Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kordilyer dağları
Kordilyer dağları (isp. Cordilleras ,ing. American Cordillera) — Şimali və Cənubi Amerikanın qərb kənarları boyunca uzanan ən böyük dağ sistemi. Bütün Kordilyer sistemi iki hissəyə bölünür - Şimali Amerikanın Kordilyerləri və Cənubi Amerikanın Kordilyerləri, daha çox And dağları adlanır. Mərkəzi Amerikada Kordilyerlər iki yerə bölünür; bir qolu Antil adalarından keçir, digəri isə Panama bərzəxi ilə Cənubi Amerikaya keçir . Uzunluğu 18 min km-dən çox, eni Şimali Amerikada 1600 km, Cənubi Amerikada 900 km-ə qədərdir. Kordilyerlər Kanada, ABŞ, Meksika, Mərkəzi Amerika, Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Argentina və Çilidə yerləşir. Demək olar ki, bütün uzunluğu boyunca onlar Atlantik və Sakit okeanların hövzələri arasında su hövzəsi, eləcə də kəskin şəkildə müəyyən edilmiş iqlim sərhədidir. Kordilyer dağları hündürlüyünə görə yalnız Himalay dağlarından və Orta Asiyanın dağ sistemlərindən geri qalır. Ən yüksək zirvələri: Şimali Amerikada - Denali dağı (keçmiş MakKinli; 6190 m), Cənubi Amerikada - Akonkaqua dağı (6961 m ) .
Kordilyer-Betika dağları
Kordilyer-Betika və ya Əndəlüs dağları (isp. Cordilleras Béticas, Sistemas Béticos) - Cənubi İspaniyada Andalusiya əyalətində dağ sistemi . == Coğrafiyası == Aralıq dənizi sahillərindən 600 km uzanaraq Qibraltara və Kadis körfəzindən Valensiya körfəzinə qədər uzanır. Dağ sistemi bir sıra silsilə və massivdən ibarətdir. Ən hündür silsiləsi Sieera-Nevedadır.Bu silsilənin ən hündür hissəsində Mulasen yerləşir. Hündürlüyü 3478 m-dir. Bura ən hündür nöqtəsi İspaniyada, Piriney yarımadasında yerləşir. Kordilyer-Betikanın ikinci ən hündür nöqtəsi Alp dağlarının Avropa hissəsində yerləşir. Bu dağ başlanğıcını İspaniyanın ən böyük çaylarından olan Qvadalkivirdən götürür O burada Andaluz düzənliyinə qədər uzanır . == Landşaftları == Kordilyer-Betikanın dağ landşaftları yarımadanın əsas isti hissəsindən başlayır.
Kordilyer (sıra dağlar)
Kordilyer — (rus. кордильера, ing. cordillera) fiziki coğrafiya və geomorfologiyada ümumi məfhum olub, müəyyən məsafədə uzanmış və müəyyən dərəcədə paralel dağ silsilələrini ifadə etmək üçün istifadə edilir (ona bitişik dərələr, hövzələr, platolar, düzənliklər, yaylalar, çaylar və göllərlə birlikdə). Kordilyerlərin ayrı-ayrı hissələri müxtəlif istiqamətli ola bilər, lakin əsas istiqamət bir olur (mis: Cənubi Amerikada And paralel dağ sistemləri). Məfhum Cənubi Amerikada ayrılıqda dağ sistemlərini ifadə etmək işlədilir.
Oyuncaq körpələr adası
Oyuncaq körpələr adası (isp. La Isla de las Muñecas) — Meksikada turizm bölgəsi; Bu ada görünüşü ilə qorxu filmlərini xatırladır. Çünki adanın hər tərəfində çirkli paltarları, dolaşıq saçları, sınmış qol və ayaqları olan, gözləri çıxmış yüzlərlə oyuncaq var. Bu ərazi bir vaxtlar Don Culian Santana adlı bir əkinçiyə məxsus imiş. Əfsanəyə görə, 1950-ci ildə adada yaşayan kiçik qız uşağı yaxınlıqdakı kanalda boğulub öldükdən sonra onun ruhu Santananı narahat etməyə başlayıb. Buna görə də Santana özünü ruhlardan qorumaq üçün zibilliklərdən və küçələrdən oyuncaq körpələri yığıb ağaclara asmağa başlayıb. 50 ildən çox müddət ərzində burada 1500-dən çox oyuncaq toplanıb. Adanın girişində asılmış oyuncaq körpələrin ən köhnəsi çürüməkdə olan uşaq bədənini xatırladır. Məqsədinin buradakı kanalda boğularaq ölən uşağın ruhunu şad etmək olduğunu deyən Santana nəticə etibarilə çox sayda turistin dəhşətli dərəcədə qorxmasına səbəb olmuşdur. Bu gün turist axınının çox olduğu ada 2001-ci ildə dünyasını dəyişən Santananın əmisi oğlu Anastasio tərəfindən idarə edilir.