Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ladan burxurkolu
Ladan burxurkolu (lat. Cistus ladaniferus) - buxurkolu cinsinə aid bitki növü.
Ladan kolu
Ladan kolu (lat. Ledum) - erikakimilər fəsiləsinə aid bitki cinsi.
Bataqlıq ladan kolu
Bataqlıq ladan kolu (lat. Ledum palustre) - ladan kolu cinsinə aid bitki növü.
Davdan
Davdan Pain (Xudafərin)
Klapan
Klapan – maşın və boru kəmərlərində qaz, buxar və ya maye axınını tənzimləmək məqsədi ilə axın kəsiyinin sahəsini dəyişən hissə, yaxud yığım). Maşınlarda (nasos, kompressor, daxili yanma mühərriki və s. == Texnikada == Klapan boru armaturlarında, kranlarda və diskli qapayıcılarda tətbiq tapır. Onlardan fərqli olaraq şiberlərdə klapanın tənzimləyici elementi işçi mühitin hərktinin oxuna paralel olaraq hərkət edir. İşləmə prinsipinə görə bölünürlr: Bağlayıcı klapan Tənzimlətici klapan Əksəlaqə klapanı Qoruyucu klapan Azaldıcı klapan İmpuls-qoruyucu klapan Birbaşa təsir klapanı Bilavasitə təsir klapanı Hidroklapan == Tibbdə == Ürək klapanı Trikuspidal klapan Aorta klapanı Mitral klapanı İloesekal klapanı == Musiqi alətlərində == Musiqi alətlərində tətbiq olunan klapanalar: müxtəlif tenor və basa malik blokfleytalar, rauşpfayfa və s. - əl barmaqları ilə bağlanması çətilik yaradan, bir-birindən uzaq yerləşən çalğı deşiklərinin bağlanmasında istifadə olunur. Digr çalğı alətlərində - fleyta, klarnet, saksofon, qaboy və s.-lərdə səslənmə diapazonunu genişləndirmək və applikasiyanı rasionallaşdırmaq (barmaqların işlməsini asanlaşdırmaq) üçün tətbiq olunur. == Mənbə == Клапан, в технике // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Labuan
Labuan malay Labuan— Malayya Federasiyasının tərkibinə daxil olan federal ərazidir. Ərazi tərkibinə bir neçə ada daxildir ki, bunlarda əsas Labuan-ın indinki adını daşıyır. İnzibati mərkəz — Bandar-Labuan şəhəridir.
Lantan
Lantan (La) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 57-ci element. == Xarici keçidlər == 1794-cü ildə fin kimyaçısı Y.Qadolin serit mineralında yeni “ittirium torpağı” aşkar etdi. 1803-cü ildə həmin mineralda Y.Y.Berselius və alman kimyaçısı Vilhelm Xizinger (1766-1852) daha bir “torpağı” tapdılar, onu da “serium torpağı” adlandırdılar. Bu “torpaqlardan” sonralar bir sıra nadir torpaq elementlərinin oksidlərini ayırdılar. Onlardan biri 1839-cu ildə kəşf olunmuşdur və Berseliusun təklifi ilə lantan adlandırılmışdır. Yunan lanthano – “görünməz qalıram, gizlənirəm” sözündəndir; yeni element on illərlə kimyaçılardan “gizlənmişdir”.
Laoşan
Laoşan Şanyü (çin: 老上單于, E.ə. 174 – E.ə. 160) — hunların üçüncü şanyüsü. == Adı == Mete xaqanın oğlu. Anadan olarkən ona Çiçu adını qoymuşdular (稽粥). Laoşan adının mənbəyi məlum deyil. Hulsevə görə bu Hun dilindəki bir sözün tərcüməsi yaxud sözün bənzədilməsi ola bilər. Çin dilində Laoşan "qoca və üstün" mənasına gəlir. Hun dilində olan adının Kökxan olduğu düşünülür. == Hakimiyyəti == Onun hakimiyyəti dövründə Hunlar Çinə böyük yürüş başlatdılar.
Laprün
Laprün (fr. Laprugne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03139. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 228 nəfər (15-64 yaş arasında) 138 nəfər iqtisadi cəhətdən, 90 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 60.5%, 1999-cu ildə bu 63.8%). Fəal olan 138 nəfərdən 118 nəfər (77 kişi və 41 qadın), 20 nəfər işsiz (2 kişi və 18 qadın) idi. 90 hərəkətsiz 14 nəfər arasında şagird və ya tələbə, 42 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lapsana
Ziyilotu (lat. Lapsana) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lapsana chondrilloides L. Adi ziyilotu (Lapsana communis L.) Lapsana communis subsp. adenophora (Boiss.) Rech.f. Lapsana communis subsp. alpina (Boiss. & Balansa) P.D.Sell Lapsana communis subsp. grandiflora (M.Bieb.) P.D.Sell Lapsana communis subsp. intermedia (M.Bieb.) Hayek Lapsana communis subsp. macrocarpa (Coss.) Nyman Lapsana communis subsp.
Lapçın
Lapçın — uzunboğaz ayaqqabı növü. Naxçıvan bölgəsinin dağlıq hissəsində və Qərbi Azərbaycanda (indiki Ermənistanda) dağ kəndlərində yaşayan azərbaycanlılar arasında geniş yayılmışdır. Üzlüyü tumac və keçədən, altı dəridən tikilirdi. Lapçınin ücü şiş və bir qədər yuxarı qatlanmış olur. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Lağman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir.Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Qaplan
Bəbir və ya Qaplan (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Raqdan
Raqdan — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində Qəbələ və Dağıstan ərazisində yerləşir. Hündürlüyü 4020 metrdir.
