr 2008) — Polşalı aktrisa. O, 1959-cu il ilə 2008-ci il arasında 21-dən çox film və televiziya şousunda rol oynamışdır.
Florensiya (Kaketa)
Florensiya (isp. Florencia) — Kaketa departamentinin inzibati mərkəzi, Kolumbiyanın cənub-qərbində yerləşən, şəhər və bələdiyyədir. == Tarixi == Şəhər 25 dekabr 1902-ci ildə Doroteo de Pupiales tərəfindən qurulmuşdur. 1912-ci ildə Florensiyaya bələdiyyə statusu verildi və eyni ildə şəhər şurasına ilk seçkilər keçirildi. 1950-ci il martın 14-də Florensiya, Kaketa departamentinin inzibati mərkəzi seçildi. == Coğrafi mövqeyi == Şəhər departamentin şimali-qərb hissəsində yerləşir, Aça çayının sol sahilində, şərq Kordilyer sıra dağlarının ətəklərində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 561 metr yüksəklikdədir. == Əhalisi == 2012-ci ildə siyahıyaalınma zamanı şəhər əhalisinin sayı 163 323 nəfər idi. Şəhər əhalisinin illər üzrə say artımı: Ağ və metislər irq olaraq şəhər əhalisinin 95,9%-ni, zəncilər 3,3%-ni, hindular isə 0,8%-ni təşkil edir. 5 il ərzində əhalinin arasında savadlılıq səviyyəsi 91,3%-ni təşkil etmişdir.
Kaketa (departament)
Kaketa (isp. Caquetá) — Kolumbiyanın departamentlərindən biri, inzibati mərkəzi - Florensiya şəhəri, departamenti 1982-ci ildə prezident Xulio Sezar Turbay Ayalo tərəfindən yaradılmışdır.
Yozef Kostka
Yozef Kostka (slovak. Jozef Kostka) — Slovak heykəltaraş və müəllim, müasir Slovak heykəltaraşlığının banisi. Yozefin ilk müəllimi dulusçu Ferdis Kostka olub. 1932-ci ildə Yosef Praqa İncəsənət Akademiyasına daxil olur və burada professor Karl Dvojakadan memarlıq və dizayn üzrə təhsil alır. 1938-ci ildə Nyu-Yorkda Slovakiya incəsənətinin sərgisində iştirak etmişdir. 1938-1939-cu illərdə Parisdə İncəsənət Məktəbində təhsil almışdır. Kostka Slovakiyanın müharibədən sonrakı mədəniyyətinin banilərindən biridir. O, Slovakiyaya 20-ci əsrin çex heykəltaraşlıq məktəbinin impulslarını, eləcə də Avqust Rodendən Aristid Maillola qədər fransız heykəltaraşlığını gətirir. Onun ilk heykəlləri: Dəsmalı qız (1939), Poeziya (1939-42), Gecə (1940), Yuxu (1941-42), Qırx dördüncü il (1944) bu gün Slovakiya müasir heykəltaraşlığının qızıl fonduna aiddir. 1940-1949-cu illərdə İosif Kostka Slovakiya Texniki Universitetinin Rəssamlıq və təsviri incəsənət fakültəsində işləyib, sonradan Gözəl Sənətlər Kollecinə çevrilən modelləşdirmə sənəti ixtisasına yiyələnib.
Kometa (film)
Kometa (ing. Comet) — 2014-cü il ABŞ istehsalı romantik, komediya-dram filmi. Rejissoru və ssenari müəllifi Sem Esmeyldir. Baş rollarda Emmi Rossum və Castin Lonq çəkilib. Film paralel dünyada cərəyan edir, quyruqlu ulduzun düşdüyü gündə tanış olan cütlüyün altı illik münasibətindən bəhs edir. Filmdə onların eşq hekayəsi xronoloji ardıcıllıq olmadan səhnədən-səhnəyə sıçramış şəkildə göstərilir.
Tivadar Kostka Çontvari
Tivadar Kostka Çontvari (mac. Csontváry Kosztka Tivadar; 5 iyul 1853[…], Sabinov, Macarıstan krallığı – 20 iyun 1919[…], Budapeşt) — macar rəssamı 1853-cü ildə kiçik macar kəndi Kişsebendə anadan olmuşdur.Onun atası Laslo Kostka həkim və əzcaçı olmuşdur. Tivadar və onun beş qardaşı atasının sənətini davam etdircəklərini bilirdilər. Farmakologiyanı öyrənməmişdən əvvəl Koskta Unqvar (indiki Ujqorod) şəhərində gimnaziyanı bitirmiş, bir müddət ticarətlə məşğul olmuş, sonra hüquq fakultəsinin mühazirələrini dinləmiş, sonra əzcaçı olmuş və 14 il ərzində bu peşə ilə məşğul olmuşdur. Onun yaradıcılıq yolu 1880-ci ildə başlamışdır. Belə ki, bir dəfə aptekdə çalışdığı zaman şüursuz şəkildə əlinə karandaş və resept kağızı götürərək çəkməyə başlayır. Kağızda aptekin yanından ötən araba təsvir edilmişdi. Sonralar öz avtobioqrafiyasında Tivadar bu hadisənin onda öncədəngörmə olduğunu bildirmişdir. Başlanğıc üçün Tivadar atasının ailə biznesindən uzaqlaşır və Macarıstanın şimalında yerləşən Qats şəhərində şəxsi aptekini açır. O, 10 il bu aptekdə çalışaraq özünün gələcək yaradıcılığı üçün kapitalını yaratmış olur.