Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fraksion kristallaşma
Fraksion kristallaşma — maqmada kristallaşan mineralların qravitasion çökməsi qalıq mayenin sıxılıb çıxarılması və başqa proseslər nəticəsində maqmatik ərinti və ya məhlul ilə bərk faza arasındakı qarşılıqlı təsirin kəsilməsi. Fraksion kristallaşma diferensial kristallaşma şəklində baş verir. Bu proses təbii ərintilərin (maqmanın) diferensiasiyasının əsas yollarından biridir. == Həmçinin bax == Qravitasion çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Rekristallaşma
Rekristallaşma - qeyri-bərabər deformasiyaya uğramış mineralların, yaxud onların aqreqatlarının əsasında həmin tərkibli, ancaq miqyasca kiçik yeni kristalların yaranma prosesi. Belə kristallaşma maddənin ərinti halına keçmədən sülb halında baş verir. == Həmçinin bax == Deformasiya Mineral Kristallar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.