Razdan
Razdan və ya Aşağı Axta — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Razdan rayonunun mərkəzi. Razdan şəhəri Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 30.06.1959-cu il tarixindən adı dəyişdirilərək Hrazdan adlandırılıb. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim fərqləndirmə mə'nasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30.VI.1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan qoyulmuşdur.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Sapsan
Sapsan (raket sistemi) — qısa mənzilli ballistik raket sistemi
Anna Qaplan
Anna Qaplan və ya Anna Monahemi - əslən Təbriz yəhudilərindən olan ABŞ siyasətçisi. Anna Qaplan 2018-ci ilin 6 noyabrındakı seçkilərdə VII dairədən qalib gələrək Nyu-York Senatına seçilmişdir.Qaplan Təbriz şəhərində anadan olmuşdur. İran İslami İnqilabı zamanı ailəsi təhlükəsizlik üçün ABŞ-yə köçmüşdür. O, Amerika iranlılarından Nyu-Yorkun qanunverici orqanlarına seçilə bilən ilk şəxsdir. == Həyatı == Qaplan Təbriz şəhərində İran yəhudisi olan ailədə anadan olmuşdur. Atası xalça ticarəti ilə məşğul olmuşdur. İran İslam inqilabından sonra Qaplan 13 yaşında olarkən valideynsiz uşaq qaçqın kimi İranı tərk etmiş və Bruklinə köçmüşdür. Sonra Çikaqo şəhərində bir ailə tərəfindən qıbul edilmişdir. Valideynləri İrandan xilas ola bildikdən sonra ABŞ-də ailəsi ilə birləşmiş və Nyu-Yorkda yaşamağa başlamışdır. == Ailəsi == Evlidir.
Aytən Alpman
Aytən Alpman (20 noyabr 1931, İstanbul – 20 aprel 2012, İstanbul), Türk pop musiqisi ve jaz sənətçisi. == Həyatı == Nişantaşı Qıs Liseyində və Ərənköy Qız Liseyində təhsil almışdır. Liseydən sonra İlham Gencerin solistlik təklifi ilə İstanbul Radiosunda işləməyə başlamışdır. Daha sonra Arif Mardin ilə tanışmış və onun təklifi ilə jaz musiqiləri oxumağa başlamışdır. 1953-cü ildə İlham Gencer ilə evlənmiş, 1960-cı ildə ondan ayrılmışdır. 1959-cu ildə ilk albomu "Sayonara/Passion Flower"i yayınlamışdır. 1963-cü ildə işləmək üçün İsveçə getmiş, üç il sonra Türkiyəyə dönmüşdür. Fecri Ebcioğlunun israrları ilə Türkcə oxumağa başlamış və ilk çalışması - "İnan Bana / Ayrıldık Yalnızım"ı hazırladı. 1968-ci ildə Ümid Aksu ilə evlənmişdir. Fecri Ebcioğlu ilə birlikdə işlədikləri "Sensiz Olamam" ilə ilk böyük çıxışını etmişdir.
Bardan (Sərdəşt)
Bardan (fars. بردان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (7 ailə).
Caesalpinia sappan
Sappan sezalpiniyası (lat. Caesalpinia sappan) - sezalpiniya cinsinə aid bitki növü.
Dardan Şervaşidze
Dardan Şervaşidze — XIII əsr Abxaziya knyazı. Səlcuq sultanı II Key Xosrovla birlikdə Monqollara qarşı baş vermiş Kösedağ döyüşündə öldürülmüşdür. Dardan Şervaşidze 3000 gürcü əsgərinə sərkərdəlik edirdi.
Vaddan
Vaddan — Liviyanın cənub-qərbindəki şimal-şərqdəki Fezzan bölgəsində, Böyük Səhrada bir vahə şəhəridir. Cufra rayonunda yerləşir. == Tarixi == Liviya Vətəndaş müharibəsi zamanı NATO qüvvələri qəsəbədəki silah-sursat anbarını bombaladı. 8 sentyabr 2011-ci ildə şəhərin Milli Keçid Şurası ilə müttəfiq olan qüvvələrin nəzarəti altında olduğu bildirildi.
Xaldan
Xaldan — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Xaldan Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Keçmiş adı Ərəş (qədim Ərəş şəhərinin xarabalığı Xaldan yaxınlığındadır) olmuşdur. Ərəş oykonimi ərəb dilindəki "qala, tikili" mənalı Ərəş sözündən hesab edilir. Xaldan adı ilk dəfə XIX əsrin 20-ci illərində çəkilir. Mənbələrin məlumatına görə, 1827-ci ildə Cənubi Azərbaycanın Urmiya mahalından köçüb gəlmiş və özlərini xalde adlandıran aysor ailələrindən bir qismi burada məskunlaşdıqdan sonra Ərəş həm də Xaldan adlanmağa başladı. Oykonim xald etnonimindən, cəmlik və məkan bildirən -an şəkilçisindən düzəlib, "xaldlar yaşayan yer" deməkdir. == Təhsil == 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilmişdir.
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.
Anna Çapman
Anna Vasilyevna Çapman (rus. А́нна Васи́льевна Ча́пман) — rus agenti. == Bioqrafiya == ABŞ hakimiyyət orqanlarına əsasən, Çapman, Anna Vasilyevna Kuşçyenko adıyla Volqoqradda anadan olubdur və atası Sovet səfirliyi ilə Keniyanın paytaxtı Nayrobidə məşğul olmuşdur.