Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəzər lələyi
Xəzər lələyi, Xəzər şeytanağacı (lat. Gleditsia caspica) — lələk cinsinə aid bitki növü.Elmi adı — Astragalus zangelanus Grossh. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"– VU A2abcde+3de. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 10–15 (20) m hündürlüyündə, 60–80 sm-ə qədər diametrində, çətiri dağınıq kürəvi və ya ovalvari ağacdır. Yarpaqları lələkvari və ya ikiqat-lələkvaridir, 15–22 sm uzunluğundadır. Çiçək salxımları yarpaqların qoltuğunda yerləşir, uzunluğu (8) 10–12 sm-dir. Kasacıq və tac lələkləri sıxılmış tükcüklüdür. Paxlaları uzunsaplaqlı, düzgün və çox zaman bir qədər oraqvari əyridir, 20–30 sm uzunluğundadır, enli, dairəvi, tünd-qəhvəyi qonurdur, demək olar ki, açılmayandır, daxildən ətlidir. Toxumları yastı, ellipsşəkilli, tünd-qəhvəyidir, 10–12 mm uzunluğunda, 5–7 mm diametrindədir.
Mən Fəhləyəm (1975)
== Məzmun == Filmin əsasını Sumqayıtdakı V.İ.Lenin Adına Boru-Prokat Zavodunun qocaman fəhləsi, Azərbaycan SSR Ali Sovetinin deputatı, məşhur metallurq C.Mustafayevlə Ukrayna SSR Ali Sovetinin deputatı, fəhlə P.Ploxov arasında uzun illərdən bəri davam edən dostluq əlaqələri təşkil edir.
Mən fəhləyəm (film, 1975)
== Məzmun == Filmin əsasını Sumqayıtdakı V.İ.Lenin Adına Boru-Prokat Zavodunun qocaman fəhləsi, Azərbaycan SSR Ali Sovetinin deputatı, məşhur metallurq C.Mustafayevlə Ukrayna SSR Ali Sovetinin deputatı, fəhlə P.Ploxov arasında uzun illərdən bəri davam edən dostluq əlaqələri təşkil edir.
İbrahim Lələyev
İbrahim Həzrətqulu oğlu Lələyev (25 avqust 1996; Masallı rayonu, Azərbaycan — 10 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbrahim Lələyev 1996-cı il avqustun 25-də Masallı rayonunun Hışgədərə kəndində anadan olub. 2002-2014-cü illərdə E. Ağayev adına Hışgədərə kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == İbrahim Lələyev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun əsgəri olan İbrahim Lələyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Lələyev oktyabrın 10da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Lələyev ölümündən sonra "Vətən uğrunda" "Cəbrayıl uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Lələyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Lesley Dali
Lesley Dali (d. 28 iyun 1966; Bedford, Birləşmiş Krallığ) — Avstraliyanı təmsil edən batut gimnastı. Lesley Dali, 2004-cü ildə Avstraliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lesley Dali, 2004-cü ildə Avstraliya bayrağı altında Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Dali, 58.90 xal topladı və 16 idmançı sırasında 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Lesley Hazleton
Lesley Hazleton (20 sentyabr 1945, Ridinq) — Britaniya yazıçısıdır və onun yazıları əsasən din və siyasət arasında olan əlaqələr ve kəsişmə haqqındadır. == Bioqrafiyası və kariyerası == Hazleton Yerusəlimden The New York Times üçün reportaj hazırlayıb və Orta Şərq haqqında The New York Times, The New York Review of Books, Harper's, The Nation və The New Republic kimi qəzetlərdə məqalələr yazıb. İngiltərədə doğulub, daha sonra isə 1966-cı ildən 1979-cu ilə kimi Yerusəlimdə və 1979-cu ildən 1992-ci ilə kimi New York şəhərində məskunlaşmışdır. Daha sonra o, Seattle-a köçür və Amerika vətəndaşlığını əldə edir. Onun pisxologiya sahəsində iki elmi dərəcəsi var (B.A. Manchester University, M.A. Hebrew University of Jerusalem) .Hazleton özünü agnostik yəhudi kimi qələmə verir və qeyd edir ki, kainatdakı hər şey pardoksdur. Əlavə olaraq, biryönümlü düşünmənin təhlükəli olduğunu vurğulayır.2010-cu il aprelin 10-da din, siyasət və varoluş məsələlərinə aqnostik baxış mövzusu ətrafında Təsadüfi İlahıyyatçı bloqunu təşkil edir 2011-ci ilin sentyabr ayında ədəbiyyat sahəsində The Stranger's Genius mükafatına layiq görülür . Onun axırıncı kitabı, Agnostik: Canlı Manifest əsəri 2016-cı ilin ən dəyərli kitablarından olur , və New York Times tərəfindən çox yüksək qiymətləndirilir. == Kitabları == Agnostic: A Spirited Manifesto 2016 (New York Times Editors' Choice) The First Muslim: The Story of Muhammad (New York Times Editors' Choice) After the Prophet: The Epic Story of the Shia-Sunni Split (Finalist: 2010 PEN-USA book award.) Jezebel: The Untold Story of the Bible's Harlot Queen (Finalist: 2008 Washington Book Award.) Mary: A Flesh-and-Blood Biography (Winner: 2005 Washington Book Award.) Jerusalem, Jerusalem: A Memoir of War and Peace, Passion and Politics (Winner: 1987 American Jewish Committee/Present Tense Book Award). Where Mountains Roar: a Personal Report from the Sinai Israeli Women: The Reality Behind the Myths == TED danışıqları == TEDGlobal 2013: İnancın təməli şübhə adlı çıxışında Lesley Hazleton Məhəmməd peyğəmbər haqqında yazdığı bioqrafiyasını xüsusi vurğulayır və maraqlı məqamları qeyd edir. O qeyd edir ki, köhnə mətnlərə əsasən, Məhəmməd peyğəmbər Quranın ilk vəhyini qəbul edərkən, ilk reaksiyası qorxu və şübhə olmuşdur.
Kormak-Leheyn təsnifat sistemi
Kormak-Leheyn təsnifat sistemi birbaşa larinqoskopiya zamanı görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyyən etmək üçün tərtib edilmiş təsnifatdır. Təsnifat 1984 cü ildə R.S. Kormak və C. Leheyn tərəfindən tərtib edilmişdir. Gənc həkim anesteziyoloqların ixtisas hazırlıqlarında, çətin intubasiyaların icra vərdiş və texnikalarına yiyələnmələri üçün müxtəlif mümkün senarili modul vasitəsi kimi tətbiq edilməkdədir.
Maps (Lesley Roy mahnısı)