Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həlilə
Həlilə və ya Heleyle İranın cənubunda yerləşən Buşehr ostanının kəndlərindəndir ki Buşehr şəhərindən 20 km cənub-qərdə yerləşir. Buşehr atom elektrik stansiyası bu kəndin yaxınlığındadır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 1986 nəfər və 468 ailədən ibarət idi.
Əyn-Məlilə
Əyn-Məlilə (ərəb. عين مليلة‎) — Əlcəzairin şimal-şərqində, Umm-el-Buaqi vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzi. Şəhər vilayətin şimal-qərb hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 772 metr yüksəklikdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 88,441 nəfər idi.
Əlilə (Germi)
Əlilə (fars. اليله‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 430 nəfər yaşayır (90 ailə).
Kəlilə və Dimnə
Kəlilə və Dimnə — sanskrit dilində yazılmış, orijinal adı “Pançatantra” olan qədim hind mənşəli etik-didaktik hekayələr toplusunun daha sonra pəhləvi dilinə tərcümə edilmiş versiyasından İbn əl-Müqəffa tərəfindən VIII əsrdə ərəb dilinə tərcümə olunaraq “Kəlilə və Dimnə” adı ilə məşhurlaşmış əsər. Əsərin baş qəhrəmanları olan Kəlilə və Dimnə iki çaqqal (kiçik vəhşi it növü) olaraq təsvir edilir. Bu çaqqallardan biri – Dimnə, hakimiyyətə can atan və hiyləgər bir xarakteri təmsil edir, digər çaqqal Kəlilə isə daha çox ağıllı və ehtiyatlı davranışı ilə seçilir. “Kəlilə və Dimnə” əsərinin əsas məqsədi hökmdarlar və adi insanlar üçün mənəvi və əxlaqi dərslər verməkdir. Hekayələr heyvanların dili ilə danışılır, lakin insanların cəmiyyətində mövcud olan problemlər, siyasət, ədalət və əxlaq kimi mövzular simvolik şəkildə işıqlandırılır. Bu hekayələr vasitəsilə insanlar həyatın vacib dərslərini, xüsusilə düzgünlük, müdriklik, ədalət və hiyləgərlikdən çəkinməyi öyrənirlər. Əsər dünya ədəbiyyatında böyük iz qoymuş və müxtəlif dillərə tərcümə olunmuşdur. O, əsrlər boyu fərqli mədəniyyətlərdə oxunmuş və öyrədici əsər kimi istifadə edilmişdir. == Məzmun == Təmsillərin ilk və ən önəmli nümayəndələrindən olan "Kəlilə və Dimnə"dəki hekayələr siyasətdən xeyirxahlığa qədər bir çox fərqli mövzunu özündə birləşdirir. Əsər adını ilk bölümündəki bir hekayənin qəhrəmanları olan iki çaqqaldan almışdır - "doğrunun və dürüstlüyün" simvolu "Kəlilə" ilə "yanlışın və yalanın" simvolu "Dimnə".
Cəmilə
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.
Dəlilər
Dəlilər (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Qəmərli) — Qərbi Azərbaycannın Qəmərli rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Osmanlı imperiyası) — Osmanlı imperiyası qoşunları yüngül nizami süvari birləşmələr.
Fəsilə
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Kəlalə
Kəlalə- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Kəlalə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,661 nəfər və 6,446 ailədən ibarət idi.
Lələli
Lələli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Lələli kəndində milli tərkibi muğallardan ibarət 105 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 231 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 128 təsərrüfatda hər iki cinsdən toplam 492 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Kənd Qanıxçayın sahilində yerləşir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi burada ilk dəfə məskən salmış lələli nəslinin adım daşıyır. Güman etmək olar ki, bu oykonim ərazidəki Lələpaşa kəndinin adı ilə bir mənbədəndir. Torpaqqalanın yaxınlığında olan bu kəndin adı XVIII əsrin birinci yarısına aid tarixi hadisələrlə bağlı mənbələrdə qeyd olunmuşdur.
