Kromlex
Kromlexlər — üstü yastı daş plitə ilə örtülü əlahiddə dayanmış iri daşlardan ibarət, çevrə formasında olan ən iri meqalitik qurğular. Çox halda kromlexin daxilində dolmen, yaxud mengir olub. Bu sıradan ən məşhur Stounhenc kromlexi (İngiltərə, e.ə. ll minillik) 90 metr diametrə malikdir və 125 qaya parçasından ibarətdir.