Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sklerodermiya
Sklerodermiya — dəri, qan damarları, əzələlər və daxili orqanlarda dəyişikliklərə səbəb ola bilən bir qrup autoimmun xəstəlik. Xəstəlik sadəcə dəri ilə də lokalizasiya ola və ya digər oqranlara da yayıla bilər. Sklerodermanın simptomları vəziyyətin növündən və şiddətindən asılı olaraq dəyişə bilər. Sklerodermanın ən çox görülən simptomlarından biri dərinin, xüsusən də barmaqlarda, əllərdə, üzdə və ayaqlarda qalınlaşması və sərtləşməsidir. Dəri daha parlaq və sıx görünə bilər. Həmçinin soyuq temperatur və ya stresə cavab olaraq əl və ayaq barmaqlarında olan qan damarlarının daralması halı, əl və ayaq barmaqlarının ağ və ya mavi rəngə çevrilməsinə, soyuq və uyuşmasına səbəb olan raynaud sindromu yaşana bilər. Xəstəlik həzm sisteminə təsir göstərərək udma çətinliyi, sinə içində ağrılı yanma hissi və şişkinlik kimi simptomlara və ağciyərlərə təsir edərək nəfəs darlığına, sinə ağrısına və davamlı quru öskürəyə səbəb ola bilər. Skleroderması olan bəzi insanlar, xüsusən də əllərdə və ayaqlarda oynaq ağrısı və sərtlik yaşayırlar. Skleroderma anemiya və ya iltihabla əlaqəli olaraq yorğunluq və zəifliyə də səbəb ola bilər.Səbəbi təyin olunmayıb, lakin bu, anormal immun reaksiya ilə bağlı ola bilər. Risk faktorlarına ailə tarixçəsi, müəyyən genetik faktorlar və silikon dioksidə məruz qalma daxildir.