İKİNCİ

поряд. числ.
1. второй:
1) следующий по счету за первым. İkinci mərtəbə второй этаж, ikinci cild второй том, ikinci sinif второй класс, ikinci kurs второй курс
2) уступающий по качеству первому. İkinci növ çay чай второго сорта, ikinci dərəcəli kayut каюта второго класса, ikinci növ keçirici физ. проводник второго рода, ikinci yeri tutmaq занять второе место
3) второстепенный, не главный по значению. İkinci rollar вторые роли, ikinci planda на втором плане
4) муз. исполняющий вспомогательную партию. İkinci skripka вторая скрипка, ikinci partiya вторая партия, ikinci səs второй голос
5) заменяющий первого(-ую), настоящего(-ую). İkinci ana kimə , kim üçün вторая мать к ому, для кого , ikinci vətən kimə , kim üçün вторая родина кому, для кого
6) показывающий степень интенсивности сравнительно с другими. İkinci dərəcəli yanıq ожог второй степени
2. вторичный:
1) происходящий второй раз; повторный. İkinci evlənmə вторичная женитьба, ikinci gəliş второй приезд
2) представляющий вторую ступень в развитии чего-л. Xəstəliyin ikinci dövrü вторичный период болезни, ikinci məhsul вторичный продукт, геол. ikinci yatım вторичное залегание, ikinci kristallaşma вторичная кристаллизация; ikinci reaksiya хим. вторичная реакция, физ. ikinci şüalanma вторичное излучение, ikinci rəqs второе колебание, ikinci rentgen şüaları вторичные рентгеновские лучи, бот. ikinci nüvə вторичное ядро, ikinci qabıq вторичная кора; ikinci dərəcəli rol oynamaq nədə играть второстепенную роль в чем
◊ ikinci siqnal sistemi вторая сигнальная система (система речевых сигналов)
İKİMOTORLU
İKİNCİLİK
OBASTAN VİKİ
İkinci Alxasova
Alxasava — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun İncə kənd Sovetinin Birinci və İkinci Alxasova kəndləri vahid yaşayış məntəqəsi kimi birləşdiyindən həmin məntəqə Alxasova kəndi adlandırılmışdır. Alxasova kəndi İncə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Alxasova kənd Soveti yaradılmışdır. Alxasova oykonimi şəxs adı (Alxas) və oba sözlərindən ibarətdir. Oykonim "Alxasa məxsus oba" mənasındadır. 1993-cü ilədək Birinci və İkinci Alxasova (Alxasoba) kəndlərindən ibarət idi. Kənd Böyük Qafqaz dağlarının cənubunda, Qaraməryəm tirəsinin ətəyində, Yuxarı Şirvan kanalının sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin mövqeyi Dövranlı, İncə və Aşağı Qaraməryəm kəndlərinə daha yaxındır, Göyçay şəhərindən şərq istiqamətdə yerləşir. Ərazisinin 40%-i dağlıq, 60%-i düzənlikdir. Kəndin mərkəzindən Yuxarı Şirvan kanalı keçir.
İkinci Alyanlı
İkinci Alıyanlı, İkinci Əliyanlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən «ikinci» sözü kəngərli türk tayfasından olan əliyanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1886-cı ildə 137 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq köklü sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
İkinci Alıbəyli
İkinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
İkinci Aral
İkinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə İəmsabad kəndindən çıxmış ailələrin Aral adlanan torpaq ərazisində məskunlaşması nəticəsində yaranmışdır. Bu torpaq sahəsi xəzinə torpağı olduğundan Aral (yəni "fərqli, ayrılmış") adlanırdı. Oykonimin birinci komponenti kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Kəndin adının ilk dəfə hallandırılması XX əsrin əvvəllərinə təsadüf edir. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ağdaş dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Şəmsabad kənd şurası yaradılmışdır. 1961-ci ilin İnzibati bölgüsünə əsasən Ərəbşəki kəndi Azərbaycan SSR Ağdaş rayonunun Şəmsabad kənd sovetinə, 1977-ci ilin İnzibati bölgüsünə əsasən isə Ağdaş rayonunun Xosrov kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Xosrov bələdiyyəsi təsis edilmişdir.
İkinci Aratkənd
Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun İkinci Aratkənd kəndi Aratlı-Curuğlu kəndi adlandırılmışdır. Aratkənd yaşayış məntəqəsinin adı 1917-ci ilə aid mənbələrdə Gorus–Aratkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkəndə I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər İkinci Aratkənd olmuşdur. 1992-ci ildən etibarən Birinci Aratkənd Maşadqanlı, ikinci Aratkənd isə Aratlı Curuğlu adlanır. Aratkənd etnonimi Monqol ordusu tərkibində Azərbaycana gəlmiş Oyratlarla bağlıdır. Curuğlu isə həmin tayfaya mənsub tirələrdən birinin adıdır.
