Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konfutsi
Kon Fu Dzı (daha çox bilinən adı Konfutsi. Çincə: 孔夫子; təq. e.ə. 551 – təq. e.ə. 479) qədim dövr Çin filosofu və mütəfəkkiri. Kun Tsı da adlanır. Çin fəlsəfi sisteminə onun qədər təsir göstərmiş başqa filosof tapmaq çətindir. Bu təsir o qədər güclü olmuşdur ki, Konfutsianizm adlı yeni bir dinin yaranmasına səbəb olmuşdur. Sonradan ona "Yüz min nəslin atası" kimi görkəmli bir adın verilməsi də bunu göstərir.
Konfet
Konfet (Latın dilində: confectum, «hazırlanma») — müxtəlif növ şəkər və ya şokalad məmulatı. Tarixi XVI əsrə təsadüf edir.
Konfutsi (dəqiqləşdirmə)
Konfutsi — Çin filosofu və mütəfəkkiri. Konfutsiçilik — Çində dini-etik təlim İnstitutlar Konfutsi İnstitutu Konfutsi İnstitutu (Xəzər Universiteti) — Xəzər Universitetində olan qurumlardan biri; Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialı; Konfutsi İnstitutu (BDU) — Bakı Dövlət Universitetinin nəzdində olan qurumlardan biri; Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzi.
Konfutsi İnstitutu
Konfutsi İnstitutu (çin. 孔子学院) — Çin Xalq Respublikası Təhsil Nazirliyinə bağlı qeyri-kommersiya ictimai təhsil təşkilatı; xaricdə Çin dilinin yayılması üçün Çin mədəniyyət və təhsil mərkəzidir. Mərkəzi iqamətgahı Xanban adlanır. == Tarixi == İlk dəfə 2004-cü ildə yaradılmışdır. Belə ki, həmin vaxt ilk Konfutsi İnstitutu Koreya Respublikasının paytaxtı Seulda açılıb. 2012-ci ildə dünyanın 96 ölkə və regionunda 328 Konfutsi İnstitutu fəaliyyət göstərirdi. == Missiyası == Konfutsi İnstitutunun missiyası Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir. == "Çin dili körpüsü" == Konfutsi İnstitutunun qərargahı Xanban tərəfindən bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi keçirilir. Bu müsabiqə Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır. 2008-ci ildən başlayaraq 2015-ci ilə kimi 8 belə müsabiqə uğurla keçirilib.
Gəz (konfet)
Gəz — İsfahan şəhərində şəkər ya bal, yumurtanın ağı, Badam və püstə içi, hil və gülab ilə hazırlanan nuqanın ənənəvi adı. Orijinal növündə şəkər və bal əvəzinə zaqros dağlarında becərən yulğun ağacından ələ gələn çıxarışdan (əngəbin) istifadə olunur.
Konfet ağacı
Şirin hoveniya (lat. Hovenia dulcis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin hoveniya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya, Şərqi Çin, Koreya, Himalaydır. == Botaniki təsviri == Hündürlüyü 10-20 m-dək olan ağacdır. Hoveniyanın yarpaqları növbəli, yumurtavari və ürəkvari-yumurtavaridir. Ağ çiçəkləri çətirvari formada olub, yarpaq qoltuğunda və ya zoğun ucunda yerləşir. Şaxələnmiş çətiri, böyük, parlaq, tünd yaşıl yarpaqları, xırda, açıq sarı çiçək salxımları bitkiyə çox dekorativ görünüş verir. İyulda çiçəkləyir. Quru, çəyirdəkli meyvələri ətli meyvə saplaqlarının ucundan çıxır. Hoveniya toxum və qələmlərlə çoxalır.
Konfutsi İnstitutu (BDU)
Konfutsi İnstitutu — Bakı Dövlət Universitetinin nəzdində olan qurumlardan biri; Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzi. == Tarixi == İnstitut 2011-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin əsasında yaradılmışdır. İnstitutun yaradılmasının təşəbbüsçüsü Çin hökuməti nəzdində Çin dilinin yayılması üzrə dəftərxana nümayəndələri olmuşdur. İş partnyoru isə Bakı Dövlət Universiteti ilə möhkəm iş əlaqəsi olan Çin Xalq Respublikasının ən tanınmış universitetlərindən biri Anxoy Universiteti olub. Ona görə də hər iki ali məktəb arasında "Təhsil əməkdaşlığı haqqında memorandum" və "Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında BDU nəzdində Konfutsi İnstitutunun yaradılması haqda saziş" imzalanmışdır. == Filialları == İlk 4 il ərzində Mərkəzin müxtəlif elm və təhsil müəssisələrində 8 filialı açılmışdır. === Xəzər Universiteti === Xəzər Universitetində olan qurumlardan biridir. Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır. İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır. == "Çin dili körpüsü" == Bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi Azərbaycanda ilk dəfə 2015-ci ildə burada olaraq keçirilib.
Sərt konfet (film)
Sərt konfet (ing. Hard Candy) — 2005-ci il ABŞ istehsalı psixoloji triller filmi. Devid Sleydin rejissorluğu ilə çəkilib. Filmin ssenari müəllifi Brayan Nelsondur. Baş rollarda Elliot Peyc və Patrik Vilson yer alıb. Film internetdə tanış olduğu pedofili cəzalandıran 14 yaşlı qız haqqındadır. == İstinadlar == == Xarici keçidlər == Hard Candy — Internet Movie Database saytında.
Konfutsi İnstitutu (Xəzər Universiteti)
Konfutsi İnstitutu — Xəzər Universitetində olan qurumlardan biri; Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır. Direktoru xanım Fen-xuadır. == Tarixi == İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır.