Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krevet
Krevet (lat. Palaemon) — Əsl krevetlər infradəstəsinə (Palaemonidae) aid krevet cinsi.
Daş kreveti
Daş kreveti. (lat. Palaemon elegans) — Əsl krevetlər infradəstəsinə (Caridea), Krevet (Palaemon) cinsinə daxil olan növ. Dənizlərin dayaz hissələrində, duzluğu 1 ‰-dən az olmayan sularda yayılırlar. Əsas Afrikanın Atlantik okean sahillərində, Ümid burnuna qədər olan ərazilərdə yayılmışdır. Avropada isə Norveç sahili, o cümlədən Aralıq, Azov, Qara dənizlərində rastlanılır. 1950-ci illərdən bəri isə Xəzər və Aral dənizi kimi duzlu göllərdə də yayılmağa başlamışdır. XX əsrdə Baltik dənizini nqərb sahillərinidə fəth etmişdir. onlara Kalininqrad körfəzində də rastlanılır. Xəzər dənizində yayılmış iki krevet növündən biridir.
Ot kreveti
Ot kreveti (lat. Palaemon adspersus) — Əsl krevetlər infradəstəsinə, krevet cinsinə daxil olan növ. Uzunluqları 70 mm olur. Rəngi isə sarımtıl-bozdur. Rostrum alt yarısında fərqli ləkələrə sahibdir. Növ Avropanın şimal-qərbində elə də yayılmamışdır, Ancaq Baltik dənizi və Danimarka boğazları (Böyük Kəmər, Kattegat, Kiçik Kəmər, Skagerrak, Öresund) ərazisində çox saylıdır və sənaye əhəmiyyəti daşıyır. Baltik dənizi ərazisində 5 ‰ duzluğa dözür. Qış ayları isə dəniz dibinə enir, burad isə duzluluq dah yüksək olur. Növ əsasən dəniz otunun yayıldığı əraziləri üstün tuturlar. Bunun əksinə isə onlara yaxın növ sayılan Daş kreveti açıq sahələrdə yayılır.