Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hekayə
Hekayə — yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrı. Süjetli nəsrin üç — hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsilə fikirlərdən ibarət olur. == Süjet == Əhvalatın bədii əsərdə inkişafına süjet deyilir və aşağıdakı məntiqi ardıcıl hissələrdən ibarətdir: Əhvalatın başlanğıcı Hadisə Fakt Münasibətlərin doğulması Ziddiyyətlərin toqquşması Münaqişənin inkişafı Kulminasiya "Düyünlərin" açılması == Tarixi == Qədim Yunanıstandakı "Ərəb gecələri" adlı nağıl və qısa romanslar hekayənin xəbərçisidir. Lakin romantizm və realizm cərəyanlarının təsiri altında povestdə psixoloji və metafizik problemlər yalnız 19-cu əsrdə nağılvari povestlə əks olunmağa başladı. Rusiyada Qoqolun, Dostoyevskinin, Turgenevin, Çexovun hekayələri ədəbi əsərlər arasında hekayə janrının yaranmasına böyük töhfə verib. İlk məlum hekayə nümunəsi italyan yazıçısı Covanni Bokkaççionun "Dekameron" əsəridir. Əsər əsasən 1348-ci ildə İtaliyada ortaya çıxan "vəba" epidemiyasından bəhs edir. 10 gün ərzində danışılan 100 hekayədən ibarətdir. Xoşbəxtlik, kişi-qadın münasibətləri, ürək ağrıları, uyğun cavablar, din xadimlərinin maraq dalınca qaçması hekayələrin əsas mövzusudur.
Bomba (hekayə)
Bomba — Əbdürrəhim bəy Haqverdiyevin ən məşhur novellalarından biri. == Təhlili == Əsər epik növdə, hekayə janrındadır. Hekayənin novella formasında yazılıb. Hadisələrin təsvirində təhkiyə üsulundan istifadə olunub. Əsərdə əsas obraz kimi çıxış edən Kərbəlayı Zal avamlığı, səriştəsizliyi və fərasətsizliyi ilə seçilir. Kərbəlayı Zal qarodovoy kimi xidmət edirdi, xidmət müddətində, pristava görə, yararlı olmayıb. Onun vəzifədə qalmaq niyyəti özünün şəxsi mənafeyinə görədir, xalqın mənafeyinə görə deyil. Yerli camaatdan qulluğa götürülən Kərbəlayı Zal kimi insanlar dövrün hakimiyyətinə xəbərçilik etməyə təhrik edilirdilər. Arvadı ona baqqaldükanı açmağı desə də, Kərbəlayı Zal dövlət qulluğunun önəmini, maaşı bəhanə edərək öz işində qalmaq istəyir. Kərbəlayı Zalın Usta Feyzulla ilə ədavəti olmur.
Palto (hekayə)
"Palto" (rus. Шинель) 1842-ci ildə nəşr olunan Ukrayna əsilli rus müəllif Nikolay Qoqolun qısa bir hekayəsidir. Hekayə və müəllifinin rus ədəbiyyatı üzərində böyük təsiri olmuşdur. Ejen Melxior de Voqyue (tez-tez Fyodor Dostoyevski ilə səhv salınıb) Rus realist yazıçıları haqqında bir sitatda ifadə edildiyi kimi: "Hamımız Goqol'un" Palto"sundan çıxdıq." 1941-ci ildə yazıçı Vladimir Nabokov bunu "İndiyə qədər yazılmış ən böyük rus hekayəsi" adlandırdı. Hekayə müxtəlif səhnə və film süjetinə uyğunlaşdırılmışdır. Hekayə Rusiyada Sankt-Peterburqdakı yoxsul hökumət katibi Akaki Akakiyeviç Başmaçkının (rus. Акакий Акакиевич Башмачкин) həyat və ölümündən bəhs edir. Akaki işinə bağlı olsa da, şöbəsində zəhməti ilə az tanınır. Bunun əvəzinə, kiçik katiblər onu ələ salırlar və bacardıqları vaxt onu yayındırmağa çalışırlar. Onun iplik paltoları tez-tez zarafatların əsası olur.
