Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komandor adaları
Komandor adaları (rus. Командорские острова) — Rusiyanın şərqində Sakit okeanın Berinq dənizinin cənub-qərbində yerləşir. İnzibati cəhətdən Kamçatka diyarının Aleut rayonu ərazisində yerləşir. Arxipelaq onu ilk dəfə 1741-ci ildə kəşf etmiş Vitus Berinqin ekspedisiyasının gəmisi şərəfinə adlandırılmışdır. Arxipelaqın ən iri adası Berinq adasıdır. Adada Berinqin qəbri yerləşir. Şimal turizminin inkişafına geniş imkanlar vardır. == Tarixi == Adalara ilk ayaq basanlar 1741-ci ildə İkinci Kamçatka ekspedisiyası zamanı olmuşlar. Hətta onların gəmisi Berinq adası yaxınlığında qəzaya uğramışdır. Mednı adası isə Yemelyan Basov tərəfinfən aşkarlanmışdır.
Komandor qoruğu
Komandor dövlət təbiət qoruğu — 23 aprel 1993-ci ildə yaradılmışdır. Qoruq dörd əsas adanın sahəsində qurulmuşdur — Mednı, Beqinqa, Ariy kamen və Toporkov, üstəlik 60 kiçik ada. Qoruğun ərazisinə Berinq dənizi və Sakit okeanın şelf əraziləridə daxildir. Komandor adaları Sakit okeanın şimal-qərbində yerləşərək, Aleut adaları silsiləsinin sualtı davamını təşkil edir. Ən hündür nöqtəsi Steller dağıdır (755 m). Qoruğun sahəsi 3 648 679 ha təşkil edir. Üstəlik 3 463 300 ha dəniz sahəsi belə bura daxildir. == Flora və fauna == Qoruq ərazisində ümmumilikdə 383 növ və 37 yarımnöv borulu bitkiyə rast gəlinir. Adalar 93 bitkinin şərq, 10 bitkinin isə qərb qərhədini təşkil edir. Ərazidə bir çox endemik və relikdir, İlin şaxtasız günlərinin sayı 127–140 arasında dəyişir.
Komandor adaları döyüşü
Komandor adaları döyüşü — (həmcinin Attu döyüşü) — İkinci dünya müharibəsində Sakit okean cəbhəsinə daxil olan döyüş. Toqquşma 27 mart 1943-ci ildə Kamçatka ilı Attu adası arasında Komandor adalarının cənubunda baş vermişdir. == Öncəki vəziyyət == Yaponlar Alyaskaya hücum etmək məqsədi ilə Aleut adalarının Kiska və Attu adalarında baza yaratmışdılar. Amerikanlar bunun qarşısını almaq məqsədi ilə əlaqəni kəsməyə cəhd etmişdir == Tərəflərin qüvvələri == === ABŞ === Operativ birləşmə 16.6 «Solt Leyk Siti» ağır kreyser «Riçmond» — yüngül kreyser 14-cü minadaşıyan eskadra «USS Bailey (DD-492)» esminsev «USS Coghlan (DD-606)» esminsev «USS Dale (DD-353)» esminsev «USS Monaghan (DD-354)» === Yaponiya === Şimal Birləşməsi «Nate» ağır kreyser «Maya» ağır kreyser «Tama» yüngül kreyser 1-ci esminsev eskadrası «Abukuma» yüngül esminsev 21-ci eskadra «Bakaba» esminsev «Hasuşimo» esminsev 9-cu diviziya (döyüşdə iştirak etməmişdir) «Usuqumo» esmines «Sanko-Maru» 6-cı diviziya «İkacuti» esmines «İnacuna» esmines «Asaka-Maru» nəqliyyat gəmisi «Sakito-Maru» nəqliyyat gəmisi == Döyüş == MakMorris üfüqdə qəmi aşkarladıqdan sonra döyüş hazırlığı əmri verir. Ancaq onlar qarşılarında gəmilərin sayının nə qədər olmasından xəbərsiz idilər. Yaponlarda görünən gəmiləri Yaponiyadan bazaya gələn gəmilərlə səhv salırlar. Sonradan səhvlərini anlayırlar. Tərəflər eyni anda bir-birlərini 20 kilometrdən atəşə tutmurdular. Yaponlar ilk əvvəl «Riçmond», gəmisinə atəş açırdılar, lakin atışlar bir nəticə vermir. Sonradan «Solt Leyk Siti» gəmisi intensiv atəş altlnda qalır.