İkinci Ağalı
İkinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd. Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Hüseynxanlı olmuşdur. Yerli əhali arasında Orta Ağalı da adlanır. Oykonimin birinci komponenti r-nun ərazisindəki Ağalı adlanan üç yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İkinci Aşıqlı
İkinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun İkinci Aşıqlı kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İkinci Aşıqlı kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi keçmiş Aşıqlı (indiki Birinci Aşıqlı) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Şahsevənlərin aşıqlı tirəsinin adını əks etdirir. Kəndin əsası 1949-cu ildə qoyulmuşdur. Kənd əhalisi o dövrdə heyvandarlıqla məşğul olmuş, yayda Kəlbəcər ərazisində yaylaqda, payızda isə indiki ərazilərdə qışlaqda yaşamışdır. Oturaq həyata keçəndən sonra bölünüb iki kənddə məskunlaşmışlar — Birinci Aşıqlı və İkinci Aşıqlı kəndləri. Kənd əhalisi azərbaycanlılardan ibarətdir. Kənd Mil düzündə yerləşir.
İkinci Baharlı
İkinci Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Baharlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
İkinci Biləcik
İkinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır. İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir. İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır. Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur.
İkinci Bəyazid
II. Bəyazid və ya Sultan Bəyazid-i Vəli (Osmanlı türkcəsi: بايزيد ثاني Bəyazid-i Sani; 3 dekabr 1447, Amasya – 26 may 1512, Konstantinopol) ― Osmanlı İmperiyasının 8. padşahı. Atası Fateh Sultan Mehmed, anası Sitti-Mükrimə Xatundur. Taxta keçəndə 511.000 km²'i Asiyada, 1.703.000 km²'i Avropada olmaq üzrə cəmi 2.214.000 km² olan imperiya torpaqları, ölümündə təxminən 2.375.000 km² idi. II. Bəyazidin doğum yeri bu gün Yunanıstan sərhədləri daxilində qalan, Osmanlılar zamanında isə Ədirnəyə bağlı bir qəza mərkəzi olan Dimetoka'dakı Dimetoka Sarayıdır. Atası Fateh Sultan Mehmed elmə qarşı böyük bir sevgi bəslədiyi üçün, oğlu Bəyazidə hər şeydən öncə güclü bir təhsil verdirmişdir. İstanbulun fəthindən sonra, 7 yaşında Xədim Əli Paşa rəhbərliyində Amasya hakimi olan Bəyazid, burada o dövrün ən məşhur alimlərindən dərslər aldı və padşah olacaq şəkildə yetişdirildi. O günlərdə Amasya şəhəri bir təhsil və mədəniyyət mərkəzi idi. Dövrün məşhur alimlərindən dərslər aldı, İslami elmlərin bir çoxunu öyrəndi. İslam elmi sahəsində dərs aldığı müəllimlərindən biri də Hünkar Şeyxi olaraq bilinən Bayrami təriqət şeyxi Muhyiddîn Mehmed-i İskilibî olmuşdur.
İkinci Cabanı
İkinci Cabanı (əvvəlki adları: Cabanı; Nikolayevsk; Dzerjinovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun İkinci Cabanı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Dzerjinovka kənd inzibati-ərazi vahidi tərkibindəki Dzerjinovka kəndi İkinci Çabanı kəndi, Dzerjinovka kənd inzibati-ərazi vahidi İkinci Çabanı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kəndin ilk adı Cabanı olmuşdur, adını Cabanı yaylasının yamacında yerləşdiyinə görə almışdı. XIX əsrdə, 1830-cu illərdə burada Çar Rusiyasından gəlmə rus ailələri məskunlaşmış, rəsmən Nikolayevsk adlandırılsa da, yerli əhali arasında Rus Cabanısı kimi tanınmışdır. Sovet vaxtı dövlət və partiya xadimi F.E.Dzerjinskinin (1877-1926) şərəfinə Dzerjinovka adlandırılmışdı. Kəndin adı 5 oktyabr 1999-cu ildən dəyişdirilərək İkinci Cabanı adlandırılmış, beləliklə də qədim Cabanı adı geri qaytarılmışdır. Kəndin hazırkı adının əvvəlindəki "İkinci" hissəsi fərqləndirici komponentdir (Şamaxı rayonunun eyni adı daşıyan Cabanı kəndi ilə səhv salınmaması üçün). Kənd dağətəyi ərazidə yerləşir. Kəndi əhalisinin əksəriyyətini etnik azərbaycanlılar, Axısqa türkləri və ruslar təşkil edir. Kənd əhalisi 479 nəfərdir ki, onun da 243 nəfəri kişi, 236 nəfəri isə qadınlar təşkil edir.