Raşomon (hekayə)
Raşomon (羅生門) – yapon yazıçısı Ryunosuke Akutaqavanin 1915-ci ildə yazdığı hekayə. Son 2-3 il ərzində baş vermiş müxtəlif fəlakətlər: zəlzələ, qasırğa, yanğın, aclıq və epidemiya səbəbindən Kioto şəhərinin inkişafında dayanma müşahidə olunmuşdur. Şəhər həyatının nizamlanmasına heç bir nəzarət olmadığından şəhər getdikcə boşalmağa başlamış, küçələrdə soyğunçu və quldurların sayı artmışdır. Belə ki oğrular Budda heykəllərini, müqəddəs əşyaları sındıraraq onları oduncaq kimi satırdılar. Baxımsız qalan Rasyomon darvazası ilə də heç kim maraqlanmır və darvaza bura atılmış cəsədlərin məskəninə çevrilmişdir. Bir gün sahibi tərəfindən qovularaq evsiz qalan bir qulluqçu bərk yağış yağdığından Raşomonun altında gözləmək qərarına gəlir. Onu daima bir fikir düşündürür: yaşaması üçün nə etməlidir? O ya acından ölməli, ya da oğurluqla məşğul olmağa başlamalıdır. Bu zaman artıq qaranlıq düşmüş, güclü külək əsirdi. O, qızınmaq üçün yerin olmasını axtararkən qırmızı boya ilə rənglənmiş qülləyə uzanan iri bir pilləkan görür.
Sağsağan (hekayə)
Sağsağan (pyes) — 1956-cı ildə Abbas Zamanov Azərnəşrdə çap etdirdiyi "Seçilmiş əsərləri" kitabına daxil edilmişdir. Yazıçı Əbdürrəhim Bəy Haqverdiyev "Sağsağan" pyesini 1931-ci ildə yazmışdır. İki pərdə və beş şəkildən ibarət olan "Sağsağan" müəllifin uşaqlara hədiyyə etdiyi ilk səhnə əsəridir. Müəllifin bu pyesi didaktikdir və köhnə düşüncəli insanları tənqid etmək üçün yazılmışdır. Pyesdə, Qədim adlı bir uşağın əvvəlcə anasının xurafatlarına inanıb atasının öldüyünü düşünərək əzab çəkməsindən, sonradan ətrafındakı təhsilli insanların köməyi ilə bu fikirlərindən dönməsindən bəhs olunur. O, dostlarının dəstəyi ilə atasının yaşadığına inanır və onu gözləyir. Atası qayıtdıqdan sonra onu məktəbə göndərməsini xahiş edir. Tamaşa Azərbaycan Sovet dövrü uşaq ədəbiyyatında yazılmış ilk və vacib əsərlərdən biridir. Əsər o dövrdə Azərbaycan teatr səhnəsində tez-tez nümayiş olunur. Əsərdəki hadisələr Tanrıqulunun evində başlayır.
Ac həriflər (hekayə)
Ac həriflər — Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1911-ci ildə yazılmış kiçik həcmli səhnə əsəri. Vodevil janrında yazılmışdır. Ac həriflər, Millət dostları səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutmuşdur. Əsərdə hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində "quru bəylər" də az deyil.
