Rayon mərkəzindən 9 km məsəfədə, Dəlikdaş çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[5], Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Göyçə nahiyəsində kənd kimi qeyd olunur[7][8]
Toponim "dərin, dar çuxur"[9], "mağara"[10] mənalarında işlənən dəlik sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Tsaxkar (Dəlikdaş) qoyulmuşdur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyyəsində Dəlik Taş kimidir[11][12] Həmin mənbədə Dəlik Taş adlı digər kəndin İrəvan əyalətinin Qırxbulaq nahiyəsində yerləşdiyi göstərilir[13]. Yaxındakı "Dəlikdaş" qayalı dağın adındandır.
↑PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
↑Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .