Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kursiv
Kursiv – [lat. cursivus, cursus – qaçış, hərəkət; cursiva littera – əlyazma] 1) maili mətbəə hürufatı, maili yazı; 2) sitatda müəllifin nəzərə çarpdırdığı söz, ifadə və ya cümlə; 3) çap şrifti formalarından biri; 4) mətnin müəyyən hissəsini fərqləndirmək məqsədilə hərflərin sağa meylli, əlyazmasına bənzər şəkildə yığılması. Sözün kursivlə yığılması üçün əlyazmasında onun altında dalğalı xətt çəkilir; 5) latın və qədim yunan yazısında sürətli yazı xətti. Bu məqsədlə qələmin ucu kağızdan götürülmədiyi üçün hərflər bitişik yazılır. Bu məqalədə “şrift” və “sürətli yazı” sözləri kursivlə yığılmışdır; 6) əlyazmasını xatırladan maili mətbuat şrifti. == Tarixi == Ən qədim antik kursiv yazısı I-II əsrlərə aiddır. Bizans – yunan yazısında XI əsrdən yayılmışdır. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
II Mursili
II Mursili — təxminən e.ə. 1330–1295 və ya 1321–1295-ci illərdə hakimiyyətdə olmuş Het çarı. O, Het dövlətinin ən uğurlu hökmdarlarından biri hesab edilir. I Suppiluliumanın kiçik oğlu olmuşdur. == Kasklarla müharibə == II Mursilinin salnaməsində onun hakimiyyətinin 7-ci ilində peyda olan və Hayasa Azziyə basqınlar edən Pixxuniya adlı bir kask hökmdarından bəhs edilmişdir. Tipiya ölkəsində hökmranlıq edən Pixxuniya digər kask hökmdarlarından fərqli olaraq yaxınlıqdakı digər kask tayfalarını öz ətrafında birləşdirərək özünü çar elan etmişdir. Pixxuniya gündən-günə sərhədlərini genişləndirirdi, II Mursili isə onun yanına səfir göndərmiş və Pixxuniyanın götürdüyü kölələri geri qaytarmasını xahiş edərək problemi diplomatik yol ilə həll etməyə çağırış etmişdir. Pixxuniya cavabında II Mursiliyə məktub göndərərək kölələri qaytarmayacağını, hücuma məruz qalacağı təqdirdə müharibəyə başlayacağını bildirmişdir. Hər halda, nəticədə hetlərlə kasklar arasında müharibə baş tutmuş, bu zaman II Mursili Tipiyanı yerlə-yeksan etmiş və Pixxuniyanı Xattusaya gətirmişdir.
Kürəsinli
Kürəsünnilər (və ya Kürəsünlü, Kürəsinli, Kürəsünnü) — Azərbaycan xalqının etnogenezində iştirak edən türk mənşəli tayfalardan biri. Dilləri Azərbaycan dilidir və əsasən sünni müsəlmandırlar. == Etimologiyası == Kürəsinli adının mənşəsi dəqiq olaraq bəlirlənməyibdir və hələ də mübahisədədir. Yerli əhali Kürəsinni olaraq Salmas əhalisi isə Kürəsünni olaraq tələffüz edilməkdədir. Türk dili qaydaların nəzərdə alırsaq bu ad Kürəsin+li dən vicuda gəlib. Kürəsin əhalisi, Kürəsindən gələn insanlar, Kürəsinə mənsub adamlar kimi mənalanır. Belə nəzərə gəlir; Kürəsin, bir coğrafisəl addır və bir bölgə adı olmalıdır. Tohid Məlikzadə, "Salmasın on min illik Tarixi" kitabında yazır: Kürəsinlilər Səfəvi dövründə Girəsun bölgəsindən köçüblər və Türklərin Çəpni boyuna mənsubdurlar. Şəhram Qasimzadə "Kürəsinlilərin Tarix və Sivilizasiyası" kitabında yazır: Kürəsinli ləhcəsiylə, Orta Asiyada Özbəklərin ləhcəsiylə bənzərliklər var və Kürəsinlilər Türküstanın qədim Xorasanın Xarəzm bögəsindən köçdükləri möhtəməl görünür. O deyir, Kürəsinli Xorasanlı ilə eyni sinonimlər ola bilər və buna görədə tarixdəki Xarəzmşahları bu məsələylə ilgiləndirir.
Kürdili
Kür dili adası — Xəzər dənizində Azərbaycana məxsus ada. Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. İnzibati cəhətdən isə adanın şərqi Neftçala, qərbi isə Lənkəran inzibati rayonlarına məxsusdur. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşir. Ada Azərbaycanın sahəsinə görə ən böyük adasıdır. Adada mövcud olmuş Kürdili kəndinin adı adanın adından götürülmüşdür. == Coğrafiyası == Ada Kürün tarixi deltasında yerləşir. Belə ki, gətirmə suxurların mənsəbə yığılması nəticəsində əmələ gəlmişdir. Hazırda isə Kürün deltası yarımadadan 35–40 km şimalda yerləşir. Xəzər dənizinin qalxıb enməsi ilə əlaqədar yarımada və ada arasında tərəddüd edir.
Kürdili (dəqiqləşdirmə)
Kür dili — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada Kürdili — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.
Kürdili (kənd)
Kürdili — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Kürdili oyk., sadə. Neftçala rayonunun Şirvanlı inzibati ərazi vahidində kənd. Xəzər dənizi sahilindədir. Kəndin adı Kür Dili adasının adından götürülmüşdür. Yaşayış məntəqəsi haqqında "Əriyən ada", Sonuncu və Daxildəki ada adlı filmlər çəkilmişdir.
Gəvlən (Salmas-Kürəsinli)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).