Mirzə Səfər (hekayə)
Mirzə Səfər (hekayə) — Əsl adı "Şair" olan, Sovet illərində Mirzə Səfər olaraq tanınan bu hekayə ilk dəfə 1918-ci ildə Tiflisdə "Tartan-Partan" jurnalında çap edilmişdir. Hekayə "Mirzə Səfər" adı altında ilk dəfə 1938-ci ildə “Revolyusiya i Kultura” jurnalında çap edilmişdir. Yazıçı hekayədə özünün bir sıra siyasi fikirlərini oxuculara çatdırmışdır. Belə ki, o, rus dilinin milli dilləri sıxışdırmasına, insanlara milli mənsubiyyətlərinə görə fərq qoyulmasına, azərbaycanlılara yüksək vəzifə etibar edilməməsinə narazılığını ifadə etmişdir. Məsələn, müəllif əsərin baş qəhrəmanı Mirzə Səfərin məhz rus dilində savadı az olması səbəbindən dəftərxanada aşağı vəzifə tutmasını əbəs yerə vurğulamır. Ədib belə incə vasitələrlə əslində siyasi quruluşun mahiyyətindən irəli gələn milli ayrı-seçkiliyə etirazını nəzərə çarpdırmaq istəmişdir. Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Papaq" və "Bomba" hekayələrinin motivləri əsasında "Evlənmək istəyirəm" filmi lentə alınmışdır. Xalq rəssamı Davud Kazımovun bədii irsində Ə.Haqverdiyev mövzusu geniş yer tutur. Əsasən ötən əsrin altmışıncı illərində qara tuşla ərsəyə gətirilmiş əsərləri milli kitab qrafikası saxlancımıza layiqli töhfələr hesab etmək olar. Müəllifin məşhur “Mirzə Səfər” hekayəsinə çəkdiyi üç illüstrasiya (1967) bu qəbildəndir.
Oval Portret (hekayə)
Oval Portret (ing. The Oval Portrait) — Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir.
Oğurlanmış məktub (hekayə)
Oğurlanmış məktub — amerikalı yazıçı Edqar Allan Po tərəfindən yazılmış qısa hekayədir. Xəyali Ogüst Düpeni əhatə edən üç detektiv hekayənin üçüncüsüdür. Digər ikisi "Rue Morquedəki Cinayətlər" və "Marie Roqetin sirri"dir. Bu hekayələr müasir detektiv hekayəsinin erkən öncüsü olaraq qəbul olunur.
Qafqaz әsiri (hekayə)
Qafqaz əsiri rus. Кавказкий пленник — dağlarda əsarətdə rus zabitləri Jilin və Kostılin haqqında. Hadisə Qafqaz müharibəsi zamanı olur. Qafqazda zabit Jilin xidmət edir. Onun anası Jilinə məktub göndərir: "Çox xəstəyəm bir qızı görmüşəm istəyirəm ölümümdən qabaq sənin toyunu görüm". Jilin məktubu oxuduqdan sonra komandirdən icazə alıb qaladan çıxır. Yol üzrə bir neçə atlı tatarlarla rastlaşır, tatarlar onun atını vururlar və onu əsr götürürlər. Jilini dağlıq kəndinə gətirirlər, orada onu və Kostılini Əbdül-Murada satırlar. Əbdül Murad zabitlərə evə məktub yazmağa məcbur edir ki, onlar üçün ödəməni versinlər. Jilin məktubda səhv ünvanı göstərir.
Qara pişik (hekayə)
Qara pişik (ing. The Black Cat) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 19 avqust 1843-cü il tarixində The Saturday Evening Post qəzetində yayımlanmışdır. Cinayət və zorakılıq motivlərinin üstünlük təşkil etdiyi hekayə, yazıçının digər bir hekayəsi "Satqın ürək"lə müəyyən oxşarlıq təşkil edir. Hər iki hekayədə qatil törətdiyi cinayətin heç vaxt üstünün açılmayaçağını düşünür, lakin öz davranışları nəticəsində özü-özünü ələ verir. Hekayə, əsərin əsas qəhramının dilindən söylənilir. Həmin şəxsin dediyinə görə, uşaqlıq vaxtlarından heyvanlara qarşı həmişə müsbət münasibətdə olmuşdur. Xanımı ilə birlikdə yaşadıqları malikanədə pluto adlı pişikləri ilə yanaşı, bir çox digər ev heyvanlarıda vardır. Pişiklə, sahibi arasında olan münasibət, daha ətraflı təsvir olunur. Sahibi tərəfindən daim, xoş münasibət görən pişik, bunun əvəzində sahibinə vəfalıdır.