Komandor mavi qütb tülküsü
Komandor mavi qütb tülküsü (lat. Alopex lagopus semenovi) — Qütb tülküsünə daxil olan yarımnöv ancaq Mednı adasında (Komandor adaları) yayılmışdır. Saylarının azlığı səbəbindən Rusiyanın Qırmızı kitabına daxil edilmişdir. Ümumi saylarının cəmi 100 olması düşünülür. Yarımcinsin yayıldığı Medni adası 1993-cü ildən Komandor qoruğu ərazisinə daxildir.
Komandir
Komandir (alm. Commanding Officer‎) — Hərbi komandir - Hərbi birləşməyə,hissəyə və ya gəmiyə başçılıq edən şəxs.Məsələn:Bölük komandiri,Hərbi Hissə komandiri və s.Komandirlər birləşmə və ya hissələrə görə bölünürlər,beləki manqa(yarımqrup),taqım(qrup) və ya tim komandirləri "kiçik komandir" heyəti adlanırlar onlar şəxsi heyətin "bir başa rəis"ləri sayılırlar.Bölük və ya ondan böyük birləşməyə başçılıq edən şəxslərsə "bilavasitə rəislər" sayılır. İstehsalat rəhbərlərinə (mühəndislərə,texniklərə) bəzi hallarda komandir deyilir.
Komendit
Komendit — qələvi leykoqranitlərin vulkanik ekvivalenti; afir, porfir süxur. Püruzləri albitdən, kaliumlu-natriumlu çöl şpatlarından (sanidin, anortoklaz), kvarsdan, rəngli qələvi minerallardan (egirin, egirin-avgit, arfvedsonit, ribekit, vulkan şüşəsi, bəzən biotit) ibarətdir. SiO2 miqdarı 73-78%, qələvilərin miqdarı isə 8% olur. Əsas kütləsi şüşəli, mikropoykilit, mikrofelzit, az hallarda sferolit, flyuidal olur. Sinonim: Tordrillit, Qələvi liparit, Qələvi riolit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Komando
Komando — fiziki və nəzəri hazırlıqları nəticəsində əldə etdikləri qabiliyyətləri sayəsində; qısa bir müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirdərək vəziyyəti qiymətləndirib hədəfi məhv edən, təchizat ilə təmin edilməsə belə vəzifəni başa çatdırmağı bacaran əsgər. İkinci Dünya müharibəsindən sonra xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başlandı. Artıq bu gün xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra Azərbaycanda da xüsusi təyinatlı qüvvələrin yaradılmasına başlanıb. Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-da «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.
Komando (Azərbaycan)
Marko Komenda
Marko Komenda (26 noyabr 1996-cı ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Meppen klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Borussiya Münhenqladbax === Komenda Darmştadt 98 akademiyası vasitəsilə inkişaf etmişdir. 1 iyul 2016-ci ildə o, Borussiya Münhenqladbax klubuna transfer olmuşdur. Komenda Borussiya Münhenqladbax II komandası ilə 60 oyuna çıxmış və iki qolla yadda qalmışdır. === Meppen === 18 iyun 2018-ci ildə Komenda Meppen klubu ilə müqavilə imzalamışdır. Komenda klub ilə debütünü 30 iyul 2018-ci ildə Sportfreunde Lotte klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 3.Bundesliqa görüşündə Meppen rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Şəxsi həyatı == Komenda Almaniyada anadan olmuşdur. Valideynləri isə Xorvatiya vətəndaşlarıdır.
Kondor Legionu
Kondor Legionu (alm. Legion Condor) — alman könüllü hərbi-hava qüvvələri birləşməsi; Vermaxtın hərbi aviasiyası Lüftvaffenin (Luftwaffe) bölüyü. Adolf Hitlerin istəyi ilə İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun rəhbərlik etdiyi nasionalistlərə yardım etmək məqsədilə respublikaçılara qarşı hərbi əməliyytlarda iştirak etmək üçün göndərilmişdir. Hitler bu müdaxiləyə "bolşevizm əleyhinə mübarizə" adı altında haqq qazandırırdı. Legion hər birində 12 təyyarə olmaqla 4 bombardman və 4 qırıcı təyyarə eskadrasından, həmçinin hava hücumundan və tank hücumundan müdafiə qüvvələrindən ibarət idi. Kondor Legionu 5 min nəfər hərbi və mülki mütəxəssisdən (aviamühəndislər, texniklər, tibb işçiləri) təşkil olunmuşdu. Legionun hava birliklərinə general-feldmarşal Hüqo Şperrle, digər birliklərə isə general Vilhelm Ritter fon Toma rəhbərlik edirdilər. == Tarixi == İspaniyada 1936-cı ilin oktyabrından fəaliyyət göstərən legion bombardman alayından (əvvəl 3, sonralar 4 eskadrilya), qırıcı alayından (əvvəl 3, sonralar 5 eskadrilya), kəşfiyyat eskadrilyasından, zenit artilleriya batalyonundan, rabitə batalyonundan, nəqliyyat və təchizat batalyonlarından ibarət idi. İlk dövrdə legion 3 mühərrikli U-52 bombardmançılarından və He-51 qırıcı-biplanlarından istifadə edirdi. Sonradan onlar daha müasir He-111, U-87 və Me-109 təyyarələri ilə əvəz olundular.
