Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lakonizm
Lakonizm — Sparta şəhərinin də daxil olduğu Yunan şəhər-dövləti Lacedaemondan yaranan bir ifadə başqa sözlə termin. Qısa və konkret ifadələrdən istifadə edərək bir fikri ifadə etmək üçün istifadə olunan nitq üslubudur. Termin həm də sözlərdən çox hərəkəti vurğulayan düşüncə tərzini təsvir etmək üçün istifadə olunur. Lakonik ifadələr, stoisizm kimi bəzi fəlsəfi sistemlərdə minimalizmə inananlar arasında geniş yayılmışdır. == Tarix == Digər antik Yunan şəhərləri ilə müqayisədə təhsilə, incəsənətə və ədəbiyyata daha az və bayağı diqqət yetirən Spartalılar sözlərində daha qısa sözləri istifadə etmələri ilə tanınırdılar. Platon "Protaqor" adli dialoqda spartalıların az və konkret söz istifadə etməklərinin onların yetərsiz ədəbiyyat bilgilərinin nəticəsi olduğu iddiasını rədd edir və onların əslində öz müdrikliklərini gizlədərək özlərini axmaq göstərdiklərini, başqalarının gözündə isə yalnız bu sözlərlə seçildiklərini deyir. Döyüşlərdə cəsarət göstərsələr də, həmsöhbətlərini hətta bir neçə kəlmə ilə heyrətə gətirirlər, hədəfini vuran mütəxəssis atıcılar kimi. Məlumdur ki, Sokrat spartalıların qanunlarını yüksək qiymətləndirirdi. Chenaeli Mayson və Spartalı Xilon Yunanıstanın yeddi müdrikinin arasında ki iki spartalı şəxsiyyətdirlər. == Lakonik ifadə və münasibət nümunələri == === Spartalı === Spartalıların vətənlərini işğaldan necə qoruya bildiklərini soruşduqda, Likurq belə cavab verdi: " Kasıb qalmaqla və hər insanın öz vətəndaşından daha çox şeyə sahib olma arzusunu yox etməklə." Böyük bir ordu ilə döyüşmək üçün çox az adamla gələn Leonidasdan niyə belə etdiyini soruşduqda o belə cavab verdi: "Əgər rəqəmlər vacib olsaydı, bütün Yunanıstan bu ordunun kiçik bir hissəsi ilə belə qarşı qarşıya gəlməzdi; amma cəsarət vacibdirsə bu rəqəm kifayətdir".
Lakonika
Lakonika—Yunanıstan ərazisində, Peloponnesin cənub-şərqində vilayət. Şimalda Arkadiya, qərbdə Messeniya ilə həmsərhəd idi. == Tarixi == Lakonika vilayətinin ərazisində leleqlər yaşayırdılar.
Platonizm
Platonizm — Antik yunan filosofu Platonun və onun sələflərinin fəlsəfi təlimi. Bu təlimin tərəfdarlarına görə ideyanın reallığı mütləqdir və ruh ölməzdir. Platonizmin ilk ardıcılları Platonun e.ə. IV əsrdə əsasını qoyduğu məktəbin — Akademiyanın şagirdləri olmuşdur. Məktəb Platonun özü tərəfindən yaradılmış və b.e.529-cu ilinə qədər mövcud olmuşdur. Afina divarları yaxınlığında yerləşən bu Akademiya imperator I Yustinianın əmri ilə bağlanmışdır. Adətən Platonizmi üç əsas dövrə ayırırlar: ilkin, orta və neoplatonizm. == Dövrlər == === İlkin platonizm === İlkin (yaxud "qədim") (e.ə. IV əsr), dövr Platon və onun ən yaxın tərəfdarlarının (Spevsipp, Ksenokrat, Pontiyalı Heraklit) adı ilə bağlıdır. Platonun şagirdləri onun biliklərə fəlsəfi yanaşmasının əsası kimi gündəlikdən istifadə edirdilər.
Radonizm
Radon təşkilatçılığı. Radonizm düşüncələri. Radonist təlimləri Radonizm 2014 cü ildə yaradılmış idarə etmə təşkilatıdır. Adı kimyəvi element olan Radonun adından götürülmüşdür. Arc Sinus ləqəbli bir şəxs tərəfindən yaradılmış bu gizli təşkilat hal hazırda Y nəfər tərəfindən idarə olunur. Simvol: Radon simvolu qədim kelt mədəniyyətində istifadə olunan triquetra simvoludur. Təşkilatda idarə etmə: Radon təşkilatı Y nəfər tərəfindən demokratik şəkildə idarə olunur. Üzvlər arasında fərq qoyulmur. Radonist təlimi məntiqi, siyasi düşüncələri, dostluğu əks etdirir. Radonizm təşkilatında dini, irqi fərq qoyulmur.
Atonizm
Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı.
Orta Platonizm
Orta platonizm — Platon Akademiyasının dürdünçü tarixi mərhələsidir. Bu mərhələ m.ö. 87 ildə Qədim Akademiyanın bağlanmasından sonra başlamış və yeni-platonçuluğun yaranmasına qədər sürmüşdür. == Tarixi və təmimin əsasları == Arkesilausdan sonra akademiklər Platon təlimindən tədricən aralanmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya eniş dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Akademiyanın Orta dövrü (m. ö.