Lətifə
Lətifə — latın, isim, yumoristik məzmun daşıyan kiçik hadisə və ya tam fikri ifadə edən cümlə. Bəzəmələr də adlanan lətifələrdə dövrün eybəcərlikləri, ictimai həyatdakı yaramazlıqlar gülüşdoğurucu şəkildə tənqid edilir. Lətifələrdəki gülüş həm incə yumor, həm də acı istehza və kinayə şəklində olur. Azərbaycan lətifələrinin tarixi Molla Nəsrəddinin adlı tarixi-mifik şəxsin adı ilə bağlıdır. O, hazırcavablığı ilə diqqəti cəlb edir. Sən, zarafatcıl, bəzən də avam görünən Molla cəmiyyətdəki bir çox eybəcərlikləri və yaramaz əməlləri ifşa edir. Azərbaycan lətifələrinin bir hissəsi də Bəhlul Danəndə, Hacı dayı, Abdal Qasım, Ayrım Tağı və digərləri ilə bağlı yaranmışdır. Epik növün digər janrlarına nisbətən lətifələr həcmcə qısa olur və adətən, nəsr şəklində söylənilir. Lətifələrin əsas məğzi onun sonunda aydınlaşır. Bəzən bu sonluqlar xalq arasında məsəl kimi də işlənir.
Qəbilə
Qəbilə (ərəb. قبيلة‎, fars. قبیله‎) — ibtidai cəmiyyətdə bir soydan törəmiş və bir başçının iradəsi altında birlikdə yaşayan köçəri nəsil; oymaq. "Divanü Lüğat-it-Türk"ə görə (XI əsrdə) oğuzca qəbiləyə "boy" (بوى) deyilirdi.
Rəhilə
Rəhilə (ivritcə רחל) — Əhdi-Ətiqdə Yaqubun arvadı, Yusifin və Binyaminin anası. Tövrata görə, Efratada (indiki Bet-Lexem) rəhmətə getmiş və dəfn olunmuşdur. Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
Səlivə
Səlivə — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. Coğrafi ad talış dilində sə (sı) "qırmızı" və livə "yarpaq" sözlərinin birləşməsindən ibarətdir (Dəmir ağacının yarpaqları payızda qırmızı rəngdə olur). Novruz Əsgərov (20 Yanvar şəhidi) (1968–1990).
Xəlifə
Xəlifə (ərəb. خليفة‎‎ — müavin, çanişin, varis, xələf) — Məhəmməd peyğəmbərin vəfatından (632) sonra müsəlman icması və teokratik müsəlman dövlətinin (Xilafət) dini və dünyəvi başçısı. Xəlifələr əvvəllər Məhəmməd peyğəmbərin, Ələvilər dövründən isə Allahın yer üzündə canişini (müavini) hesab edilirdilər. Abbasilər xilafətinin süqutundan (XIII əsr) sonra Məmlük xilafəti (1250 - 1517) tarix səhnəsində öz yerini almışdır. Yavuz Sultan Səlimin Misiri fəth etməsilə (24 yanvar1517) xəlifə ünvanı İslamçı bütün ünsürlərin yetkin beyəti ilə Osmanlı xilafətinə (indiki Türkiyə Cümhuriyyəti) keçmişdir. Xəlifəlik ünvanına 1924-cü il Türkiyə Böyük Millət Məclisinin uyğun qərarı ilə xitam verilmişdir. İlk xəlifələr Əbu Bəkr (8 iyun 632-ci ildə xəlifə seçilib), Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib olmuşlar.
Şəlalə
Şəlalə — Çay yatağı boyu bərk süxurları yuyub keçə bilmədiyi hissələrində əmələ gəlmir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gəlir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı) və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir.Stenli və Lvinqston şəlaləsi-konqo çayı, İquasa şəlaləsi - parana çayı Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq, Afurca və s.) vardır. Şəlalənin əsas iki tipi vardır: Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi. Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür. Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.
Dəlili (Ərdəbil)
Dəlili (fars. دليلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (63 ailə).
Dəlilər (Ağsu)
Dəlilər — Azərbaycan Respublikasının Ağsu rayonunun Muradlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir.
Xəlitə
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir. Xəlitələr iki üsulla alınır: 1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur 2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu). Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir.
Zəlili
Zəlili (ən tezi 1779 və ən geci 1780 və ya 1795 – 1836 və ya 1850) — Görkəmli türkmən şairi. 1780-ci ildə doğulmuşdur. Zəlili ilk dərslərini kənd məktəbində Məxtumquludan almışdır. Zəlilinin anası Xurma Məxtumqulunun bacısı qızıdır. Zəlili Seydulla Seydi iiə bir bölgədə yaşamış, onlar dost olmuş və şeirləşmişlər. 1836-cı ildə vəfat etmişdir.