Qozbel dağ (hekayə)
Qozbel dağ (ing. Brokeback Mountain) — amerikan yazıçısı Enni Pru tərəfindən yazılmış və ilk dəfə 1997-ci ildə The New Yorker tərəfindən nəşr edilmiş hekayə. Ssenari müəllifləri Larri Mak Mörtri və Diana Ossana hekayənin məzmununu adaptə edərək 2005-ci ildə eyniadlı filmin çəkilişlərinə başlamışdılar. Hekayə həmçinin kitab formasında da satışa buraxılmışdı. Vayominq, 1960-cı illər. Gənc oğlanlar Ennis Del Mar və Cek Tvist ştatın ayrı-ayrı uzaq yerlərində, kasıb rançoda böyüyüblər və mövsümi iş üçün müraciət edərkən tanış olurlar. Onları yaşayış evlərindən uzaqda yerləşən Qozbel dağ ətrafında, yay otlaqlarında qoyunları otarmaq üçün işə dəvət edirlər. Bir gün axşam, xeyli viski içib bir az sərxoş olduqdan sonra, onlar soyuq havadan qorunmaq üçün palatkada birgə gecələməyə qərar verirlər. Gecə onlar cinsi əlaqəyə girirlər və bununla onların romantik əlaqələri başlayır. Qozbel dağ hekayəsi "hər bir şey bilən" yazıçı tərəfindən yazılıb.
Qızıl böcək (hekayə)
Qızıl böcək (ing. The Gold-Bug) — Edqar Allan Po tərəfindən yazılmış qısa hekayə. Əsər 1843-cü ildə Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Qələbəlik adamı (hekayə)
Qələbəlik adamı (ing. The Man of the Crowd) — Edqar Allan Po tərəfindən 1840-cı ildə yazılmış hekayə. Hekayə adı məlum olmayan şəxsin dilindən danışılır və əsas məzmunu həmin şəxsin London küçələrində bir nəfəri təqib etməsindən ibarətdir. Naməlum xəstəlik keçirən hekayənin əsas qəhrəmanı, London şəhərində adı göstərilməyən bir restoranda əyləşir. Əsər boyu qəhrəmanının adı çəkilmir. Qəhrəman restoranın pəncərəsindən küçədə ora-bura hərəkət edən kütləni maraqla seyr edir. İnsanlar maraqla və həvəslə hərəkət edir, ora-bura qaçırlar. Qəhrəman restoranda oturduğu yerdən, küçədə olan insanları beynində xəyali şəkildə müxtəlif kateqoriyalara bölür və onların kimliklərini özü üçün müəyyən etməyə çalışır. Gecənin düşməsinə yaxın, kütlənin arasından digər insanlardan fərqlənən bir sima, qəhrəmanın diqqətini cəlb edir. Altmış beş — yetmiş yaş arasında olan həmin sima sahibinin üzündə qəhrəmanın fikrincə mütləq bir azadlıq vardır.
Satqın ürək (hekayə)
Satqın ürək (ing. The Tell-Tale Heart) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1843-ci ildə The Pioneer nəşriyyatında nəşr edilmişdir.
Memento Mori (hekayə)
Memento mori — Conatan Nolan tərəfindən yazılan və Esquire jurnalının 2001-ci il mart sayında dərc edilmiş qısa hekayədir. Qardaşının rejissorluğu ilə çəkilmiş Memento filminin əsası olmuşdur. Bu ad "ölümünü xatırla" mənasına gələn latınca bir ifadənin simvolik və ya bədii ifadəsi olan memento moriyə istinad edir.
Hekayə (sosial şəbəkə)
Hekayə — Sosial media tətbiq panelinin yuxarı hissəsində yerləşən və paylaşıldıqdan 24 saatlığına paylaşılan və sonra yoxa çıxan mətn, şəkil, video və audio paylaşımlar. Həmçinin hekayələr daha uzun müddət arxivləşdirilə və yenidən paylaşıla bilər. Hekayələrə həştəqlər, etiketləmə, yer, gif, filtrlər də əlavə edilə bilər.
Amontiladon çəlləyi (hekayə)
Amontillado çəlləyi (ing. The Cask of Amontillado) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1846-ci ildə Godey's Lady's Book nəşriyyatında nəşr edilmişdir.