Kondor əməliyyatı
"Kondor" əməliyyatı (isp. Operación Cóndor) — 1970-1980-ci illərdə Cənubi Amerikanın bir sıra ölkələrində siyasi müxalifətin (əsasən kommunistlər və sosialistlərin) təqib edilməsi və məhv edilməsi kampaniyasıdır. Bunu ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay, Boliviyanın diktator rejimləri həyata keçirib. Bu dövlətlərin xüsusi xidmət orqanları koordinasiyalı şəkildə fəaliyyət göstərərək müxalifət nümayəndələrinin oğurlanmasını, işgəncə verilməsini, məhkəməsiz və istintaqsız edamlarını (xüsusən də “ölüm uçuşları”) təşkil edirdi. Tanınmış siyasətçilər, diplomatlar və ictimai xadimlər əməliyyatın qurbanı olurdu. Ümumilikdə, müxtəlif hesablamalara görə, 40-60 min insan o illərdəki terrorunun qurbanı olub: 30.000 argentinalı, 3.000 perulu, 3.000-dən çox çilili, 160 paraqvaylı, 150 boliviyalı, 140 uruqvaylı və 6 ekvadorlu.. 1992-ci ildə Paraqvaylı hüquq müdafiəçisi Martin Almada diktatura rejimlərinin dissidentlərin və müxalifətçilərin məhvi ilə bağlı dosyelər, hesabatlar və digər məlumatlardan ibarət terror arxivlərini aşkar etdi. 2001-ci ildə bir sıra insan haqları təşkilatları ABŞ-nin keçmiş dövlət katibi Henri Kissinceri Kondor əməliyyatında iştirakda ittiham edərək ona qarşı iddia qaldırıb. Argentinalı cinayəti araşdıran hakim Kissincerin potensial şübhəli və hətta müttəhim olduğunu söyləmişdi. Kissincer müstəntiq tərəfindən dindirilməyə çağırıldıqdan sonra dərhal Fransanı tərk emiş və Braziliyaya getməkdən imtina etmişdir.
Komandir (film, 2022)
Komandir (türk. Komutan) — Kılıç Yapım istehsalı, rejissorları Selahettin Sancaklı və Mert Kılıç olan, ssenarisini Mert Kılıçın yazdığı, baş rollarını Mert Kılıç və həyat yoldaşı Aslıhan Güner Kılıçın ifa etdiyi dram, hərbi, döyüş, müharibə janrında olan Türkiyə istehsalı film. == Mövzusu == Film Suriya, Əl-Babda öldürülmüş türk əsgərlərinin nəəşini Türkiyəyə gətirməklə vəzifələndirilən 4 nəfərlik bir hərbi komandanın bu hadisə əsnasında terror təşkilatı üzvləriylə girdiyi çəkişmələrdən bəhs edir.
Mixail Yefremov (komandir)
Mixail Yefremov (27 fevral (11 mart) 1897 – 19 aprel 1942) — sovet komandiri, Vətəndaş müharibəsinin və İkinci Dünya Müharibəsinin iştirakçısı, general leytenant (1940). 1996-cı ildə ölümündən sonra Rusiya Federasiyası qəhrəmanı adını alıb. Rusiyada gedən Vətəndaş müharibəsi dövründə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakının işğalında əsas rol oynamış zirehli qatarların reydini təşkil etmiş və Azərbaycanda sovet hökumətinin qurulmasında iştirak etmişdir. 1941-ci ildə Moskvanın müdafiəsi zamanı Naro-Fominsk istiqamətində 33-cü ordunun fəaliyyətinə rəhbərlik etmişdir. 1942-ci ildə Rjevsko-Vyazemskoy əməliyyatı çərçivəsində uğursuz əks hücum zamanı həlak olmuşdur.