İkinci Dördyol
İkinci Dördyol — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Dördyol qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
İkinci Dərəşam
İkinci Dərəşam — Babək rayonunun Nehrəm inzibati ərazi vahidində qəsəbə. Araz çayı dərəsindədir. Yaşayış məntəqəsi 1964-cu ildə Dərəşam dəmir yolu platforması yanında salınmış və eyniadlı kənddən fərqləndirmək üçün İkinci Dərəşam adlandırılmışdır.
İkinci Hacallı
İkinci Hacallı (əvvəlki adı: Hacıalılı) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Hacıalılı kəndi İkinci Hacallı kəndi adlandırılmışdır.
İkinci Mahmud
İkinci Mahmud (əsl adı: Ağakişiyev Mahmud İsmayıl oğlu; 30 may 1986, Qazax rayonu – 6 iyul 2019, Bakı) — yazıçı, esseist, publisist. Əsl adı Ağakişiyev Mahmud İsmayıl oğlu olan İkinci Mahmud 1986-cı ildə Qazax rayonunun Muğanlı kəndində anadan olmuşdur. Muğanlı kənd orta məktəbini bitirmişdir. Bakı Dövlət Universitetində filologiya (bakalavr, 2003–2007) və türkologiya (magistr, 2008–2011) üzrə təhsil almışdır. 2009–2010-cu illərdə Ankara şəhərində yerləşən Bilkənd Universitetində Türk dili və ədəbiyyatı üzrə kurs keçmişdir. 2013-cü ildən mətbuatda çıxış etməyə başlamışdır. Müxtəlif mətbu orqanlarda araşdırma yazıları, esse və hekayələri dərc edilmişdir. Ümid arası adlı hekayəsi alman dilinə tərcümə edilmişdir. Özü isə Artur Şopenhauer, Alber Kamü, Umberto Eko, Çak Palanik, Viktor Pelevin, Nodar Dumbadze, Haruki Murakami kimi müəlliflərin bir-neçə esse və hekayəsini Azərbaycan dilinə tərcümə etmişdir. Synaps Library layihəsinin ideya müəlliflərində biridir.
İkinci Mahmudlu
İkinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı Mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə ikinci komponentdən istifadə edilmişdir. Kəndin əhalisi Mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1.831 nəfər əhali yaşayır.
İkinci Meyniman
İkinci Meyniman — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. İkinci Meyniman Hacıqabul r-nunun Kalinovka i.ə.v.-də kənd. Şirvan düzündədir. Keçmiş adı Binə Meyniman olmuşdur. Yaşayış məntəqəsi Meyniman (indiki Birinci Meyniman) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 435 nəfər əhali yaşayır.
İkinci Milli
İkinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən İkinci Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yaşayış məntəqəsi XIX əsrin sonunda Milli (indiki Üçüncü Milli) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin birinci komponenti fərqləndirici xüsusiyyətə malikdir. İkinci komponent isə etnotoponimdir. 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr Birinci Milli kəndini salmışlar. Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının yamacında yerləşir.
İkinci Muğanlı
İkinci Muğanlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
İkinci Məşrutiyyət
İkinci Məşrutiyyət — Osmanlı Konstitusiyasının 29 il fasilədən sonra, 23 iyun 1908-ci ildə yenidən elan edilməsiylə başlayan və "Məbuslar Məclisi"nin Sultan Vahidəddin tərəfindən 11 aprel 1920-ci ildə ləğv edilməsi ilə sona çatan dövrü əhatə edir. Bu dövr parlament sistemi, seçki, siyasi partiya, hərbi çevriliş və diktarorluğa şahidlik etmişdi. İki böyük müharibə (Balkan müharibələri və I Dünya Müharibəsi) və İmperiyanın dağılması da bu dövrdə baş vermişdi. Birinci Məşrutiyyət rəsmi olaraq sona çatmadığından və konstitusiya dəyişmədiyindən, bəzi tarixçilər bu dövrü vahid Məşrutiyyət dövrünün ikinci hissəsi adlandırırlar. İkinci Məşrutiyyətin elanından dərhal sonra seçkilər keçirildi. Seçkilərdə əsas iki partiya, İttihad və Tərəqqi ilə liberal yönlü Əhrar Firqəsi idi. Seçkini ittihadçılar qazandı. Seçkinin ardından yaranan yeni Məclis-i Məbusan 17 dekabr 1908-ci ildə fəaliyyətə başladı. Osmanlı İmperiyasının son dövrünə öz damğasını vuran əsas ünsürlərdən olan İkinci Məşrutiyyət, həm də Türkiyə Cümhuriyyətinin quruluş illərinə də güclü təsir etmişdir. Bu zaman ölkəni pərdə arxasından idarə edən İttihad və Tərəqqi rəhbərliyinə qarşı bəzi çevrələrdə qeyri-məmnunluq getdikcə artdı.