Amontillado çəlləyi (hekayə)
Amontillado çəlləyi (ing. The Cask of Amontillado) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1846-ci ildə Godey's Lady's Book nəşriyyatında nəşr edilmişdir.
Zəif ürək (hekayə)
Zəif ürək — Rus yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə A. A. Kraevskinin "Oteçestvennıe zapiski " jurnalının ikinci nömrəsində dərc olunmuş hekayəsidir.1865-ci ildə ayrıca nəşr olaraq buraxılmışdır. Vasya Şumkov Sankt-Peterburqun hansısa departamentində gənc məmurdur. Kasıb ailədən çıxıb, üstəlik, özü də çolaqdır, ona görə də özünü başqalarından pis hesab edir. Ancaq müdiri ona yaxşı diqqət yetirdi, yaxın bir dostu ona hər cür kömək etdi və Lisa onunla evlənməyə razı oldu. Vasya hesab edir ki, belə bir xoşbəxtliyə layiq deyildi, o, tamamilə özünə qapanır və sonda dəli olur.
Atama məktub (hekayə)
Atama məktub (almanca: ) - Frans Kafkanın 1919-cu il noyabr ayında atası Hermana yazdığı, ancaq göndərilməmiş məktub. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır. 1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır. Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır.
Yoldaş Koroğlu (hekayə)
Yoldaş Koroğlu — pyesi 1956-cı ildə Abbas Zamanov tərəfindən Azərnəşrdə çap edilən "Seçilmiş Əsərləri" adlı kitabda yer almışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri ölümündən bir il əvvəl, 1932-ci ildə qələmə almışdır. Tamaşa doqquz pərdədən ibarətdir. Müəllif bu tamaşada baş qəhrəmanın adını "Koroğlu" adlandırır. Bununla müəllif bu personajın mübarizəsini xalq qəhrəmanı "Koroğlu"-nun mübarizəsinə bənzədir. Orta əsr qəhrəmanından ayırmaq üçün onu "Yoldaş Koroğlu" adlandıraraq bir sovet qəhrəmanı canlandırır. Koroğlu (Salman) gənc yaşlarında bəylər və ağalarla mübarizəyə başlayır və bunun nəticəsində kənddə sosializm qurulur. Lakin bu mübarizə bitmir, o yeni sistemin verdiyi fürsətlərdən yararlanmaq üçün gecə-gündüz çalışır və xalqının inkişafı üçün səy göstərir. Hadisə İsrafilin evində başlayır. İsrafil və oğlu Salman şəhərdə dilənçilik edir, axşam evlərinə qayıdırlar.
Şeyx Şaban (hekayə)
Şeyx Şaban (hekayə) — Hekayə ilk dəfə 1915-ci ildə "Açıq söz" qəzetinin noyabr ayı buraxılışında işıq üzü görmüşdür. Əsər kitab şəklində isə 1926 ildə “Bakı İşçisi Kooperativ Nəşriyyatı” tərəfindən çap edilmişdir. Hekayə sadə insanların həyat faciəsindən bəhs edir. Hekayənin qəhrəmanı Şeyx Şaban gəncliyində oğurluq etdiyi üçün həbsxanaya düşür və etibarını itirir. Ancaq qocaldıqca hamı ona hörmət etməyə başlayır və hətta məsciddə azını Şaban verir. Həyat yoldaşı Gülsüm insanları aldadaraq noxudla fala baxır və onları aldatmağın bütün yollarını bilir. Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası mübahisələrdən həqiqətlərə [Mətn] /T. Salamoğlu [https://web.archive.org/web/20200220104016/http://www.fabula.az/post/17/sheyx-sheban/ Arxivləşdirilib 2020-02-20 at the Wayback Machine Şeyx Şəban Əbdürrəhim bəy Haqverdiyev] ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV SEÇİLMİŞ ƏSƏRLƏRİ İКİ CİLDDƏ II CİLD. ŞEYX ŞƏBAN. Onlayn oxu.
