Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konsorsium
Konsorsium (lat. consortium — ortaqlıq, cəmiyyət) — kommersiya iştirakçılarının təşkilati-hüquqi formalarından biridir. Müxtəlif müstəqil şirkətlər tərəfindən hər hansı iri layihənin icrası məqsədilə müvəqqəti olaraq yaradılır. Konsorsium son zamanlar inhisarın daha geniş yayılmış bir formasıdır. Bu forma bir qayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O, maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların qüvvəsini birləşdirməyi tələb edir. Konsersium iştirakçıları həm şəxsi, həm də dövlət təşkilatları və dövlətlər ola bilər. Konsersium iştirakçıları tam müstəqillik saxlayır. Birgə seçilmiş rəhbərliyə tabe olurlar. Hazırda Azərbaycanda neft müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır.
Internet Systems Consortium
Internet Systems Consortium (ing. ISC) — İnternet şəbəkəsinin infrastrukturunun saxlanmasına yardım edən qeyri-kommersiya təşkilatı. ISC açıq mənbəli proqram təminatının (OPEN SOURCE SOFTWARE) işlənib hazırlanması və dəstəklənməsi ilə məşğul olur. ISC 1994-cü ildə Rik Adams (Rick Adams), Karl Malamad (Carl Malamud) və Pol Viksi (Paul Vixie) tərəfindən İnternetin fəaliyyəti üçün proqram təminatının etalon reallaşdırmalarının işlənib hazırlanması və dəstəklənməsi məqsədilə Internet Software Consortium adı ilə yaradılıb. 2004-cü ildə adı dəyişdirilərək Internet Systems Consortium qoyulub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Internet Systems Consortium (ISC)