İkinci Nazırlı
İkinci Nazırlı (əvvəlki adı: Nəzirli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nəzirli kəndi İkinci Nazırlı kəndi adlandırılmışdır.
İkinci Nügədi
İkinci Nügədi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. Kolxozlaşma dövrünə qədər vahid kənd olan Nügədi, idarəetmənin asanlaşdırılması üçün 1-ci və 2-ciyə bölünmüşdür. Hal-hazırda da 1-dən 5-ə qədər məhəllələr 1-ci Nügədi ərazisində 6-dan 9-a qədər məhəllələr 2-ci Nügədinin ərazisindədir. 2-ci Nügədinin məhəllələri 6-cı, 7-ci, 8-ci və 9-cu məhəllələrdir. Kəndin əsl adı Nügdi olmuş, daha sonradan Nügədi kimi səsləndirilmişdir. 1970–80-ci illərə qədər yaşlı adamlar bu kəndi Nügdi (1-ci və 2-ci Nügədilər birlikdə) adlandırmışlar. Kəndin əhalisinin əsasən Dərbənd yaxınlığındakı Nügdi kəndindən köçərək gəldiyi hesab edilir. Kənd Qaraçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi r-nun ərazisində nisbətən yeni salınan kəndlərdəndir.
İkinci Paşalı
İkinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. İkinci Paşalı Hacıqabul rayonunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin axırlarında Paşalı (və ya Paşalıkənd) kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmış və İkinci Paşalı adlandırılmışdır. Keçmiş kəndin adı isə Birinci Paşalı kimi rəsmiləşdirilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 725 nəfər əhali yaşayır. 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
İkinci Qala
İkinci Qala — Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki İkinci Qala qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə Bakı-Sabuncu dəmir yolu xəttindəki stansiya əsasında yaradılmış və Qala qəsəbəsindən fərqləndirmək üçün İkinci Qala adlandırılmışdır.
İkinci Qaradəmirçi
İkinci Qaradəmirçi — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. İkinci Qaradəmirçi Bərdə r-nunun Qaradəmirçi i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonimin birinci komponenti r-nun ərazisində qaradəmirçi tayfasının məskunlaşdığı eyniadlı yaşayış məntəqələrini fərqləndirməyə xidmət edir.
Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabineti
II Xoyski hökuməti, İkinci hökumət kabineti və ya Müsavat-Bitərəflər hökuməti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 2-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 17 iyun 1918 tarixindən 7 dekabr 1918-ci ilədək fəaliyyət göstərmiş, müsavatçılar, müstəqillər və bitərəflərdən ibarət müvəqqəti koalisya hökuməti. Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru Paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi. Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru Paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru Paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi. İyunun 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi. Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin.
Azərbaycan İkinci Dünya müharibəsi illərində
Azərbaycan İkinci dünya müharibəsində — İkinci dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu, Azərbaycan xalqının böyük qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti. İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. Azərbaycanın ümumilli lideri Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir". Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı. Alman komandanlığı Bakı neftinə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi. Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. İkinci dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi.
Azərbaycan İkinci dünya müharibəsində
Azərbaycan İkinci dünya müharibəsində — İkinci dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu, Azərbaycan xalqının böyük qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti. İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. Azərbaycanın ümumilli lideri Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir". Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı. Alman komandanlığı Bakı neftinə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi. Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. İkinci dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi.
Bakı ikinci rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır. Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.
Bakı İkinci Dünya müharibəsində
Bakı İkinci Dünya Müharibəsi dövründə — Bakı müharibə zamanı Nasist Almaniyasının fəth planlarında xüsusi yer tutmuşdur. NSDAP Xarici Siyasət Şöbəsinin müdiri Alfred Rozenberq, Bakının Üçüncü Reyxin təsir dairəsinə daxil edilməsini öz üzərinə götürən xüsusi bir "Qafqazın idarə edilməsi" planı hazırladı. Bu plana görə Bakı 25 sentyabr 1942-ci ilədək ələ keçirilməli idi. Adolf Hitler 1941-ci ilin martında Bakının işğalından sonra Bakı neftinin istehsalının, təmizlənməsinin və nəqlinin Kontinental Neft Cəmiyyəti tərəfindən idarə olunması təlimatını verdi. Bakının böyük bir hərbi obyektə çevrilməsi planlaşdırılırdı. “1941-ci il, iyunun 22-də alman qoşunları 930 millik cəbhə boyunca Sovet İttifaqına hücum etdi. Adolf Hitler özünün ümumi və konkret vəzifələrini olduqca aydın şəkildə ifadə etmişdi: “Biz Rusiyanı nə qədər tez məhv etsək, bir o qədər yaxşıdır. Hücumun son məqsədi Bakının neft mədənlərinə yol tapmaqdır”, -deyə Maykl Ekonomides və Ronal Olini yazırdılar. Başqa vaxt isə belə demişdi: Biz Bakının neftinə sahiblənəcəyik və bununla da Sovet İttifaqının təyyarələrini və tanklarını hərəkətsiz dəmir oyuncaqlara çevirəcəyik”. 1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı “Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı.