Gülünc adamın yuxusu (hekayə)
Gülünc adamın yuxusu (rus. Сон смешного человека) - Fyodor Dostoyevski tərəfindən 1877-ci ildə yazılmış fantastik hekayədir. == Məzmun == Hekayədəki adsız qəhrəman həyatdan bezib, yaşamaq istəmir. Özünə hər dəfə "mən gülməli adamam" deyir. İllər keçdikcə bunun fərqinə daha da varır. Dünyanın mövcud olub-olmamasının ona fərq etmədiyini anlayır. Yaşadığı evdə qonşu otaqdakıların danışıqlarını, mübahisələrini dinləməyə başlayır. Özünü öldürmək üçün hətta silah da alır. Bir dəfə küçədə gedərkən 8 yaşlı qızcığaz ona yaxınlaşır. Qızın hərarəti var idi və "anacan, anacan!" deyə səslənirdi.
Hökm (hekayə, Frans Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Konvent
Milli Konvent (fr. Convention nationale) və ya Konvent — Böyük Fransa inqilabı dövründə (1792—1795) qanunverici (səlahiyyət məhdudiyyəi olmayan) orqan. Təşkilat məclis formasında 10 avqust 1792 ci ildə kral hakimiyyətinin süqutundan, "vətən təhlükədədir" elan edildikdən sonra yaranmışdır. Konventə ilk seçki 25 yaşına çatmış (dahasonra 21 yaş) kişilərdən 26 avqust 1792 ci ildə, depatament seçkisi isə həmin ilin 2 sentyabrında keçirilmişdir. 1792 ci il 21 sentyabrda Milli Konvent ilk məclisini keçirərək, kral idarə üsulunun ləğv olunması və respublika elan olunması ilə əlaqədar deklorasiya qəbul edir. Konventdə çoxluğu jirondistlər (500 nəfər) və onların tərəfdarları sağ cinahı, azlıqda olan montanyarlar (dağlılar) isə sol cinahı təşkil edirdilər. İlk iclasdan başlajaraq jirondistlərlə montanyarlar arasında gərgin mübarizə başlanmış olur. Sentyabr qətliamı günahkarlarının cəzalandırılması ilə əlaqəli debatlar gərgin şəraitdə keçir. Jirondistlər montanyarları diktaturaya can atmaqda günahlandırırlar. Kəskin fikir ayrılığı 1792 ci il, 16 oktyabrda məhkəmənin XVI Lüdovikin edam qərarı ilə bağlı olmuşdur.
Milli Konvent
Milli Konvent (fr. Convention nationale) və ya Konvent — Böyük Fransa inqilabı dövründə (1792—1795) qanunverici (səlahiyyət məhdudiyyəi olmayan) orqan. Təşkilat məclis formasında 10 avqust 1792 ci ildə kral hakimiyyətinin süqutundan, "vətən təhlükədədir" elan edildikdən sonra yaranmışdır. Konventə ilk seçki 25 yaşına çatmış (dahasonra 21 yaş) kişilərdən 26 avqust 1792 ci ildə, depatament seçkisi isə həmin ilin 2 sentyabrında keçirilmişdir. 1792 ci il 21 sentyabrda Milli Konvent ilk məclisini keçirərək, kral idarə üsulunun ləğv olunması və respublika elan olunması ilə əlaqədar deklorasiya qəbul edir. Konventdə çoxluğu jirondistlər (500 nəfər) və onların tərəfdarları sağ cinahı, azlıqda olan montanyarlar (dağlılar) isə sol cinahı təşkil edirdilər. İlk iclasdan başlajaraq jirondistlərlə montanyarlar arasında gərgin mübarizə başlanmış olur. Sentyabr qətliamı günahkarlarının cəzalandırılması ilə əlaqəli debatlar gərgin şəraitdə keçir. Jirondistlər montanyarları diktaturaya can atmaqda günahlandırırlar. Kəskin fikir ayrılığı 1792 ci il, 16 oktyabrda məhkəmənin XVI Lüdovikin edam qərarı ilə bağlı olmuşdur.
