Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəlikdaş
Dəlikdaş (Göyçə) Dəlikdaş (Çaldıran) Dəlikdaş (Qoşaçay) Dəlikdaş (dağ) Dəlikdağ Dəlikdaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Dəlikdaş — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Şəmşəddin rayonu ərazisində qışlaq.
Dəlikdaş (Göyçə)
Dəlikdaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsəfədə, Dəlikdaş çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Göyçə nahiyəsində kənd kimi qeyd olunur == Toponimi == Toponim "dərin, dar çuxur", "mağara" mənalarında işlənən dəlik sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Tsaxkar (Dəlikdaş) qoyulmuşdur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyyəsində Dəlik Taş kimidir Həmin mənbədə Dəlik Taş adlı digər kəndin İrəvan əyalətinin Qırxbulaq nahiyəsində yerləşdiyi göstərilir. Yaxındakı "Dəlikdaş" qayalı dağın adındandır. == Əhalisi == 1948-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür.
Dəlikdaş (Qoşaçay)
Dəlikdaş (fars. دلك داش‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (74 ailə).
Dəlikdaş (dağ)
Dəlikdaş — Xocalı rayonunun şərqində dağ. Qarabağ silsiləsinin qərb yamacında zirvədir. Hündürlüyü 2304 m. Vulkan mənşəlidir. Qayalarında təbii oyuqların olması ilə əlaqədar dağ belə adlandırılmışdır. Daş komponenti burada "qaya" mənasındadır. Türkdilli xalqların toponimiyasında dəlik komponentini əvəz edən deşik sözünə təsadüf edilir: Deşikdaş (Özbəkistanın Surxandərya vilayətində Barsuktaq dağında paleolit dövrünə aid mağara), Deşikqala (Qaraqalpaq Respublikasının Turtqul rayonunda qədim dövrə aid qəsr xarabalığı) və s.
Dəlikdaş (Çaldıran)
Dəlikdaş (fars. دليكداش‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 223 nəfər yaşayır (50 ailə).
Lupinus lepidus
Lupinus lepidus (lat. Lupinus lepidus) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Proprioseiopsis lepidus
Proprioseiopsis lepidus (lat. Proprioseiopsis lepidus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis lepidus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Carex lepida
Carex lepida (lat. Carex lepida) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Crataegus lepida
Crataegus lepida (lat. Crataegus lepida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.