Belçika İkinci dünya müharibəsində
Belçika İkinci Dünya müharibəsinin başlanğıcından etibarən, 10 May 1940-cı il tarixində Almaniyanın onun ərazisinə işğalına qədər neytral qaldı. 28 may 1940-cı ildə Belçika silahlı qüvvələri Kral Leopold III əmri ilə həbs edildi. Daha sonra Belçika könüllülərindən iki SS şöbəsi (27-ci Flaman və 28-ci Valon) yaradılmışdır. Belçika komandanlığının planı, Lyej cənubundakı süvari və ovçu bölmələri tərəfindən müdafiə olunmasını təmin etdi. Antverpen-Lyej bölməsində, Albert-kanalı tank əleyhinə bir maneə olaraq istifadə edərək, 12 bölmə yerləşdirildi. Qalan 4 bölmə Antverpen və Löven arasında Dil çayı üzərində müdafiə mövqelərini ələ keçirdi. Lyej və Albert-kanalını davamlı müdafiə etməsi planlaşdırılmamışdı. Belçika müdafiə planları ingiltərə-fransız qoşunlarının əmri ilə əlaqələndirilməmişdir. 9 Britaniya bölmələrinin - Belçika - Fransız sərhəd yerləşən 1-ci ordu qrupu (28 bölmələrinin 2, mexanikləşdirilmiş 3, 5 süvari motorlu o cümlədən 4 qoşunları ibarətdir). Onların arxasında əsas komandanın ehtiyatı - 14 bölmə.
Berlin döyüşü (İkinci Dünya Müharibəsi)
Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri. Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi. Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar.
Binəqədi ikinci seçki dairəsi
Birinci və İkinci Qarabağ müharibələri zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı
Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı — Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrini əks etdirən siyahı. Siyahının hazırlanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından istifadə edilmişdir. Tarix və memarlıq abidələri qeydiyyata alınma prinsipinə uyğun olaraq, dünya, ölkə və yerli əhəmiyyətliyinə görə üç başlıqda göstərilmişdir. Cədvəllərdə abidələrinin sıralanma nömrəsi, adı, ünvanı ilə yanaşı qısa təsvir bölməsində tarixi və müvafiq mənbələr əsasında dağıdılması haqqında məlumatlar, mümkün şəkli (dağıdıldıqdan sonra və ya əvvəl) və dəqiq koordinantları qeyd edilmişdir. Eyni zamanda, siyahıya müharibələr zamanı yuxarıda qeyd edilmiş ərazilərdə dağıdılmış və ya ziyan görmüş monumental-heykəltəraşlıq nümunələri və muzeylər də daxil edilmişdir. Erməni komandiri Arkadi Ter-Tadevosyanın dediyinə görə, 1992-ci ildə Şuşa işğal edildikdən sonra şəhər yaxınlıqdakı Xankəndindən olan ermənilər tərəfindən talan və məhv edilmişdir. Ter-Tadevosyan demişdir ki, Qarabağ erməniləri azərbaycanlıların geri dönməməsi üçün evləri yandırmışdır. 2002-ci ildə, şəhərin erməni qüvvələri tərəfindən işğal edilməsindən on il sonra, şəhərin təxminən 80%-i xarabalıq halında idi. Ermənilər Şuşadan olan üç azərbaycanlı musiqiçi və şairin tarixi büstlərini də söküb satmışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) araşdırma missiyası 2005-ci ildə Füzuli şəhərinə səyahət etmiş və şəhərin xarabalıq olduğunu bildirmişdir.
Bri Tannerin ikinci qısa ömrü
Bri Tannerın ikinci qısa ömrü (ing. The Short Second Life of Bree Tanner) — Alatoran romanlar seriyasın kitabı.
Bri Tannerın ikinci qısa ömrü
Bri Tannerın ikinci qısa ömrü (ing. The Short Second Life of Bree Tanner) — Alatoran romanlar seriyasın kitabı.
Bri Tannerın ikinci qısa ömrü (roman)
Bri Tannerın ikinci qısa ömrü (ing. The Short Second Life of Bree Tanner) — Alatoran romanlar seriyasın kitabı.
