Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Halldor Laksness
Halldor Kilyan Laksness (isl. Halldór Kiljan Laxness, doğru transkripsiya Haltour Kilyan Laxsness, doğum adı Halldór Guðjónsson, Haltour Qvyudyounsson; 23 aprel 1902[…], Reykyavik, İslandiya, Danimarka krallığı – 8 fevral 1998)) — island yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı (1955) və Ümumdünya sülh şurası ədəbiyyat mükafatı laureatı. Katolik, sosialist. İslandiya-SSRİ Dostluğu cəmiyyətinin sədri olmuş, SSRİ-yə səfərləri haqqında "Şərqə yol" və "Rus nağılı" kitablarını yazmışdır. == Həyatı == Əsl adı Halldor Qudonsson olan island yazıçısı Halldor Kilyan Laksness Reykyavikdə, yol nəzarətçisi ailəsində doğulmuşdu. O, üç yaşında ikən ailələri Laksness adlı fermaya köçmüşdü. İsland dilində "maral yarımadası" mənasını verən bu söz sonralar yazıçının təxəllüsünə çevrilmişdi. Kiçik yaşlarından atasından island saqaları dinləyən Halldor yenə də onun təşviqi nəticəsində musiqi ilə maraqlanmış, skripka ifaçılığına yiyələnmişdi. Yazmağa məktəb illərində başlamışdı. "Təbiətin övladı" adlı ilk povesti çap ediləndə Laksnessin cəmisi 17 yaşı vardı.
Sami Hazinses
Sami Hazinses (əsl adı: Samuel Akop Uluçyan) — aktyor, Türkiyə ermənisi. Sami Hazinses 1925-ci ildə Diyarbəkir şəhərində anadan olub. O, 2002-ci il avqustun 23-də vəfat edib. 1953-cü ildə çəkilən "Qara Davud" filmi ilə diqqəti cəlb edən aktyor 140 filmdə yer alıb. Daha çox komik rolları ifa edən Sami Hazines bundan əlavə bəstəkarlıqla da məşğul olurdu. Onun "Bir dilbərə mübtəladır dəli könlüm" adlı mahnısı Türkiyənin ən məşhur müğənnilərindən olan Zəki Müren tərəfindən ifa edilmişdi. Bundan əlavə Müslüm Gursəs və İbrahim Tatlısəsdə Sami Hazinsesin bəstələdiyi mahnılara öz repertuarında yer veriblər.
Xalldor Laksness
Halldor Kilyan Laksness (isl. Halldór Kiljan Laxness, doğru transkripsiya Haltour Kilyan Laxsness, doğum adı Halldór Guðjónsson, Haltour Qvyudyounsson; 23 aprel 1902[…], Reykyavik, İslandiya, Danimarka krallığı – 8 fevral 1998)) — island yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı (1955) və Ümumdünya sülh şurası ədəbiyyat mükafatı laureatı. Katolik, sosialist. İslandiya-SSRİ Dostluğu cəmiyyətinin sədri olmuş, SSRİ-yə səfərləri haqqında "Şərqə yol" və "Rus nağılı" kitablarını yazmışdır. Əsl adı Halldor Qudonsson olan island yazıçısı Halldor Kilyan Laksness Reykyavikdə, yol nəzarətçisi ailəsində doğulmuşdu. O, üç yaşında ikən ailələri Laksness adlı fermaya köçmüşdü. İsland dilində "maral yarımadası" mənasını verən bu söz sonralar yazıçının təxəllüsünə çevrilmişdi. Kiçik yaşlarından atasından island saqaları dinləyən Halldor yenə də onun təşviqi nəticəsində musiqi ilə maraqlanmış, skripka ifaçılığına yiyələnmişdi. Yazmağa məktəb illərində başlamışdı. "Təbiətin övladı" adlı ilk povesti çap ediləndə Laksnessin cəmisi 17 yaşı vardı.