Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Honalama
Honalama incə mexaniki emal üsullarına aid olub geniş material spektrinin hazırlanmasnda tətbiq olunan texnoloji əməliyyat növüdür. Əsasən deşiklərin honalama alətlərinin köməyi ilə soyuducu yağlayıcı mayedə incə emal edilməsi zamanı onun səthlərinin triboloji xassələrinin yaxşılaşdırlımasına xidmət edir. Ən çox daxili yanma mühərriklərində silindrlərin incə emalında və hidravlik elementlərin kipləşdirici səthlərinin emalında tətbiq olunur. Honalanmış deşiyin forma dəqiqliyi 5mkm və səthinin kələkötürlüyü isə Ra=0.63÷0.04 həddində olur. Xarici səthlərin honalanması xüsusi və ya modifikasiya olunmuş pardaqlama dəzgahlarında aparılır. Tətbiq olunan hona daşlarının sayından asılı olaraq superfiniş(en) əməliyyatı ilə müqayisədə 2–4 dəfə çox məhsuldarlıq əldə etməyə imkan yaradır. Prosesin əsas kinematikası uzununa irəli-geri hərəkət və honalama daşlarının eninə verişi nəticəsində formalaşır. Poladların və çuqunların emalında soyucu-yağlayıcı maddə kimi kerosin və ya onun yağla qarışığından (10%—20%li məhlul) istifadə edilir.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Katarjina Kovalska
Katarjina Kovalska (7 aprel 1985, Lipno, Polşa) — Polşalı marafonçu. Katarjina Kovalska Polşanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Katarjina Kovalska birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneəli qaçış yarışlarında qüvvəsini sınadı və məsafəni 9 dəqiqə 47.02 saniyəyə qət edərək 47 atlet sırasında 30-cu yeri tutdu. Katarjina Kovalska özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Katarjina Kovalska 3000 metr məsafəyə maneəli qaçışda təsnifat mərhələsində məsafəni 9 dəqiqə 48.60 saniyəyə qət edərək 11-ci yeri tutdu. Katarjina Kovalska növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Artımlı ehtiyat kopyalama
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. == Həmçinin bax == Yedəkləmə == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qışlaq-i Dovlama (Germi)
Qışlaq-i Dovlama (fars. قشلاق دولاما‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (4 ailə).