Cümlənin ikinci dərəcəli üzvləri
Cümlənin ikinci dərəcəli üzvləri — cümlənin təşkiledici mərkəzinə, mübtəda , xəbərə və zərfliyə aid olan izahedici, aydınlaşdırıcı, tamamlayıcı sözlər və birləşmələrə deyilir.Bəzən söz birləşməsi ilə də ifadə olunur Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallardan başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi?, nəyi?, nə?, kimə?, nəyə?, kimdə?, nədə?, kimdən?, nədən?, kim ilə?, nə ilə?, kim üçün?, nə üçün?, kim haqqında?, nə haqqında?, nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi?) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitab var. Biz onunla (kim ilə?) fəxr edirik. Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz və s. Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi.
Cümə, ayın 13-ü. İkinci hissə (film, 1981)
Cümə, ayın 13-ü. İkinci hissə (ing. Friday, The 13th. Part 2) — ABŞ rejissoru Stiv Mayner tərəfindən çəkilən qorxulu filmdir. Bu film "Cümə, ayın 13-ü" film seriyalarının ikinci çəkilən filmidir. Filmin mövzusundakı baş verən əhvalatlar yenidən "Kristal gölü" ətrafında baş verir. Filmin bu seriyasında ilk dəfə olaraq Ceyson Burhiz personajı insanları öldürməyə başlayır. Filmin ilk hissəsinin əhvalatlarından iki ay keçmişdir. Pamela Burhiz tərəfindən təşkil olunmuş qətl müharibəsindən sağ çıxmış yeganə gəncdir. Lakin Elisin gördüyü hadisələr bitməmişdir.
Dövri sistemin ikinci periodu
2-ci period elementləri — ikinci periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Emin Əmrahov- "İkinci Qarabağ müharibəsi iştirakçısı"
Emin Əvəz oğlu Əmrahov (9 iyun 1989; Ağstafa rayonu, Azərbaycan SSR — 27 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Emin Əmrahov 1989-cu il iyunun 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. Sonradan ailəsi ilə birgə Gəncə şəhərinə köçərək uzun müddət orada yaşamışdır. 1996-2007-ci illərdə Gəncə şəhərində M. Hadi adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb. Emin Əmrahov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Xidmətinini başa vurduqdan sonra yenidən Qırılı kəndinə qayıdaraq burada məskunlaşmışdır. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi işləməyə başlayıb. Azərbaycan Ordusunun çavuşu olan Emin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Əmrahov oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.
Ermənistanın ikinci kanalı
Ermənistanın ikinci kanalı (erm. Հայկական երկրորդ հեռուստաալիք, h2) — Ermənistan özəl telekanalı. Telekanal 1999-cu ildə təsis edilmişdir. Telekanal 2001-ci ildən Ermənistanın 95%-də, Dağlıq Qarabağ Respublikasında isə qismən yayımlanır. Telekanal gündə 18 saat yayım edir. Telekanalda 30 proqram mövcuddur. Şirkətin təxminən 250 işçisi var. Telekanalın sədri Samvel Mayrapetyandır. Telekanalın baş qərargahı və studiyası İrəvan şəhərinin Açapnyak rayonunda yerləşir.
Feminizmin ikinci dalğası
Feminizmin ikinci dalğası — 1960-cı illərdən 1990-cı illərin əvvəllərinə qədər feminist hərəkatın inkişaf mərhələsi. Qanunvericilik səviyyəsində bərabərsizliyin aradan qaldırılması vəzifəsini qarşıya qoyan birinci dalğanın feminist hərəkatından fərqli olaraq (xüsusən də qadınlara seçki və mülkiyyət hüququ verilməsini istəmək), ikinci dalğanın feministləri de ilə əlaqəli çoxsaylı problemləri həll etdilər fakto bərabərsizlik, cinsiyyət, ailə, iş yeri və reproduktiv hüquqlar. İkinci dalğa, françayzinq hüquqlarından daha çox şey əldə etməklə qadın bərabərliyini artırmaq məqsədilə sürətlə Qərb dünyasına yayıldı. Feminist fəal və publisist Kerol Haniş "Şəxsi Siyasi" şüarını irəli sürdü və bu "ikinci dalğa" ilə əlaqələndirildi. İkinci dalğa feministləri qadınlar arasındakı mədəni və siyasi bərabərsizliyin müxtəlif formalarının ayrılmaz şəkildə əlaqəli olduğunu başa düşdülər. Qadınları, şəxsi həyatlarının bəzi məqamlarının dərindən siyasiləşdirildiyini və cinsiyyətçi güc strukturlarını əks etdirdiyini anlamağa çağırdılar. Women’s Liberation ifadəsi ilk dəfə ABŞ-də 1964-cü ildə istifadə edilmiş və ilk dəfə 1966-cı ildə çap olunmuşdur. 1968-ci ilə qədər bütün qadın hərəkatı ilə əlaqəli olaraq istifadə olunmağa başladı. Qadın azadlıq hərəkatının ən səsli tənqidçilərindən biri, "Feminist nəzəriyyə hüduddan mərkəzə" ("Feminist nəzəriyyəsi") kitabının müəllifi olan Afrika-Amerikalı feminist və yazıçı Qloriya Ceyn Vatkins ("Bell Huks" təxəllüsü ilə yazan) idi. kənarından mərkəzə "), 1984-cü ildə nəşr edilmişdir.