Aylin Kontente
Aylin Kontente (30 iyun 1982 və ya 5 fevral 1989, İzmir) — Səfərad yəhudi əsilli türk aktrisası. O, aktrisalıq karyerasını "Güldür güldür şou" adlı proqramda davam etdirir. == Karyerası == 2003-cü ildə Dokuz Eylül Universitetinin aktyorluq fakültəsini bitirib. Peşəkar aktyorluq karyerasına "Kampüsistan" teleserialı ilə başlayıb. == Şəxsi həyatı == Aylin Kontente 2012-ci ildə aktyor Alpər Qul ilə ailə həyatı qurub. Onun Arel və Leo adlı iki oğlu var.
Hekayət
Hekayə — yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrı. Süjetli nəsrin üç — hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsilə fikirlərdən ibarət olur. == Süjet == Əhvalatın bədii əsərdə inkişafına süjet deyilir və aşağıdakı məntiqi ardıcıl hissələrdən ibarətdir: Əhvalatın başlanğıcı Hadisə Fakt Münasibətlərin doğulması Ziddiyyətlərin toqquşması Münaqişənin inkişafı Kulminasiya "Düyünlərin" açılması == Tarixi == Qədim Yunanıstandakı "Ərəb gecələri" adlı nağıl və qısa romanslar hekayənin xəbərçisidir. Lakin romantizm və realizm cərəyanlarının təsiri altında povestdə psixoloji və metafizik problemlər yalnız 19-cu əsrdə nağılvari povestlə əks olunmağa başladı. Rusiyada Qoqolun, Dostoyevskinin, Turgenevin, Çexovun hekayələri ədəbi əsərlər arasında hekayə janrının yaranmasına böyük töhfə verib. İlk məlum hekayə nümunəsi italyan yazıçısı Covanni Bokkaççionun "Dekameron" əsəridir. Əsər əsasən 1348-ci ildə İtaliyada ortaya çıxan "vəba" epidemiyasından bəhs edir. 10 gün ərzində danışılan 100 hekayədən ibarətdir. Xoşbəxtlik, kişi-qadın münasibətləri, ürək ağrıları, uyğun cavablar, din xadimlərinin maraq dalınca qaçması hekayələrin əsas mövzusudur.
Content delivery network
Məzmun çatdırılma şəbəkəsi (ing. Content delivery network; CDN) — coğrafi olaraq paylanmış proksi serverlər şəbəkəsi və onların data mərkəzləri. Məqsəd xidməti son istifadəçilərə nisbətən məkan baxımından çatdırmaqla yüksək əlçatanlıq və performans təmin etməkdir. CDN-lər 1990-cı illərin sonlarında İnternetin insanlar və müəssisələr üçün iş baxımından kritik bir mühitə çevrilməyə başladığı vaxtda İnternetin performans boğazlarını (bottleneck) yüngülləşdirmək üçün bir vasitə kimi meydana çıxdı. O vaxtdan bəri CDN-lər veb-obyektlər (mətn, qrafika və skriptlər), yüklənə bilən obyektlər (media faylları, proqram təminatı, sənədlər), proqramlar (e-ticarət, portallar), canlı yayım və sosial media saytları da daxil olmaqla bu gün İnternet məzmununun böyük bir hissəsinə xidmət etmək üçün böyüdü. CDN-lər internet ekosistemində bir təbəqədir. Media şirkətləri və e-ticarətçilər kimi məzmun sahibləri məzmunlarını son istifadəçilərinə çatdırmaq üçün CDN operatorlarına pul ödəyirlər. Öz növbəsində CDN də öz serverlərini məlumat mərkəzlərində yerləşdirmək üçün İnternet xidmət provayderlərinə (ISP), daşıyıcılara və şəbəkə operatorlarına pul ödəyir. CDN müxtəlif məzmun çatdırılması xidmətlərini əhatə edən ümumi termindir: video striminqi, proqram yükləmələri, veb və mobil məzmunun sürətləndirilməsi, lisenziyalı/idarə olunan CDN, şəffaf keş və CDN performansını ölçmək üçün xidmətlər, yük balansı, çoxlu CDN keçidi, analitika və bulud kəşfiyyatı. CDN satıcıları təhlükəsizlik, DDoS qorunması və veb tətbiqi qoruyucu divarları (WAF) və WAN optimizasiyası kimi digər sənaye sahələrinə keçə bilər.
