Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Edmond Lanqli
Edmond Lanqli (ing. Edmund of Langley) (5 iyun 1341 – 1 avqust 1402) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan dördüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Lanqli sarayının adını ləqəb olaraq aldı. O, York ailəsinin banisi idi ancaq bu ailənin İngiltərə taxtındakı iddiası Edmondun kiçik oğlu Riçardın, qardaşı Lionelin nəticəsi Anna Mortimerlə evlənməsi ilə başladı. Bu ailənin Gül müharibəsindəki rəqibi olan Lankasterlər də yenə Edmondun digər qardaşı Gentli Conun şəcərəsindən gəlməkdə idi. == Mənbə == James Reston, Jr. "Dogs of God," New York: Doubleday, p. 18. Douglas Biggs, "A Wrong Whom Conscience and Kindred Bid Me to Right: A Reassessment of Edmund of Langley, Duke of York and the Usurpation of Henry IV" Albion, 26 (1994), pp. 231–246.
Paul Lanqli
Paul Lanqli (9 fevral 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Paul Lanqli Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.