Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kosmoqoniya
Kosmoqoniya (yun. κοσμογονία κόσμος — kosmosun, kainatın, dünyanın γονή — yaranması, doğulması) — astronomiyanın göy cisimləri və onların müvafiq sistemlərinin mənşəyi və təkamülü problemlərini öyrənən bölməsidir. Bu bölmə astronomiyanın ən çətin tədqiqat sahəsidir. Kosmoqoniya problemlərini öyrənərkən hər şeydən əvvəl astronomik obyektlərin keçmişi və gələcəyi haqqında düzgün təsəvvür olmalıdır. Bu təsəvvür iki yolla yarana bilər: Sırf nəzəri yol: fizikanın əsas qanunlarına əsaslanaraq göy cisiminin indiki halda olması üçün onun keçdiyi yolu müəyyən etmək, sonra isə onu hansı yolla təkamül edəcəyini söyləmək. Müşahidə yolu: göy cisimlərinin müxtəlif təkamül mərhələlərdəki hallarını bir-birilə müqayisə etməklə bu mərhələlərin davametmə ardıcıllığını müəyyənləşdirmək. == Günəş Sisteminin kosmoqoniyası == Yuxarıda qeyd olunan ikinci üsulu ancaq çoxsaylı obyektlərə tətbiq etmək olar. Bu obyektlər ulduzlar, ulduz topaları,dumanlıqlar və qalaktikalardır. Günəş Sistemi hələki, yeganə müşahidə oluna bilən planet sistemi olduğundan ikinci üsulu ona tətbiq etmək olmur. Odur ki, hələlik burada yalnız birinci yoldan istifadə etmək olar.
Kosmologiya
Kosmologiya ayrı-ayrı göy cisimləri və onların sistemlərini deyil, bütövlükdə Kainatın quruluşu və inkişafını öyrənən elm sahəsidir. Kosmologiya sözü (yunan. κοσμολογία (cosmologia, κόσμος [kosmos] nizam, bütün + λογια [logia] deyim, elm) sözlərindən yaranmışdır. == Kosmologiyanın predmeti və əsas prinsipləri == Kosmologiyada Kainat dedikdə Metaqalaktika, daha geniş mənada isə müşahidələr və onların ümumiləşdirmələri əsasında astronomiya elminin öyrəndiyi Kainat nəzərdə tutulur. Bu kainat Astronomik Kainat adlanır. Beləliklə, kosmologiyada Astronomik Kainat öyrənilir. Kosmologiya problemlərinin həllində astrofizika, ulduzlar astronomiyası, o cümlədən, əlbəttə, Qalaktikadankənar astronomiya müşahidə və tədqiqatlarının nəticələrindən geniş istifadə olunur. Astronomik müşahidələr kosmologiyanın əsasını təşkil edir. Kosmologiyanın nəzəri əsaslarını isə fizikanın ümumi qanunları təşkil edir. Bu qanunlar nispilik nəzəriyyəsindən çıxan qanunlar, atom və nüvə fizikası, elementar zərrəciklər fizikası, elektrodinamika, hidrodinamika, maqnitohidrodinamika, plazma fizikasının müxtəlif sahələrini əhatə edən qanunlardır.
Kosmoqonik fərziyələr
Kosmoqonik fərziyələr- (rus. космогонические гипотезы, ing. cosmogonical hypotheses) Günəş sisteminin yaranması haqqında fərziyyələr. İlkin elmi fərziyyələr XVIII əsrdə Kant və Laplas tərəfindən söylənilmişdir. Bu fərziyyəyə görə Günəş və planetlər fırlanan geniş qaz-toz buludunun sıxılması nəticəsində əmələ gəlmişdir. XX əsrin ikinci yarısında Kant və Laplas fərziyyəsi əsasında yaranmış və sovet alimi O.Y.Şmidt, ingilis alimi O.Xoyl və b. tərəfindən inkişaf etdirilmiş, Günəşin və planetlərin vahid soyuq qaz-toz buludundan yarandığı təsdiq edilmişdir.
