Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konservantlar
== Qida konservantları == Qida əlavələrindən ən geniş istifadə olunanı konservantlar olub, qida məhsullarının mikroorqanizmlər tərəfindən xarab olmasının qarşısını alır. Bu bəhsdə yalnız kimyəvi yolla sintez olunmuş konservantlardan, onların təsnifatından və dünyada qəbul edilmiş kodlaşdırılmasından söz ediləcəkdir. Konservantlar bakteriyaların, zəhərli göbələklərin, mayaların və digər mikroorqanizmlərin inkişafını dayandırır və onların ərzaq məhsullarına təsirmi aradan qaldırırlar. Tətbiq olunan qida konservantları aşağıdakılardır; Sorbin turşusu — E200 Natrium sorbat — E201 Kalium sorbat — E202 Kalsium sorbat — E203 Benzoy turşusu — E210 Natrium benzoat — E211 Kalium benzoat — E212 Kalsium benzoat — E213 Para-oksibenzoy turşusunun metil efiri E214 Para-oksibenzoy turşusunun etil efiri — E215 Para-oksibenzoy turşusunun propil efiri — E216 Para-oksibenzoy turşusunun propil efirinin natrium duzu- E217 Kükürd dioksid — E220 Natrium sulfit — E221 Natrium hidrosulfit-E222 Kalium sulfit-E225 Kalsium sulfit-E226 Difenil- E230 orto-Fenilfenol- E231 Natrium orto-Fenilfenol- E232 Nizin-E234 Pimaritsin-E235 Qarışqa turşusu-E236 Natrium formiat-E237 Kalsium formiat-E238 Kalium nitrit-E249 Natrium nitrit -E250 Natrium nitrat -E251 Sirkə turşusu -E260 Kalium asetat -E261 Konservantların təsir effekti mühitin pH-dan çox asılıdır. Onların əksəriyyəti turş mühitdə daha effektiv təsirə malik olduğundan, məhsulları konservləşdirərkən yeyinti turşuları sirkə, alma, limon, süd və başqa turşular əlavə edilir. Konservantlarınistifadə olunan miqdarı normadan az olduqda, mikroorqanizmlər onlardan qida mühiti kimi istifadə edərək çoxalırlar və məhsulun tez xarab olmasına səbəb olur. Нər bir konservant müəyyən bakteriyalar və mikroblar üçün effektiv təsirə malikdir. Hələlik bütün qida maddələri üçün universal konservant müəyyən edilməmişdir. == Konservant seçməyin qaydaları == Konservant geniş təsir dairəsinə malik olmalıdır; Hər hansı qida sistemində fəaliyyət göstərən mikroorqanizm əleyhinə effektiv təsir göstərməlidir; Qida məhsulunun istifadə müddəti qurtarana qədər öz təsirini göstərməlidir; Toksiki maddələrin əmələ gəlməsinin qarşısını almalıdır; Qida məhsulunun xarakter müsbət xassələrinə mənfi təsir etməməlidir; Ucuz olmalı və texnoloji istifadəsi sadə olmalıdır; Koservant fizioloji təhlükə yaratmamalıdır; Konservant, ərzaq məhsullarının istifadəsi zamanı hər hansı orqanizm üçün "öyrəşmə" effekti yaratmamalıdır; Konservant qida maddələri ilə qarşılıqlı təsirdə olub, əlavə məhsullar əmələ gətirməməlidir; Ekoloji və toksiki problemlər yaratmamalıdır. == Konservantların fıziki-kimyəvi xassələri == Ən çox istifadə olunan konservantlardan bir neçəsinin fıziki-kimyəvi xassələri və təsir dairəsi haqqında bəzi məlumatlar: Kükürd (ıv-oksid) — SO2- suda yaxşı həll olan qazdır.