Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Almacıq sümüyü
Almacıq sümüyü (лат. lat. os zygomaticum) — kəllənin üz şöbəsinə aid cüt sümüklərdəndir. Almacıq sümüyü alın, gicgah sümükləri ilə müvafiq çıxıntıları ilə, əsas sümüyün böyük qanadı ilə və əng sümüyü ilə birləşir. Almacıq sümüyünün gicgah sümüyünə aid almacıq çıxıntısı ilə birləşməsindən almacıq qövsü meydana gəlir.
Devi lampası
Devi lampası— tor arakəsmənin içində qapalı alov fitili lampadan ibarət alışqan atmosferə malik yerlərdə istifadə olunan təhlükəsiz lampalardır. 1815-ci ildə Hemfri Devi tərəfindən kəşf olunub. Əvvəllər onun yanmasında bitki yağından istifadə edilib. Bu daş kömür mədənlərində metan və digər alışan qazların olmasına görə partlayış təhlükələrini azaltmaq üçün yaradıldı. Devi lampası barədə xəbərlər noyabrın 3-də 1815-ci ildə Nyukaslda Kral Cəmiyyətinin görüşdə açıqlanıb və lampanı əks etdirən sənəd formal olaraq Noyabrın 9-də təqdim olunub. Bu kəşf üçün, Devi Cəmiyyətin Rumford Medalına layiq görülmüşdür. Bu lampadan sınaq üçün ilk dəfə 9 yanvar 1816-cı ildə Hebburnda istifadə edilib.
Elektrik lampası
Elektrik lampası — elektrik enerjisi ilə qidalanan işıqlandırma avadanlığı. XIX əsrin sonuncu onilliyində ilk olaraq Avropada, daha sonra isə bütün dünyada istifadə edildi. Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox mühüm hadisələrdən biri olmaqla, həm də böyük və cürbəcür nəticələrə gətirdi. Lampanın bu formasını Thomas Edison icad edib və bu icad digər icadları qabaqlayaraq bütün dünyaya uğurla yayılıb. Həmin dövrdə iki tip: közərmə və qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta qövsünə əsaslanırdı: əgər güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan) ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuq götürüldükdə bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.
Gecə lampası
Gecə lampası — qaranlıq otaqların və ya bəzən qaranlıq olan otaqların (məsələn, gecə) işıqlandırılması üçün istifadə olunan kiçik dekorativ çıraq. Gecə lampası otaqda oriyentasiyanı yüngülləşdirir, zədələrdən qoruyuraq; eyni zamanda, o, otaqda yatmış insanları narahat etmək üçün kifayət qədər parlaq deyil.
Qaz lampası
1897-ci ildə Londonun bir neçə nöqtəsində Pluto Lamp (qaz lampası) quraşdırılır. Bu aparatlar yalnız küçələri işıqlandırmaqdan ibarət olmur, eyni zamanda satış (vending) maşını kimi fəaliyyət göstərirdi — isti kofe, çay və kakao təklif edirdi. Bununla bərabər, avtomat-fanarda siqaret və qəzet də almaq mümkün idi. Həmçinin, bir başqa modelində Scotland Yard"a məktub göndərilməsi üçün teleqraf da quraşdırılmışdı. Bunların hamısı qaz ilə işləyirdi.
