Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xorvatiya krujevası
Xorvatiya krujevası (xorv. Čipkarstvo u Hrvatskoj) ― Aralıq dənizi və kontinental Avropada krujeva istehsalı yayılmağa başladığı dövrdə İntibah dövrünə aid ənənə. Neçə illər ərzində Xorvatiya krujevası unikal naxış və dizaynla seçilir. 2009-cu ildə UNESCO Xorvatiya krujevasını "Qeyri-Maddi Mədəni İrsi" siyahısına əlavə etdi.Müasir zamanda Xorvatiyada, bir çox krujeva tikmə mərkəzləri var, onlar ilk növbədə Paq və Hvar Adriatik adalarında, şimal şəhəri Lepoqlavada və Medjimurska rayonunun Sveta Mariya kəndində yerləşirlər. == Seçmə krujevalar == === Paq: iynə krujevası === Paq adasının iynə krujevaları çoxsaylı həndəsi motivləri ehtiva edən tor şəklində bəzəklərdən ibarətdir. Hazır məhsul çox möhkəm olur və digər xorvat krujevalarından fərqli olaraq onu yumaq olar. Bu cür krujevaların tikiş ənənəsi Paq adasında hələ də qorunub saxlanılır və bunun üçün xüsusi krujeva məktəbi açılmışdır. === Lepoqlava: bobina krujevaları === Lepoqlava şəhərində bobina krujevalarının hazırlama ənənəsi mövcuddur. Onların strukturu üslublaşdırılmış həndəsi və çiçək motivləri və naxışlarından ibarətdir, həmçinin heyvanların təsvirləri də krujevalara əlavə olunur. İstehsal zamanı ağ rəngdə kətan və ya pambıq ipindən istifadə olunur.
Krubera-Voronya
Krubera mağarası və ya Voronya — Dünyanın ən dərin mağarası. Dərinliyi 2212 metrdir. Gürcüstan ərazisində yerləşir. Hal-hazırda Gürcüstan Respublikasının torpaqlarında yerləşir.
Krubera mağarası
Krubera mağarası və ya Voronya — Dünyanın ən dərin mağarası. Dərinliyi 2212 metrdir. Gürcüstan ərazisində yerləşir. Hal-hazırda Gürcüstan Respublikasının torpaqlarında yerləşir.
Kruşevo Respublikası
Kruşevo Respublikası (mak. Крушевска република) — Balkanlarda qurulan ilk respublikalardan biri. İliden qiyamı zamanı qurulur. Respublikanın mövcudluğu 10 gün davam edir - 1903-cü il avqustun 3-dən 13-dək. == Tarixi == Nikola Karevin başçılıq etdiyi 750 üsyançı tərəfindən kazarma, poçt şöbəsi və bələdiyyəyə edilən hücum zamanı osmanlı qoşunları Kruşevo şəhərindən çıxarılır. Dərhal şəhərdə özünüidarəetmə qurulur. Şəhərin hər etnik-dini icmasından 20 nəfər olmaqla 60 üzvdən ibarət Respublika Şurası toplanır. Respublika Müvəqqəti İnqilab Hökümətinin başçısı, etnik azlıqların millətçiliyini rədd edən və Balkan Federasiyasının ideyasını dəstəkləyən sosial demokrat Nikola Karev idi. Hökumətə qanunu və qaydaları qorumağa, ərzaq və dərman təminatını və maliyyə dövriyyəsini təşkil etməyə çağıran 6 nəfər (hər icmadan 2 nəfər) daxil idi. Kruşevo Respublikası hökumətinin dərc etdiyi ən məşhur sənəd Kruşevski manifestidir.
Nadya Ruşeva
Nadejda (Nadya) Nikolayevna Ruşeva (31 yanvar 1952, Ulan Bator - 6 mart 1969, Moskva) Sovet qrafika rəssamı. == Bioqrafiya == Nadejda Ruşeva Ulan Batorda Sovet rəssamı Nikolay Konstantinoviç Ruşevin ailəsində anadan olub (1918-1975). Anası Natalya Doydalovna Azikmaa-Ruşeva (1926-2015) ilk Tuva balerinası idi. 1952-ci ilin yayında ailə Moskvaya köçdü. Nadya beş yaşında rəsm çəkməyə başladı və heç kim ona necə rəsm çəkməyi və məktəbdən əvvəl oxumaq və yazmağı öyrətmədi. Yeddi yaşında birinci sinif şagirdi olmaqla, hər gün dərsdən sonra yarım saat mütəmadi olaraq rəsm çəkməyə başladı. Sonra bir axşam atası bu sevimli nağılı ucadan oxuduğu zaman o, Puşkinin "Çar Saltan nağılı" üçün 36 şəkil çəkdi. == Ölümü == 6 mart 1969-cu ildə xəstəxanada beyin damarının anadangəlmə anevrizması və beyində qanaxma səbəbiylə həyatının 18-ci ilində vəfat etdi. == Sərgilər == 1964-cü ilin may ayında Gənclər jurnalı (Nadya beşinci sinifdə oxuyurdu) tərəfindən ilk rəsm sərgisi təşkil edildi. Elə həmin il bu sərgidən sonra, cizgilərinin ilk nəşrləri jurnalın 6 nömrəsində cəmi 12 yaşında ikən ortaya çıxdı.