Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kosmoqrafiya
Kosmoqrafiya (q.yun. κοσμογραφία, lat. cosmographia — dünyanın təsviri, kainatın təsviri q.yun. κόσμος — dünya, kainat и γράφω — yazı) — kainatın, dünyanın quruluşu, yaranması haqqında elmi və mifoloji təsəvvürlərin məcmusu. == Termin == Kosmoqrafiya termini ilk dəfə II əsrdə Klavdi Ptolemey tərəfindən təqdim edilmişdir. Kosmoqrafiya dedikdə, elm mənasında astronomiya və yer elmləri mövzu sahələrini əhatə edən nizam-intizam mənasında başa düşülürdü. Elmin ixtisaslaşması prosesində kosmoqrafiya bir sıra elmi fənlərə bölünmüş, müstəqil elm olmaqdan çıxmış və institutlarda akademik fənnə çevrilmişdir. Dar mənada, kosmoqrafiyanı göy sferasının və göy cisimlərinin təsviri və xəritələşdirilməsi (təsviri astronomiya) adlandırmaq olar. Daha geniş mənada, indi də kosmoqrafiya dünyanın ənənəvi (folklor, mifoloji, dini) və ya bədii (məsələn, elmi-fantastik) təsviridir. Bu halda “kosmologiya” terminin sinonimi ola bilər.
Kompüter tomoqrafiya
Kompüter tomoqrafiyası – müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir. Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti 1 dəqiqəni aşmır. Multislays kompüter tomoqrafiya metodu əsasında kompüter angioqrafiya, 3D rekonstruksiya və virtual endoskopiya yaradılmışdır. == Multislays spiral kompüter tomoqrafiyasının üstünlükləri == Müayinənin yüksək sürəti digər sadə spiral tomoqraflara nisbətən rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır. Müayinənin davametmə müddətinin çox az olması (təxminən 1 dəqiqə) pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur. 3 ölçü rekonstruksiyalı təsvirlər bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır.
Maqnit rezonans tomoqrafiya
Maqnit rezonans tomoqrafiya (MRT) - bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumların vizuallaşmasını təmin edir... Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20 ilə 40 dəqiqə arasında tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur. MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar. == Tarix == MRT 1946 – ci ildə F.Bloch tərəfindən ixtira edilmiş nüvə maqnit rezonansı hadisəsinə əsaslanır. == Müasir tomoqrafiya == Müasir tomoqrafiya vasitəsilə pasiyentin vəziyyətini dəyişmədən skanerləmə üsulu ilə istənilən iradi müstəvidə tomoqramlar almaq mümkündür. MRT müayinədə KT – yə analoji olaraq məlumatın fəza kodlaşması prinsipindən istifadə olunur.