Göylər sonsuz bir dənizdir. İkinci film. Züleyxa (film, 1995)
Azərbaycanın qəhrəman təyyarəçilərinə həsr olunan filmin ikinci hissəsində Azərbaycanın ilk qadın hərbi təyyarəçisi, aviasiya kapitanı, Bakı aeroklubunun yetişdirməsi, Jukovski adına hərbi-hava akademiyasının məzunu, İkinci Dünya müharibəsi illərində 500-ə qədər döyüş əməliyyatının bilavasitə iştirakçısı Züleyxa xanım Seyidməmmədovadan bəhs edilir. Film faşizm üzərində qələbənin 50 illiyi münasibətilə çəkilmişdir. Filmdə səslənən mahnının bəstəkarı Tofiq Babayev, sözlərin müəllifi A. Rəsuldur. Mahnını ifa edən Flora Kərimovadır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto-fono arxivinin və şəxsi arxiv materiallarından istifadə olunmuşdur. Film hazırlandığı zaman filmin qəhrəmanı Züleyxa xanım Seyidməmmədova dünyasını dəyişdi. Filmdə səslənən Tofiq Quliyevin bəstələdiyi və Rəşid Behbudovun ifa etdiyi "Züleyxa xanım" mahnısı məhz Züleyxa Seyidməmmədovaya həsr edilmişdir. Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Operator: Nəriman Şıxəliyev Səs rejissoru: Ramiz Bağırov Rejissor assistenti: [[Sahib Heybətov Operator assistenti: Mətləb Yaqubov Montaj edən: İlham İsayev, Yafət Xeyirov, Etibar Həsənov, Elman Nəbiyev, Namiq Tağıyev, Arzu Qasımov Redaktor: Oqtay Orucov, Vüqar Tapdıqlı Məsləhətçi: Məzahir Abbasov (tarix elmləri doktoru) Aparıcı: Nazim Rza İsrafiloğlu Filmin direktoru: Məhyəddin Əsgərov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven, Arif Məlikov ("Axırıncı aşırım" bədii filmindən musiqi), Fərəc Qarayev, Tofiq Babayev, Cavanşir Quliyev Mahnı ifa edən: Flora Kərimova Züleyxa Seyidməmmədova (Azərbaycanın ilk qadın hərbi təyyarəçisi) Məzahir Abbasov (tarix elmləri doktoru) Tofiq Quliyev (bəstəkar) "Azərbaycan Hava Yolları" Dövlət Konserninin "AZALAERO" şirkəti Nazim Rza. Üçüncü dalğanın meridianlarında. Bakı:Zərdabi LTD, 2017, səh 341.
Korinflilərə ikinci məktub
Korinflilərə ikinci məktub — Həvari Pavelin Korinflilərə yazdığı 2-ci məktub. Əhdi-Cədidin səkkizinci kitabıdır. Sinay palimpsestinin əsas mətnini təşkil edir.
Lakierovun ikinci binası (Taqanroq)
Lakierovun ikinci binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 44 ünvanında yerləşir. Bina XIX əsrin əvvəllərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti ideal vəziyyətdədir. Bina klassizm stilinə malikdir XIX əsrin əvvələrində və ortalarında inşa edilən №42 və №44 ünvanlarında yerləşən binalar İvan Andreeviç Varvasiyə məxsus olmuşdur. Sonradan isə onun varisləri binaya sahiblənmişdir. 1906-1910-cu ildə bina 44 nömrəsi ilə Aleksandr Popudovoy və Yelena Likierə məxsus olmuşdur. Bu bina ilə əlaqəli bir çox taqanroqlu ailələrin soyadı hallandırılır. 1836-cı ildə Varvasi Sofiya Dmitrievna Alferaki ilə ailə həyatı qurmuşdur. Onların iki qızı doğulmuşdur:Akeksandra və Yelena.
