Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kulturoloq
Kulturoloq — müəllim müxtəlif ölkələrin sosial-mədəni fəaliyyət sahələri, idarəetmə və mədəni inkişafın milli texnologiyaları, eləcə də bu sahədə beynəlxalq təcrübə barədə dürüst və müfəssəl informasiyaya malik olmalıdır. Universal bilikli mütəxəssislər olan kulturoloqların praktiki iş sahəsi artbiznes, media, reklam və beynəlxalq əlaqələrlə məhdudlaşmamalıdır. Kulturoloqun praktiki işi dövlət və ictimai həyatın geniş sosial-mədəni fəaliyyət sahəsini əhatə etməlidir. Universal kulturoloji biliklərə istinadən, kulturoloq tədqiqat, təhsil, maarif məsələlərini həll etməyi bacarmalı, sosial-mədəni həyat fəaliyyətinin tərəqqipərvər texnologiyalarına istiqamətlənən inkişafın innovasiyalı modellərini hazırlamalı, investisiya siyasətini düzgün formalaşdırmalı, mədəniyyətin inkişafını idarə etməlidir. Dövlətin beynəlxalq nüfuzunun, onun sivil dünya birliyinə inteqrasiyasının möhkəmlənməsinə yardım edən, ölkənin xarici mədəni siyasəti də kulturoloqun diqqət mərkəzində olmalıdır.
Fuad Məmmədov (kulturoloq)
Fuad Teyyub oğlu Məmmədov (28 oktyabr 1946, Bakı) — Kulturoloq, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı. == Həyatı == Azərbaycan Respublikasının vətəndaşı; 1946-cı il oktyabırın 28-də Bakı şəhərində anadan olub; Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru; “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyəsının akademiki; Rusiyanın Pedaqoji və Sosial elmlər Akademiyasının akademiki; “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti; “Mədəniyyət və cəmiyyət” daimi kulturuloji seminarın elmi rəhbəri. “Simurq” Kulturoloji jurnalın (Dünya mədəniyyəti və sivilizasiyası məsələləri) yaradıcısı və baş redaktoru; “Humay” (2002) və “İntellekt” (2006) Milli ictimai mükafatların laureatı; “Sülh səfiri” və “Mədəniyyət səfiri” Beynəlxalq və Milli fəxri adlarla təltif olunub. Elmi maraqlar dairəsi: milli və beynəlxalq idarəetmə mədəniyyəti; insanın həyatfəaliyyəti mədəniyyəti; dünya mədəniyyəti və sivilizasiyasının tarixi. Azərbaycanda kulturologiya elminin yaradıcısıdır. Mədəniyyət və elm tarixi və nəzəriyyasindən 200-dən artıq elmi və elmi-maarif işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Onların arasında Azərbaycanını ali məktəbləri ilə yanaşı, Rusiyanın, ABŞ-nın, Almaniyanın, Fransanın, Avstriyanın və başqa ölkələrin kitabxanalarında geniş istifadə olunan, iki beynəlxalq akademiya tərəfindən bəyənilmiş və “Humay” mili mükafatı ilə təltif olunmuş “Kulturologiya” fundamental əsəri, bir çox Azərbaycan və xarici alim, mütəxəssis və diplomatlar tərəfindən dəstək almış, Dünyə mədəniyyəti Beynəlxalq universitetin layihəsini göstərməək olar. Prof. F.T.Məmmədov 1990-cu ildən “Mədəniyyət və cəmiyyət” adinda daimi fəaliyyət göstərən kulturuloji seminarın elmi rəhbəridir. 1990 – 2009-cu illərdə ölkədə, kulturologiya və idarəetmə mədəniyyəti sahəsində müxtəlif mövzularda 300-dən artıq respublika və beynəlxalq konfransları, interaktiv seminarlar, treninqlər, dəyarmi masalar və fokus-qruplara rəhbərlik etmişdir.
İlqar Hüseynov (kulturoloq)
İlqar Həsrət oğlu Hüseynov — Azərbaycanda "Tətbiqi kulturologiya" elminin yaradıcısı, "Kulturologiya tarixi" elminin banisi, kulturologiya üzrə mütəxəssis, kulturologiya elmləri doktoru, professor. İlqar Həsrət oğlu Hüseynov 1965-ci il fevalın 14-də Lerik rayonunda anadan olmuşdur. 1982–1988-ci illərdə ADİİ-də (indiki ADMİU) ali təhsil almışdır. O, təhsil müddətində Nizami Gəncəvi adına təqaüd almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. İ. Hüseynov əmək fəaliyyətinə 1988-ci ildə başlamış, 1993-cü ilə qədər universitetin klub müdiri, 1989–1993-cü illərdə saathesabı müəllım, 1993-cü ildən bu günə qədər tam ştat müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Pedaqoji fəaliyyəti dovründə 1000-ə yaxın müxtəlif mövzularda elmi-kütləvi tədbirlərin təşkilatçısı və ssenari müəlifi olmuşdur. Bu tədbirlərin əksəriyyəti mətbuatda və kütləvi-informasiya vasitələrində geniş işıqlandırılmışdır. Yaxşı işinə görə dəfələrlə universitetin rəhbərliyi tərəfindən təşəkkürə layiq görülmüş, fəxri fərman, diplom və ADMİU-nun yubiley medalları və döş nişanı ilə təltif edilmişdir. 1994–2000-ci illərdə ADMİU-nun tələbə elmi cəmiyyətinin sədri olmuşdur. 1994-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində Dövlət Mədəniyyət Akademiyasında pedoqoji elmlər namizədi alimlik dərəcəsi almaq üçün "Əyləncə-oyun ünsiyyətinin tərbiyə potensialının realizə edilməsi" adlı dissertasiya müdafiə etmişdir.
Əliyeva Yeganə (kulturoloq)