Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konservativ qüvvə
Konservativ qüvvə — görülən işi cismin hərəkət trayektoriyasından asılı olmayan, yalnız hərəkətin başlanğıc və son nöqtələrinin vəziyyətindən asılı olan qüvvəyə deyilir. Məs: Ağırlıq qüvvəsi, Elastiklik qüvvəsi, Kulon qüvvəsi. Qeyri-konservativ qüvvə — Görülən işi cismin hərəkət trayektoriyasından asılı olan qüvvə qeyri-konservativ qüvvə adlanır. Məs. sürtünmə qüvvəsi və s. Konservativ qüvvələr sonrakı xassələrə malikdir: Konservativ qüvvələrin gördüyü iş trayektoriyanın formasından asılı deyil. Qapalı trayektoriya boyunca hərəkət edən cismə təsir edən konservativ qüvvələrin işi sıfıra bərabərdir: A = 0. Konservativ qüvvələrin işi cismin başlanğıc və son vəziyyətlərindən asılıdır. Əgər cismə konservativ qüvvə təsir edirsə, onda cisim potensial enerjiyə malikdir. Ağırlıq, elastiklik və eletrostatik qüvvələr konservativdir.
Kolumbiya Konservativ Partiyası
Kolumbiya Konservativ Partiyası (isp. Partido Conservador Colombiano) həmcinin S partiyası kimi də tanınır. Kolumbiyada XIX əsrdə mövcud olmuş iki əsas partiyadan biri olmuşdur. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. Partiyanın proqramı 1849-cu ildə təstiqlənmişdir. Əsası Mariano Ospina və Xose Eysebio Koro tərəfindən qoyulmuşdur. İlk əvvəl partiya Kolumbiya Liberal Partiyasına rəqib olaraq yaradılmışdır. 1948-ci ildə iki partiya arasında 10 il sürən münaqişə baş verir. Bu münaqişə tarixə La Violensiya müharibəsi kimi düşür.1957-ci ildə Konservativlər və Liberallar arasında ümumi razılığa gəlinərək barışıq elan edilir və Milli Cəbhə yaradırlar. Bu birlik Ölkəni 12 il idarə edir.
Konservatizm
Mühafizəkarlıq (və ya konservatizm) — ənənəvi sosial institutları təbliğ etməyə və qorumağa çalışan estetik, mədəni, sosial və siyasi fəlsəfə. Mühafizəkarlığın mərkəzi müddəalarına görə, mədəniyyət və sivilizasiya status-kvo ilə dəyişə bilər. Qərb mədəniyyətində mühafizəkarlar mütəşəkkil din, parlament hökuməti və mülkiyyət hüquqları kimi bir sıra institutları qoruyub saxlamağa çalışırlar. Mühafizəkarlığın tərəfdarları çox vaxt proqressivizmə qarşı çıxır və ənənəvi dəyərlərə qayıdış axtarırlar. Termin siyasi kontekstdə ilk dəfə istifadə edilməsi 1818-ci ildə Fransua-René de Chateaubriand ilə Fransa İnqilabının siyasətlərini geri qaytarmağa çalışan Burbon bərpası dövründə yaranmışdır. Tarixən sağçı siyasətlə əlaqəli olan bu termin o vaxtdan bəri geniş baxışları təsvir etmək üçün istifadə olunur. Mühafizəkar kimi qəbul edilən vahid siyasət dəsti yoxdur, çünki mühafizəkarlığın mənası müəyyən bir yerdə və zamanda ənənəvi hesab ediləndən asılıdır. Mühafizəkar düşüncə özünü mövcud adət-ənənələrə və milli mədəniyyətlərə uyğunlaşdırdığı üçün xeyli müxtəlif olmuşdur. Məsələn, bəzi mühafizəkarlar dövlətin iqtisadiyyata daha çox müdaxiləsini müdafiə edir, digərləri isə daha sərbəst bazar iqtisadi sistemini müdafiə edir. Beləliklə, dünyanın müxtəlif yerlərindən olan mühafizəkarlar — hər biri öz adət-ənənələrini qoruyur — geniş spektrli məsələlərdə fikir ayrılığına düşə bilər.
Liberal konservatizm
Liberal konservatizm — konservatizmdə hərəkat, liberalizm elementlərinə malikdir. Əsas keyfiyyətləri: mənəvi və sosial əlamətlərə daha liberal münasibət, iqtisadiyyata liberal münasibət (dövlətin iqtisadiyyata müdaxilə etməməsi), ətraf mühitin müdafiəsi («yaşıl» siyasət). Mötədil sağ ideologiya hesab edilir. == Tarixi == XVIII—XIX əsrlərdə siyasi fəlsəfədə konservatizmin və liberalizm ideyalarının sintezi nəticəsində formalaşıb. Əsas nümayəndələri: Edmund Börk, Jozef de Mestr, Adam Smit, Aleksis de Tokvil, Con Stüart Mill. == Mənbə == Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007. p. 154-156 Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007.