Kürəsünnilər (və ya Kürəsünlü, Kürəsinli[1], Kürəsünnü) — Azərbaycan xalqının etnogenezində iştirak edən türk[2] mənşəli tayfalardan biri. Dilləri Azərbaycan dilidir və əsasən sünni müsəlmandırlar.
Yaşadığı ərazilər | ||||||
---|---|---|---|---|---|---|
| ||||||
Dili | ||||||
Dini | ||||||
Qohum xalqlar | ||||||
Kürəsinli adının mənşəsi dəqiq olaraq bəlirlənməyibdir və hələ də mübahisədədir. Yerli əhali Kürəsinni olaraq Salmas əhalisi isə Kürəsünni olaraq tələffüz edilməkdədir. Türk dili qaydaların nəzərdə alırsaq bu ad Kürəsin+li dən vicuda gəlib. Kürəsin əhalisi, Kürəsindən gələn insanlar, Kürəsinə mənsub adamlar kimi mənalanır. Belə nəzərə gəlir; Kürəsin, bir coğrafisəl addır və bir bölgə adı olmalıdır. Tohid Məlikzadə, "Salmasın on min illik Tarixi" kitabında yazır: Kürəsinlilər Səfəvi dövründə Girəsun bölgəsindən köçüblər və Türklərin Çəpni boyuna mənsubdurlar.[3] Şəhram Qasimzadə "Kürəsinlilərin Tarix və Sivilizasiyası" kitabında yazır: Kürəsinli ləhcəsiylə, Orta Asiyada Özbəklərin ləhcəsiylə bənzərliklər var və Kürəsinlilər Türküstanın qədim Xorasanın Xarəzm bögəsindən köçdükləri möhtəməl görünür. O deyir, Kürəsinli Xorasanlı ilə eyni sinonimlər ola bilər və buna görədə tarixdəki Xarəzmşahları bu məsələylə ilgiləndirir. Özbəklər Xarəzmi Xorazm olaraq tələffüz edirlər və birdə Xarəzmşahlara özlərini Xoresmənlər adlandırırdılar.Nəticədə, Xoras ilə Kürəs kəlmələrini birgə kökdən olduğun mümkün bilir.[4] Xarəzmlərin Moğolların hücumu əsnasında Güney Azərbaycana yerləşməsinə dayir sənədlər vardır.
24 sentyabr 1925 tarixində 2086 Şərq İslahat Planı qərarnaməsiylə Kürəsinlilərin Vana yerləşmələrinə icazə verilmişdir. qərarnamədə: "Van şəhəri ilə Midyat arasındakı xəttin qərbində Ermənilərdən mətruk (tərk edilmiş) əraziyə Türk mühacirləri (Küresünnilər) yerləşdirilcəkdir." deyilməkdədir. Həmçinin, Bölgədə yerləşdiriləcək Kürəsinlilərə yardımı qərarı da: "Şərqə yerləşdiriləcək mühacirin (Kürəsinlilər) və yerli Türklərin məskən ediləcəkləri bölgələrə qədər hökumətin vəsait-i sirriyəsi (sirri vasitələr) ilə nəqlləri və əsnay-i nəqldə (daşıma heynində) iaşə və evlərinin hökumət tərəfindən inşası bir illik iaşələrinin təmini, heyvanat və alat-ı ziraiyelerinində (əkinçilik alətləri) eyni şəkildə hökumətdən itası lazım gəlir." qeyd edilmişdir.[5]
Kürəsünnilər, əsasən İranın Qərbi Azərbaycan ostanında Xoy və Salmas arasında yerləşən Kürəsünni mahalı adı ilə tanınan bölgədə və Urmiyə ətrafında yaşayırlar.
Həmçinin Rikava(İrkava), Sərəmerik, Şeydan, Gulan Yengicə, Ağziyarət ve Şorik kəndlərində də yaşamaqdadırlar.
1925-ci ildə Türkiyəyə köçən kürəsünnilər isə, əsasən Van şəhərində və Van ilinin kəndlərində yaşayırlar.