Qatır Məmməd (komandir)
Yaqub Rzayev (komandir)
Yaqub Ələsgər oğlu Rzayev (4 oktyabr 1944, Çuxurməhlə, Ağdam rayonu – 16 iyul 1993, Bakı) — Birinci Qarabağ müharibəsi iştirakçısı. "Qarabağ şahinləri" batalyonunun komandiri. Qatır Məmməd və Ala Yaqub ləqəbləri ilə də tanınıb. Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin atasıdır. Yaqub Ələsgər oğlu Rzayev 4 oktyabr 1944-cü ildə Ağdam rayonu Xıdırlı sovetliyinin Çuxurməhlə kəndində anadan olmuşdur. Orta təhsilini Əhmədavar kənd orta məktəbində almışdır. Sənətkar idi, qəbir daşları yonmaqla ailəsini dolandırırdı. Evli idi, iki oğlu və iki qızı var idi. Yaqub Rzayev 1988-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatına ilk qoşulanlardandır. Artıq 1991-ci ildə Qarabağda müharibənin labüd olduğunu hamı başa düşürdü.
Azərbaycanın Komando Briqadaları
Azərbaycan komandosu — Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı silahlı birləşmələri. Azərbaycanda komando hərbi hissələrinin yaradılmasına 2021-ci ilin sonlarından başlanılmışdır. == Hərbi hissələri == === Xocavənd Briqadası === Azərbaycanda Komando Briqadasının birinci hərbi hissəsinin açılışı 24.12.2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində baş tutdu. Hərbi hissənin açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, müdafiə naziri Z. Həsənov və 2-ci Ordu Korpusunun Komandiri M. Bərxudarov qatıldı. Mərasimdən əvvəl müdafiə naziri Z. Həsənov İlham Əliyevə raport verdi. Daha sonra İlham Əliyev hərbçiləri salamladı və Azərbaycanın Dövlət Himni səsləndirildi. Şəxsi heyət qarşısında çıxışı zamanı İlham Əliyev "Komando Briqadasının yaradılmasının bizim üçün yeni addım olduğunu və bu briqadaların istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlarını." bildirdi. Daha sonra Azərbaycan Prezidentinin Komando Briqadasına döyüş bayrağının verilməsi haqqında 01.10.2021-ci il tarixli təqdimatı oxundu. Briqada Komandiri Elşən Sanayev döyüş bayrağını İlham Əliyevdən aldı.
Pulo-Kondor adası
Pulo-Kondor adası (vyet. Côn Sơn) — Vyetnamın cənubunda yerləşən, Kondao aripelaqının ən böyük adası. Adanın sahəsi 51,52 km²-dir. Əhalisi 6000 nəfərdir (2010). Konşon adası Xoşimindən 233,5 km cənubda, Hanoydan isə 1372,5 km cənubdadır. Vulkanık mənşəlli ada, bütünlüklə dağlıqdır. Ən hündür zirvəsi Müqəddəs Xaç dağıdır (610 m). Dağ ətəkləri boyunca tropik meşələr yayılmışdır. Burada əsasən çoxlu sayda quş və sürünən növləri yaşayır. Adada endemik kərtənkələ növləri vardır ki, onların qorunması məqsədi ilə 1984-cü ildə adada mili park salınmışdır.
Tanrının yaraqları 2: Kondor əməliyyatı (film, 1991)
Tanrının yaraqları 2: Kondor əməliyyatı (çin. 飛鷹計劃; ing. Armour of God II — Operation Condor) — Ceki Çanın 1991-ci ildə çəkdiyi komediya-döyüş filmi. Tanrının yaraqları filminin davamı. Filmin baş qəhrəmanı "Asiya şahini" ləqəbli macəra axtarıcısı Cekinin (Ceki Çan) yeni macəraları Vermaxtın Afrika qitəsindəki bazasında baş verir. Burada ikinci Dünya müharibəsi illərində nasistlərin gizlətdikləri çoxlu sayda qızıl vardır. Burada baş verən uzun və macəralı mübarizəyə baxmayaraq Ceki qızılsız qalır. Ceki Çan — Ceki Karol Çenq — Ada Eva Kobo de Qarsia — Elza Şoko Aykeda — Momoko Daniel Mints — Amon Aldo Sambrell — Adolf Bozidar Smiljanic — Duke Skapio / Baron Bannon Conathan Isqar — Tasza Ken Qudman Stiv Tartalia Vinsent Lin 1992 — Honkonq film mükafatı Tanrının yaraqları 2: Kondor əməliyyatı — azərbaycan dilində Arxivləşdirilib 2018-04-12 at the Wayback Machine YouTubedə rəsmi treyler «Tanrının yaraqları 2: Kondor əməliyyatı» — Internet Movie Database saytında.