Zəlilər
Zəlilər və ya Sülüklər (lat. Hirudinea)— Həlqəvi qurdlar (lat. Annelida) tipinə, Kəmərlilər (lat. Clitellata) yarım tipinə aid olan heyvan sinfi. Onlar bu tipin mühüm siniflərindən biri olan Azqıllı qurdların (lat. Oligochaeta) kəskin dəyişilmiş nəsli və ya onun bir şaxəsi hesab olunurlar. Azqıllı qurdlar sinfinin xarakterik əlaməti hesab olunan seyrək "qıl" örtüyü bunların ən primitiv qədim nümayəndələrində az da olsa rast gəlinir. Bədən seqmentlidir və ya ayrı –ayrı həlqələrdən (tipə xas olan əlamət) ibarətdir. Azqıllı qurdlardan fərqli olaraq bunlarda iki cür seqmentləşmə ayır edilir: xarici (və ya yalançı) və daxili (və ya əsl) seqmentləşmə. Azqıllı qurdlardan fərqli olaraq bütün zəlilərdə əsl seqmentlərin sayı sabitdir – ibtidai zəlilərdə (lat.
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil Xəlilov Cəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) == Həmçinin bax == Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Kəllə
Kəllə (lat. cranium) — onurğalı heyvanlarda və insanda başın skeleti. Onurğalılarda kəllə ox və ya beyin kəlləsi, visseral, yaxud üz kəlləsinə bölünür. Ox kəlləsi gövdənin ox skeletinin önə doğru davamı olub beyinin, qoxu orqanının və daxili qulağın ətrafında inkişaf edir. Visseral kəllə bağırsaq borusunun ön şöbəsinin (udlağın) skeletidir. İlk dəfə qəlsəmə yarıqlarını bir-birindən ayıran visseral qövslərdən təşkil edilmişdir. == Heyvanların kəlləsi == Kəllənin təkamül prosesiidə dəyişilməsi beyinin və duyğu orqanlarının mütərəqqi inkişafı, qəlsəmə tənəffüsünün ağciyər tənəffüsü ilə əvəz edilməsi və orqanizmin su mühitindən quru mühitinə keçməsi ilə əlaqədar müxtəlif qidalanma üsullarının dəyişilməsi nəticəsində olmuşdur. İbtidai balıqlarda ilk dəfə qığırdaq kəllə meydana çıxır. Ali balıqlarda və quru onurğalılarında isə qığırdaq kəllə ancaq embrional dövrdə olur. Suda-quruda yaşayanlarda qığırdaq kəllə sümüklə daha çox əvəz edilir və kəllə sümüklərinin miqdarı sümüklü balıqlara nisbətən az olur.
Əlili
Əlili, Salvard — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kəngərli türk tayfasına mənsub əlili etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Salvard qoyulmuşdur.
Əvilə
Əvilə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 572 nəfərdir. Yerli əhalinin məlumatına görə, oykonim talış dilində "qıjı" və ya "ayıdöşəyi" bitkisinin adı olan "əvilə" sözündəndir. Tədqiqatçıların fikrincə, əvilə talış dilində "toplu, coxluq, cəmlik" mənalarını bildirir.
Xəlil
Xəlil — kişi adı. Xəlil Rza Ulutürk — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi. Xəlil bəy Xasməmmədov — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. Xəlil Məmmədov — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945). Xəlil Məliki — İranlı sosialist, intellektual və siyasi xadim.
Gemile
Gemile (türk. Gemile) — Türkiyənin sahilində, Fəthiyə şəhəri yaxınlığında yerləşən adadır. Adada IV və VI əsrlər arasında tikilmiş kilsələrin və tikililərin bir neçə xarabalığı yerləşir. Arxeoloqlar güman edirlər ki, ada müqəddəs Nikolay Çudotvoreçin ilkin basdırılma yeri ola bilər. == Coğrafiyası == Kiçik ada təxminən Fəthiyə şəhərindən 9 kilometr cənubda yerləşmişdir. Türkiyə sahilindən 200 metr məsafədə yerləşir. Gemile adası insan yaşamayan qayalıq adadır. Adanın şimal sahili boyunca kiçik liman yerləşir. Qalan sahil xətti qayalıqdır və sıldırımlıdır. == Görməli yerləri == Adada IV və VI əsrlər aralığında Bizans İmperiyası dövründə tikilmiş beş kilsənin xarabalıqları yerləşir.
Teline
Naz (lat. Genista) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Dəlilər (Osmanlı)
Dəlilər (türk. deli, osman. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb. == Tarixi == === İlk vaxtlar === XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı: İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Dəlilər (Saatlı)
Dəllər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 952-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Dəllər kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dəllər kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Talış Əlimirzəbəyli olmuşdur. == Əhalisi == Əhalisinin sayı 1935 nəfərdir.
Dəlilər bələdiyyəsi
Dəlilər bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Dəlilər bələdiyyəsi (Saatlı) — Saatlı rayonunda bələdiyyə.
Fırçaotu (fəsilə)
Fəzilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. == Həyatı == Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..