Marvel Kinematoqrafiya Kainatı: İkinci faza
Marvel Kinematoqrafiya Kainatının İkinci fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. 2012-ci ildə baş verən Nyu-York müharibəsindən bəri streslə mübarizə aparan Stark bir sıra sirli partlamanın izinə düşür və terrorist Mandarin ilə qarşı-qarşıya gəlir. Marvel və Disney 2010-cu ilin sonlarında üçüncü Dəmir adam filmini istehsal etdiklərini açıqladılar. 2011-ci ilin fevral ayında Dəmir adam 3 filminin rejissorluğu üçün Şane Blak işə gətirildi. Blak filmin ssnearisini Dreu Pearsi ilə birlikdə yazdı. Robert Dauni, Qvinet Peltrou və Don Çidl Dəmir adam 2-dəki rollarını yenidən canlandırdılar. Həmçinin Quy Pearsi və Ben Kinqsley Aldrik Killian və Revor Slatteri rollarını canlandırmaq üçün heyətə qatıldılar. Çəkilişlər 2012-ci ilin may ayında Şimali Karolina əyalətində başladı. Həmçinin Cənubi Florida, Çin və Los-Ancelesdə əlavə çəkilişlər aparıldı. Filmin premyerası 2013-cü il 14 apreldə Parisdə yerləşən Le Grand Rex-də və 24 apreldə Los-Ancelesdə yerləşən El Capitan Theatre-də baş tutdu.
Misirdə ikinci padşahlıq dövrü
Misir tarixindəki İkinci sülaləyə aid məlum hökmdarlar. Qədim Misirin Birinci və İkinci sülalələri əsasən Misirin Erkən Sülalələr Dönəmi altında qruplanırlar. O tarixlərdə paytaxt Tinisdir. İkinci Sülalənin hökmdarlarının dönəmləri mübahisəlidir. İlk beşi üçün, mənbələr təxmini olaraq həmfikirdir: Ancaq sonrakı iki və ya üç hökmdarın şəxsiyyətləri açıq deyildir: Hor-adı və ya Nebti (iki(dişi))-adı və doğum adlarını bilirik: tamamilə fərqli insanlar ola bilərlər və ya sadəcə əfsanəvi adlar olma ehtimalları var. Sol tərəfdə bir çox Misir araşdırmaçısının açıqladıqları hökmdar adları, sağda isə Manethonun Aegyptica əsərindən gələn adlar verilmişdir: Son hökmdar ilə təkrar bir ortaq qərara gəlinir: Hər nə qədər Manetho paytaxtı birinci sülalədə olduğu kimi Tinis olaraq bildirsə də, ən azından ilk üç kralın Sakkarada dəfn olunduğu bilinir və bu səbəblə də güc mərkəzinin Memfisə köçürüldüyü düşünülür. Bundan əlavə, bu dönəm haqqında çox az şey deyilə bilər; Palermo daşının illik qeydlərinin ancaq Ranebin hökmünün son illərindən bəhs edən hissələri günümüzə qədər gəlmişdir. Ehtimal ki,Khasekhemwyin hökmündə lazımi bir hadisə olmuşdur, bir çox misir araşdırmaçısı adını "İki Güc Taclandırıldı" şəklində oxumuşdur və bunun Yuxarı və Aşağı Misirin birləşməsini bildirdiyini düşünürlər.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakultativ Protokolu
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakultativ Protokolu — Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta uyğun olaraq edam cəzasının ləğv edilməsinə yönəlmiş beynəlxalq müqavilədir. 15 dekabr 1989-cu ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 11 iyul 1991-ci ildə qüvvəyə minmişdir. 2021-ci il tarixindən Könüllü Protokolda 89 dövlət iştirak etmişdir. Bundan əlavə, Qazaxıstan protokolu imzaladı, lakin təsdiq etmədi. Konvensiyanı ən son təsdiqləyən ölkə 18 mart 2021-ci ildə Ermənistan idi. Fakultativ Protokol üzvlərini sərhədləri daxilində ölüm cəzasını ləğv etməyə borcludur, baxmayaraq ki, 2.1-ci maddə tərəflərə "müharibə vaxtı" vaxtında törədilmiş hərbi xarakterli ən ağır cinayət hökmünə uyğun olaraq edama icazə verən bir bənd verməyə imkan verir." Braziliya, Çili, El Salvador, Kipr, Malta və İspaniya əvvəlcə bu cür rezervasyonlar etdi və daha sonra onları geri götürdü. Azərbaycan və Yunanıstan hər iki ölkənin ölüm hökmünü hər vəziyyətdə qadağan etməsinə baxmayaraq protokolun icrası ilə bağlı bu qeydini davam etdirirlər (Yunanıstan ölümü ləğv edən Avropa İnsan Haqları Konvensiyasına dair 13 saylı Protokolu da təsdiqlədi) bütün cinayətlərə görə cəza).
Nizami ikinci seçki dairəsi

Значение слова в других словарях