Konsert
Konsert (lat. concertо — yarışıram) — əvvəlcədən hazırlanmış müəyyən proqram üzrə musiqi əsərlərinin, mahnıların, musiqilərin dinləyicilər qarşısında ifa olunması.
Kontakt
Kontakt (ing. lead) – Naqil, çıxış. 1. Elektronikada: bəzi elementlərin, məsələn, rezistorların və kondensatorların metal birləşdiricisi. Bu kontekstdə termin “lid” kimi tələffüz olunur. Kontaktlar elementlərin bir və ya bir neçə qırağından çıxan izolə olunmamış kiçik tel kimi olur və elementi ya sxem lövhəsi ilə (kontaktları lazım olan deşiklərə taxmaqla) birləşdirmək üçün istifadə olunur, ya da birbaşa başqa elementlərlə (məsələn, ölçü cihazlarının sıxacları – klemmaları ilə) birləşirlər. 2. Poliqrafiyada: mətnin iki sətri arasında olan şaquli boşluğun ölçüsü. Bu kontekstdə o, “led” kimi tələffüz olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Konfet
Konfet (Latın dilində: confectum, «hazırlanma») — müxtəlif növ şəkər və ya şokalad məmulatı. Tarixi XVI əsrə təsadüf edir. Kоnfеt məmulаtı müхtəlif yеyinti хаmmаlı qаtılmаqlа şəkər-pаtkа şərbəti əsаsındа hаzırlаnmış yüksək qidаlı qənnadı məhsuludur. Kоnfеt kütləsini hаzırlаmаq üçün əlаvə оlаrаq yаğ, süd, mеyvə-giləmеyvə pürеsi, yumurtа аğı, qоz, bаdаm, şоkоlаd, qəhvə, vаfli təbəqələri və s. məhsullаrdаn istifаdə еdilir. Kоnfеt məmulаtı şirələnmiş və şirələnməmiş, şоkоlаdlı içlikli və şəkər kirşаnındа növlərinə аyrılır. Kоnfеtlər bükülmüş, qismən bükülmüş və bükülməmiş оlur. Kоnfеtlərin üzəri şоkоlаdlı şirə və yаğlı şirə ilə şirələnir. Fоrmаlаnmаsınа görə kоnfеt kütləsinin fоrmаlаrа çökdürülməsi, yахıb dоğrаmа və fоrmаlаrа tökmə, ştаmplаnmа, prеslənmə üsullаrı fərqlənir. Əsаs gövdəsindən аsılı оlаrаq kоnfеtlər аşаğıdаkı qruplаrа bölünür.
Kontes
Kont(qraf), Avropada bir əsilzadə ünvanı. Kontun xanımına və ya kont mövqeyindəki qadına kontes deyilir. Böyük Britaniyadak; qarşılığı earldür. Hal hazırda, əsilzadəlik sıralamasında markizdən sonra, markizin olmadığı ölkələrdə hersoqdan sonra gəlir. Sözün etimologiyası Latin dilində comes (müşayətçi, nəzarətçi) sözündən gəlməkdədir. Roma İmperiyasında comeslər imperatorun müşayətçilərindən biri idi. Franklarda isə kontlar yerli komandir və hakimlər idilər. Kontlar zamanla feodal quruluşa daha cox integrasiya oldular və hersoqun müavini vəzifəsinə yüksəldilər. Flandriya, Tuluza ve Barselona kimi bəzı ölkə ve qraflıqlarda isə hersoq mövqeyinə bərabər hala gəldilər. Kralların feodal bəylər üzərindəki hakimiyyətlərini artırmağa çalışdıqları sonraki dövrlərdə hakimiyyətlər get-gedə mərkəzləşdi və kontlar siyasî güclərini itirdilər.