PLATONİZM

[xüs. is.-dən] платонизм (къадим грекрин философ Платонан идеалист философия).
PLATONİK
PLAZMA
OBASTAN VİKİ
Platonizm
Platonizm — Antik yunan filosofu Platonun və onun sələflərinin fəlsəfi təlimi. Bu təlimin tərəfdarlarına görə ideyanın reallığı mütləqdir və ruh ölməzdir. Platonizmin ilk ardıcılları Platonun e.ə. IV əsrdə əsasını qoyduğu məktəbin — Akademiyanın şagirdləri olmuşdur. Məktəb Platonun özü tərəfindən yaradılmış və b.e.529-cu ilinə qədər mövcud olmuşdur. Afina divarları yaxınlığında yerləşən bu Akademiya imperator I Yustinianın əmri ilə bağlanmışdır. Adətən Platonizmi üç əsas dövrə ayırırlar: ilkin, orta və neoplatonizm. İlkin (yaxud "qədim") (e.ə. IV əsr), dövr Platon və onun ən yaxın tərəfdarlarının (Spevsipp, Ksenokrat, Pontiyalı Heraklit) adı ilə bağlıdır. Platonun şagirdləri onun biliklərə fəlsəfi yanaşmasının əsası kimi gündəlikdən istifadə edirdilər.
Orta Platonizm
Orta platonizm — Platon Akademiyasının dürdünçü tarixi mərhələsidir. Bu mərhələ m.ö. 87 ildə Qədim Akademiyanın bağlanmasından sonra başlamış və yeni-platonçuluğun yaranmasına qədər sürmüşdür. Arkesilausdan sonra akademiklər Platon təlimindən tədricən aralanmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya eniş dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Akademiyanın Orta dövrü (m. ö.

Значение слова в других словарях