Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leninist
Leninizm və ya leninçilik — Marksizmə əsaslanan siyasi və iqtisadi nəzəriyyə. Marksizmin bir qolu və mərhələsi olaraq bolşevik lider Vladimir Lenin tərəfindən irəli sürülmüşdür. Yanaşmaya görə Lenin Marksın əsərini üç təməl nöqtədə, yəni fəlsəfə, iqtisadiyyat və siyasət sahələrində əks etdirmiş, onu yeni şərtlərə uyğun təlim olaraq təməl qanunlardan kənara çıxmadan yenidən inkişaf etdirmişdir. == Əsas ideyaları == Leninizm marksizm dövrünün tələbatlarına görə həm nəzəri, həm siyasi, həm də iqtisadi sahədə təməl qanunlara yenidən uyğunlaşdırılması deməkdir. Leninizm anlayışı yeni faktlar və yeni elmi inkişaflar istiqamətində marksizmi yenidən inkişaf etdirilməsini şərtləndirərək onun inqilabi və elmi xüsusiyyətlərini səciyyələndirmişdir. "Leninizm" termini Lenin yaşayan zaman çox istifadə olunmurdu. Ancaq səhhəti ilə əlaqədar olaraq ölümündən az əvvəl Sovet hökumətində aktiv rolunu başa vurduqdan sonra sıx istifadə olunmağa və yayılmağa başladı. İlk olaraq Grigory Zinoviev "leninizm" terminindən istifadə etdi. Bu vaxtdan etibarən leninizm formalizmi marksizmin yeni bir mərhələsi olaraq qəbul edildi. Lenin "Nə etməli?" adlı kitabında proletariatın uğurlu inqilabının ancaq inqilabi şüura malik olduqları zaman mümkün olacağını, bunun da Kommunist Partiyasının rəhbər partiya rolunu oynayacağı zaman reallaşa biləcəyini göstərmişdir.
Satanist
Satanizm — şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən dini-fəlsəfi cərəyan. Satanizm özü-özlüyündə bir neçə məzhəbə bölünməkdədir. Hər bir məzhəbin fəlsəfəsi də digər məzhəblərə nəzərən fərqlidir. LaVeyan satanizmi Allahın, ya da şeytanın varlığına inanmayan, lakin şeytani dəyərlərə üstünlük verən cərəyandır. Əsasən xristianlığa, ümumiyyətlə isə bütün dinlərə qarşı dini-fəlsəfi cərəyan olaraq ortaya çıxan, keçmişi olduqca qədim tarixə söykənməsinə baxmayaraq yaxın zamandan etibarən yeni bir din mahiyyətinə bürünən əhəmiyyətli bir inancdır. Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi iudaizm və xristianlığa qarşı mübarizə aparmaq olmuşdur. Buna "Müasir Etiraz Hərəkatı" demək də mümkündür. Bu hərəkat, başda xristianlıq olmaqla, bütün dinlərə və dinlərin yaratdığı müqəddəs dəyərlərə əksdir. Bu səbəbdən, başda İngiltərə, Fransa və Almaniya olmaq üzrə bəzi Avropa ölkələrində, xüsusilə də ABŞ-də ortaya çıxan, oradan digər ölkələrə yayılan satanizm; şeytanın ən əhəmiyyətli xüsusiyyəti olan müxalifət və oyanışı əsas alaraq, dinin və dini olan hər şeyin qarşısında, lakin şeytanın və onun təmsil etdiyi düşüncənin yanında iştirak edir.
Phytoseius latinus
Phytoseius latinus (lat. Phytoseius latinus) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius latinus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Akif Rüstəmov (alpinist)
Akif Rüstəmov — məşhur azərbaycanlı alpinist. == Həyatı == Keçmiş SSRİ-nin yeddi min metrlik beş zirvəsindən dörüdünü - İsmayıl Somoni - (7495 m), Korjenev (7135 m), Xantenqri (7010 m) və İbn-Sina zirvələrini (7130 m) fəth etmiş yeganə azərbaycanlıdır. 2003-cü ildə Tyan-Şanda 4700 metr hündürlüyü olan adsız zirvəyə ilk dəfə qalxan Azərbaycan alpinistlərinin kapitanı olub. 19 avqust 2009-cu ildə vəfat etmişdir.
Hillari Nelson (alpinist)
Hillari Nelson (13 dekabr 1972, Sietl, Vaşinqton – 26 sentyabr 2022, Manaslu) — Amerikalı xizəkçi alpinist. Nelson 25 may 2012-ci ildə 24 saatlıq təkanla iki 8000 metrlik zirvəyə (Everest və Lhotze) qalxan ilk qadın olub. == Həyatı == Nelson 13 dekabr 1972-ci ildə Sietl şəhərində anadan olub və burada böyüyüb. İlk dəfə üç yaşında olarkən Stivens keçidində xizək sürməyə başlayıb. O iki oğlu ilə bərabər Telluride Koloradoda yaşayırdı. O The North Face qlobal atletik komandasının vəzifəsində çalışıb. 2012 Montana Dövlət universitetinin Everest Təhsil Ekspedisiyasında komanda üzvü idi. Nelson National Geographic Explorers qrant alıcısıdı və 40-dan çox ekspedisyada üzv olub. == Ölümü == 26 sentyabr 2022-ci ildə 49 yaşlı Nelson həmkarı Cim Morrisonla Manaslu dağının 8163 metrlik zirvəsində xizək sürərkən dağdan yıxılıb. Pis hava şəraitinə görə Nelsonun axtarışı iki gün davam edib.
Larisa Latınina
Larisa Semyonovna Latınina (27 dekabr 1934, Xerson, Odessa vilayəti) — Keçmiş sovet gimnastı. 1956–1964-cü illər ərzində 14 fərdi və 4 komanda oyunu üzrə olimpiya medalı qazanmışdır. O, 18 olimpiya medalı ilə 48 il ərzində olimpiya rekordunu öz əlində saxlamış, lakin bu rekord 2012-ci ilin 31 iyulunda amerikan üzgüçü Maykl Felps tərəfindən qırılmışdır. Felpsin ümumi medal sayına görə rekord qırmasına baxmayaraq, Larisa Latınina fərdi oyunlar üzrə 14 olimpiya medalı ilə rekordu öz əlində saxlayır. == Həyatı == Larisa Semyonovna Diriy, 1934-cü ilin 27 dekabrında Ukraynanın Herson şəhərində anadan olmuşdur. O, əvvəl balet kimi fəaliyyət göstərmiş, lakin öz xoreoqrafı Herson şəhərini tərk edəndən sonra gimnastikaya maraq göstərmişdir. O, 1953-cü ildə ali məktəbi bitirdikdən sonra Lenin Politexnik İnstitutunda təhsil almaq üçün Kiyev şəhərinə köçmüş, o cümlədən Burevestnik Könüllü İdman Cəmiyyətində gimnastika üzrə məşqlərə başlamışdır. 19 yaşlı Larisa, 1954-cü ildə Roma şəhərində keçirilən dünya çempionatında debüt etmişdir. == Gimnastika karyerası == 1956 Yay Olimpiya Oyunlarında Larisa Latınina, macar Aqnes Keleti ilə birlikdə olimpiadanın ən yaxşı gimnastı olmuşdu. Latınina, Keletini şəxsi çoxnövçülükdə məğlub etmiş və həmçinin sovet yığması komanda hesabında qələbə qazanmışdı.