Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lenni Robinson
Leonard Robinson və ya Lenni Robinson (28 sentyabr 1963, Baltimor, Merilend – 16 avqust 2015, Biq-Pul[d], Merilend) – ABŞ xeyriyyəçisi və biznesmeni. Baltimor şəhərindəki xəstəxanaları ziyarət edərkən Betmen forması geyindiyi üçün Baltimor Betmeni kimi tanınmışdır. 2012-ci ildə yol polis tərəfindən Betmobili saxlanılarkən çəkilmiş videodan sonra məşhurlaşmışdır. 16 avqust 2015-ci ildə avtomobilini saxladıqdan sonra yoldan keçən nəqliyyat vasitəsi tərəfindən vurulmuş və ölmüşdür. Onun ölümündən sonra reqbiçi Rey Luis, musiqiçi Con Meyer kimi məşhurlar, eləcə də, Betmenin rəsmi Facebook səhifəsi dəstək vermişdir. Lenni "Baltimor Reyvens" klubunun fanatı idi və klubun 2000 və 2012-ci ildəki Super Boullarına qatılmışdı. O, klubun bəzi oyunçuları ilə dostlaşmış və onlarla birlikdə xeyriyyə işlərinə qatılmışdır. == Xeyriyyəçilik == Lenni Robinson xəstə uşaqları Betmen kimi ziyarət etməsinin səbəbi "Betmenin nə qədər çətin vəziyyətdə olmasından asılı olmayaraq, həmişə sona qədər mübarizə apardığını" uşaqlara öyrətmək idi. O, uşaqları xəstəxanada ziyarət edərkən onlara Betmenlə bağlı əşyalar verirdi və verdiyi kitab, köynək, papağı Betmen kimi imzalayırdı. Onun ziyarət etdiyi xəstəxanalar arasında Sinay xəstəxanası, Corctaun Universitetinin xəstəxanası və Uşaqların Milli Tibb Mərkəzi var idi.