Vud lampası
Qara işıq lampası və ya Vud lampası (ing. Black light, Wood's light), ultrabənövşəyi işıq lampası — modeldən asılı olaraq bir-birindən fərqli diapazonlu uzun dalğalı (ən "yumşaq", görünən işığa ən yaxın) ultrabənövşəyi (UVA) işıq yayan flüoressens, qövsvari və ya LED lampadır. Kvars lampalardan fərqli olaraq, nisbətən zəif görünən parıltıya (bəzən ümumiyyətlə görünmür) malikdir və daha aqressiv ultrabənövşəyi diapazonlar yaymır: UVB (günəşdən qaralma və dəri yanıqlarına cavabdehdir) və UVC (kvars lampası radiasiyasının mikroorqanizmlərə sürətli zərərinə, insanın gözlərinə və dərisinə təsirinə görə cavabdehdir; günəş UVC-si isə yer səthinə gəlib çatmır). Bir çox digər lampalar görünən işıqla eyni vaxtda ultrabənövşəyi şüalar yaysa da, görünən işıq olmadan UV işığı tələb olunduqda, xüsusən də bir çox maddələr ultrabənövşəyi şüalanmaya məruz qaldıqda ortaya çıxan flüoressensliyi müşahidə edərkən qara işıq lampası lazımdır. "Qara işıq" lampası dekorativ və bədii işıq effektlərində, tibbdə diaqnostik və müalicəvi məqsədlərlə, flüoressens boyalarla xüsusi işarələnmiş maddələrin aşkarlanmasında (məsələn, əskinaslarda), həvəskar və peşəkar mineralogiyada mineral ovçuluğu, saxta pulların aşkarlanmasında, plastik qatranların bərkidilməsi, həşəratların cəlb edilməsi və soyuducu sızmasının aşkar edilməsində istifadə olunur. Belə lampalar adi flüoressens lampalarla eyni prinsiplərə uyğun olaraq hazırlanır. Yeganə fərqi qara işıq lampalarının istehsalında xüsusi lüuminoforun istifadə edilməsi və (və ya) şəffaf şüşə lampanın əvəzinə tünd qara lampa, kobalt və ya nikel oksidi qatqıları olan mavi-bənövşəyi uvio şüşə istifadə edilir. Belə şüşə Vud şüşəsi adlanır (ing. Wood's glass) və dalğa uzunluğu 400 nmdən çox olan görünən işığı ötürmür. Kriminalistikada lampa işığında flüoressensləşən qan, sidik, sperma və ya tüpürcək izlərini aşkar etmək üçün; Əskinasların həqiqiliyini müəyyən edərkən (bir çox müasir əskinaslarda flüoressens işarələr var); Tibbdə dermatoloji yaraların təyinində, xüsusən də göbələk infeksiyalarının və trixofitozun aşkarlanmasında.
Ələddin və onun sehrli lampası (film, 1970)
Ələddin və onun sehrli lampası — 1970-ci ildə fransız direktor Jan İmaj tərəfindən çəkilmiş animasiya filmi. Film Ələddin adlı ərəb nağıl obrazının Min bir gecə sərgüzəştləri əsasında çəkilmişdir. Filmin ekrana çıxışı ilə birlikdə əsasını uşaqların təşkil etdiyi geniş baxış kütləsinə sahib oldu. Filmin Amerikadakı yayım hüququna yiyələnən Paramount Pictures onu 1975-ci ilin İyun ayının 1-də Şənbə günlərinin Ailə tamaşası proqramının bir parçası kimi ekrana daşıdı. Bu İmajın Amerikada yayımlanan sayca ikinci və sonuncu filmi oldu.
Ələddin və onun sehrli lampası (cizgi filmi, 1970)
Ələddin və onun sehrli lampası — 1970-ci ildə fransız direktor Jan İmaj tərəfindən çəkilmiş animasiya filmi. Film Ələddin adlı ərəb nağıl obrazının Min bir gecə sərgüzəştləri əsasında çəkilmişdir. Filmin ekrana çıxışı ilə birlikdə əsasını uşaqların təşkil etdiyi geniş baxış kütləsinə sahib oldu. Filmin Amerikadakı yayım hüququna yiyələnən Paramount Pictures onu 1975-ci ilin İyun ayının 1-də Şənbə günlərinin Ailə tamaşası proqramının bir parçası kimi ekrana daşıdı. Bu İmajın Amerikada yayımlanan sayca ikinci və sonuncu filmi oldu.