Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komplement sistemi
Komplement sistemi — mövcudluğu haqqında olan ilk fikirlər 1888-ci ildə Q.Natolla məxsusdur. O immunlaşdırılmamış təzə qan plazmasının bakteriosid təsirə malik olmasını bildirmiş və göstərmişdir ki, bu aktivlik qanda miqdarı immunlaşdırmadan asılı olmayan bir faktorla bağlıdır. Lakin komplement sisteminin geniş öyrənilməsi və kəşfi J.Bordenin adı ilə əlaqələndirilir. Bu işinə görə o 1919-cu ildə Nobel mükafatına layiq görülüb. Qanın plazmasındakı termolabil sitotoksiki aktivliyi J.Borde alleksin, P.Erlix isə komplement adlandırmışdır. Komplement sisteminə qan plazmasının 20-yə qədər zülalı daxildir. Bakteriyaların lizisə uğradılmasında komplement sisteminn komponentlərinin böyük rolu vardır. Komplement sistemi aktivləşərkən onun komponentləri bir biri ilə və immun sisteminn digər elementləri ilə qarşılıqlı təsirdə olurlar. Komplementin aktivləşməsinin alternativ, klassik və lektin yollları vardır. Alternativ yol spontan olaraq bir sıra mikroorqanizmlərin səthlərindəki antigenlərlə (əsasən lipopolisaxaridlərlə) aktivləşdirilir və anadangəlmə immunitetin komponentlərindən biri hesab olunur.