Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kromlex
Kromlexlər — üstü yastı daş plitə ilə örtülü əlahiddə dayanmış iri daşlardan ibarət, çevrə formasında olan ən iri meqalitik qurğular. Çox halda kromlexin daxilində dolmen, yaxud mengir olub. Bu sıradan ən məşhur Stounhenc kromlexi (İngiltərə, e.ə. ll minillik) 90 metr diametrə malikdir və 125 qaya parçasından ibarətdir.
Rolex
Rolex — saatlar və aksessuarlar istehsal edən İsveçrə saat şirkətidir. Rolex ildə yarım milyondan çox saat istehsal edir. Rolex saatları ən yaxşı xam materiallardan və detallara xüsusi diqqət ayırmaqla hazırlanır. Hər bir komponent ən yüksək standartlara uyğun şəkildə dizayn edilir, hazırlanır və istehsal edilir.
Krimler şəlaləsi
Krimler şəlaləsi (alm. Krimmler Wasserfälle‎) — Avstriyada kaskad şəlalə. Şəlalə eyni adlı Krimler-Ahental çayının üzərindədir (Zalçah çayının qolu). Avropanın ən böyük kaskad şəlalərdən biri. == Ümumi məlumat == Krimlerin ümumi hündürlüyü 385 metrdir. Krimler Avstriyanın ən hündür şəlaləsidir. Şəlalə Yüksək Tauern Milli Parkının ərazisindədir. Üç kaskaddan ibarətdir: Yuxarı, orta və aşağı. Kaskadların hündürlüyü belədir: 145 m, 100 m и 140 m). 30 milyon il əvvəl Alp dağlarının qalxması nəticəsində formalaşmışdır.
Kromvel cərəyanı
Kromvel cərəyanı — Sakit okeandan keçən soyuq dəniz cərəyanı. Cənubi Passat cərəyanından (154°—150° q.u.) başlayaraq Qalapaqos adalarına qədər uzanır. 6500 km məsafədə hərəkət edir. Axının sürəti 70 sm/s — 150 sm/s arasında dəyişir. Cərəyanın eni 300 km-dir. Cərəyan 1952-ci ildə ABŞ okeanoqrafı Tounsend Kromvelin rəhbərliyi altında aşkarlanmışdır. Cərəyan elə onun adını daşıyır. == Mənbə == Kromvel cərəyanı.
Oliver Kromvel
Oliver Kromvel (ing. Oliver Cromwell; 25 aprel (5 may) 1599[…] – 3 (13) sentyabr 1658[…]) — İngiltərə burjua inqilabının başçısı. 1643-1650-ci illərdə Parlament ordusunun general-leytenantı. 1650-1653-ci illərdə Lord-General, 1653-1658-ci illərdə İngiltərənin, İrlandiyanın və Şotlandiyanın Lord-Protektoru. 3 sentyabr 1658-ci ildə malyariyadan və ya zəhərlənmədən həlak olub. Ölümündən sonra qəbirindən çıxarılaraq asılıb daha sonra isə şaqqalanıb (İngiltərədə vətən xainləri üçün nəzərdə tutulmuş cəza). == Bioqrafiya == Oliver Kromvel 1599-cı ildə Kembricdə mülkədar Puritan ailəsində doğulub. Xatinqdondakı məktəbdə təhsil alır, 1616-1617-ci illərdə Sidney Sasseksa kollecində təhsilin davam etdirir. Vətəndaş müharibəsindən qabaq Oliver Kromvel adi Skvayr-Mülkədar idi. Hüquq fakultəsini tərk edəndən sonra Mülkədar qızı ilə evlənməyə məcbur oldu.
Le-Kremlen-Bisetr
Le-Kremlen-Bisetr (fr. Le Kremlin-Bicêtre) — Fransada kommuna, İl-de-Frans regionunun Val-de-Marn departamentinə daxildir, Parisin mərkəzindən 4,5 km məsafədə yerləşir. Kommunanın ərazisində XVII əsrə aid Bisetr hospitalı yerləşir. Le-Kremlen-Bisetr kommunası 1896-cı ildə Jantiya kommunasından ayrılaraq müstəqil olmuşdur. Le-Kremlen-Bisetr adının mənasının bir hissəsi yəni "Kremlen" sözü Moskva Kremlndən gəlir.
Kröller-Müller muzeyi
Kröller-Müller Muzeyi (Niderlandca tələffüz: [krɵlərˈmylər myˌzeːjɵm]) Hollandiyanın Otterlo bölgəsindəki Hoge Veluwe Milli Parkında yerləşən milli sənət muzeyi və heykəltəraşlıq bağıdır. İncəsənət kolleksiyaçısı Helen Kröller-Müller tərəfindən əsası qoyulan muzey, özünün və ərinin keçmiş mülkünün ərazisi (hal-hazırda milli park) daxilində 1938-ci ildə açıldı. Van Qoq muzeyindən sonra Vinsent van Qoqun ən böyük rəsm kolleksiyasına sahibdir. Muzeyi 2015-ci ildə təxminən 380.000 nəfər ziyarət edib. == Tarixi == Kröller-Müller Muzeyi Vinsent van Qoqu yaxından tanıyan və onun əsərlərini kolleksiya şəklində yığan H. P. Bremmer-in tövsiyəsi ilə həvəskar sənət kolleksiyaçısı Helene Kröller-Müller tərəfindən qurulmuşdur. 1935-ci ildə bütün kolleksiyasını Hollandiya dövlətinə bağışladı. 1938-ci ildə Henri van de Velde tərəfindən dizayn edilmiş muzey ictimaiyyətə açıldı. 1961-ci ildə heykəltəraşlıq bağı əlavə edilmiş və 1977-ci ildə Vim Qvist tərəfindən hazırlanmış yeni sərgi açılmışdır. == Kolleksiya == Muzeydə Vincent van Qoqun "Kafe terasında gecə", Kədərlənən Qoca (Əbədiliyin qapısında) və Kartof Yeyənlərin bir versiyası kimi bəzi əhəmiyyətli rəsm əsərləri qorunub saxlanılır. Bu da muzeyi dünyada ikinci ən böyük (Amsterdamdakı Van Qoq Muzeyindən sonra) Van Qoq rəsmlərinin kolleksiyası olan muzeyə çevrilmişdir.
Tük tökən kremlər
Tük tökən kremlər və ya kimyəvi depilyasiya, arzuolunmaz tüklərdən müvəqqəti olaraq xilas olmaq üçün tətbiq edilən kosmetik məhsullardır. Bir qrup depilyasiya üsuludur. Tüklərin zülallar quruluşunu dağıdaraq tökülməsini təmin edir.