Konfutsi İnstitutu (BDU)

Konfutsi İnstitutuBakı Dövlət Universitetinin nəzdində olan qurumlardan biri; Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzi.[1]

İnstitut 2011-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin əsasında yaradılmışdır.[1]

İnstitutun yaradılmasının təşəbbüsçüsü Çin hökuməti nəzdində Çin dilinin yayılması üzrə dəftərxana nümayəndələri olmuşdur.[1] İş partnyoru isə Bakı Dövlət Universiteti ilə möhkəm iş əlaqəsi olan Çin Xalq Respublikasının ən tanınmış universitetlərindən biri Anxoy Universiteti olub.[1] Ona görə də hər iki ali məktəb arasında "Təhsil əməkdaşlığı haqqında memorandum" və "Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında BDU nəzdində Konfutsi İnstitutunun yaradılması haqda saziş" imzalanmışdır.[1]

İlk 4 il ərzində Mərkəzin müxtəlif elm və təhsil müəssisələrində 8 filialı açılmışdır.[1]

Xəzər Universiteti

[redaktə | mənbəni redaktə et]

Xəzər Universitetində olan qurumlardan biridir. Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır.[2]

İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır.[2]

"Çin dili körpüsü"

[redaktə | mənbəni redaktə et]

Bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi Azərbaycanda ilk dəfə 2015-ci ildə burada olaraq keçirilib.[3]