Kosmoqonik miflər
Kosmoqonik miflər — Türkdilli xalqların yaşadığı ərazilərdə, o cümlədən Azərbaycanda qeydə alınan mifoloji toponimlərin böyük bir hissəsi kosmoqonik miflərlə əlaqədar olaraq yaranmışdır. == Haqqında == «Bu miflərin əksəriyyəti öz xarakterinə görə arxaik və etimoloji miflərə nisbətən daha çox mərasimi olub kosmosun, xüsusilə onun bir sistemdə birləşən hissələrinin mənşəyi haqqında məlumat verir. Bu mifoloji sistemdə kainatın, dünyanın yaranmasının təsviri və şərhi ön planda durur» . Mifoloji etnotoponimlərlə etnonimlər müəyyən dərəcədə əlaqədar olduğundan onlar dil tarixi ilə bağlı qiymətli bir mənbə kimi xalqın mifik təfəkkürünü və həmin miflərdə rüşeym şəklində yatan fəlsəfi-sosial düşüncə tərzini özündə yaşadan sübut və fakt kimi dəyərlidir. Türklərin – azərbaycanlıların Şərqin, eyni zamanda da Qafqazın qədim, sivilizasiyalı, özünəməxsus mədəni və qrammatik cəhətdən cilalanmış dilə malik bir xalqın qədimliyini inkar edənlərə, onları gəlmə hesab edənlərə qarşı qoyulacaq ən tutarlı, təkzib edilməz faktlardandır. Mifoloji toponimlər. Mifoloji toponimlərin etimologiyasını araşdırdıqca məlum olur ki, misirlilərin, şumerlərin, hindlilərin, yunanların və digər qədim xalqların mifik dünyagörüşünün aparıcı olduğu dövrdə - ibtidai icma dövründə keçdiyi bütün mərhələləri qədim türklər – azərbaycanlılar da keçmişlər. Bunu miflərin strukturu və sistemliliyi və mifoloji obrazların – varlıqların onomastik vahidlərdə inikası da sübut edir. Bir məsələni də qeyd etmək lazımdır ki, türk xalqlarının mifik düşüncə tərzi, yəni mif süjetləri mərasimlərdə, nağıl və dastanlarda, deyimlərdə və digər şifahi xalq ədəbiyyatı janrlarında bir sistem kimi dövrümüzə qədər gəlib çatmışdır. Mifoloji toponimlər də xalqımızın mifik dünyagörüşünü ən kamil və etibarlı şəkildə mühafizə edib, əsrdən-əsrə ötürən mənbələrdəndir.
Kosmoqonik tanrılar
Kosmoqonik tanrılar — Yunan mifologiyasında protoqonoz ya proqogenoz (yun. Πρωτογενοι, ilk doğulanlar, yarananlar, törənənlər) hadisə nəticəsində yaranmış tanrılar. İlk olaraq əfsanə yaranmışdır. Tarixə qədərki dövrlərdə insan kainatı tam dərk edə bilmədiyindən təbiət hadisələrinin qarşısında aciz olduğundan onları ilahi obrazlarla dərk etməyə çalışmışdır. İnsanların bu baxımdan yaratmış olduğu əfsanələrdən biri də kainatın yaranmasına aiddir. Əfsanələrin əksəriyyətində dünyanın və kainatın yaranmasını xaotik, qaranlıq, sonsuz, soyuqluqdan törəmə kimi göstərilir. Məşhur ifadədə deyildiyi kimi "öncə xaos (qarma qarışıq, qaranlıq soyuq sonsuzluq) olmuş". Xaos, Tartar, Hava, Okean, Gecə və Zülmət kimi törəmələr ilk tanrılara həyat vermiş olurlar. Məhz yunan mifologiyasında bu cür hadisəni kosmoqonik hadisə və bu hadisələrdən törənənlər isə kosmoqonik tanrılar adlandırılırlır.