Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kontingent
Kontingent (lat. contingeus sözündən olub, “payına düşən” deməkdir) — bir idarənin, təşkilatın, müəssisənin, ordunun və s. tərkibidir.
Kontinent (materik)
Kontinent (materik)- (rus. континент, ing. continent)(lat. continens, yiyəlik halında continentis-materik)-yer qabığının nəhəng massivi olub, səthinin çox hissəsi quru şəklində Dünya okeanı səviyyəsindən yuxarıda, kənarları isə okean səviyyəsindən aşağıda yerləşir (materiklərin sualtı kənarı). Materiklərdə yer qabığı «qranit qatın» iştirakı ilə səciyyələnir və orta qalınlığı 35–45 km-dır. Müasir geoloji əsrdə 6 kontinent mövcuddur: Avrasiya (53,4 mln. km2 ), Afrika (30,8 mln. km2 ), Şimali Amerika (24,2 mln. km2 ), Cənubi Amerika (18,2 mln. km2 ), Avstraliya (7,7 mln.
Kontinent Şelfi
Kontinent Şelfi- (rus. континентальный шельф, ing. continental shelf) materik dayazlığı-materikin sualtı kənarlarının düzənlik zolağı, eni dəyişkəndir (bir neçə km-dən 1200–1500 km-dək). K.ş qurunun sahilinə bitişik olub, onunla eyni geoloji quruluşda olması ilə səciyyələnir. Materik dayazlığının kənarı (qaşı) müxtəlif dərinlikdə yerləşə bilər: 50–100 m-dən 200 m-ə qədər, bəzi hallarda isə 1500–2000 m-ə qədər çatır (mis: Oxot dənizinin Cənubi Kuril çökəkliyində). Şelf daxilində neft, qaz və digər faydalı qazıntı yataqları yerləşir.