Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peaky Blinders
Phytoseius leaki
Phytoseius leaki (lat. Phytoseius leaki) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius leaki Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Peaky Blinders (teleserial, 2014)
Peaky Blinders — Birinci Dünya Müharibəsindən sonra İngiltərənin Birminhem şəhərində fəaliyyət göstərən "Peaky Blinders" adlı dəstə haqqında cinayət-dram televiziya serialıdır. Ssenari rejissoru Stiven Nayt, prodüseri Kerin Mandabah və Tiger Aspect Prodakşındır. Serial əsasən dəstə lideri Tommi Şelbi ilə Killian Mörfinin canlandırdığı yeni təyin olunmuş detektiv arasındakı hadisələrə diqqət çəkir.
Leach
Vilyam Elford Liç (ing. William Elford Leach 2 fevral 1790, Plimut, Devon qraflığı – 25 avqust 1836 və ya 26 avqust 1836) — İngiltərə zooloqu və dəniz bioloqu. == Çap olunmuş işləri == Zoological Miscellany (1814–1817) Monograph on the British Crabs, Lobsters, Prawns and other Crustacea with pendunculated eyes (1815–1817) Systematic catalogue of the specimens of the indigenous Mammalia and birds in the British Museum (1816) (1882-ci il nəşri) Synopsis of the Mollusca of Great Britain (circulated 1820, but not published until 1852).
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir. Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar.
Meay
Meay (fr. Méailles, oks. Mealhas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04115. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 110 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 71 yaşda (15-64 yaş arasında) 47 nəfər iqtisadi cəhətdən, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,2%, 1999-cu ildə bu 62.0%). Fəal olan 47 nəfərdən 40 nəfər (25 kişi və 15 qadın), 7 nəfər işsiz (4 kişi və 3 qadın) idi.
Falcon Heavy
Falcon Heavy — SpaceX şirkəti tərəfindən istehsal edilmiş təkrar istifadə edilən uçuş raketi. Falcon Heavy Falcon 9 raketinə əsaslanır.
Freaky Styley
Freaky Styley — Red Hot Chili Peppersnın ilk studiya albomudur. 16 avqust 1985 tarixində yayımlanan albom, EMI etiketi ilə satışa buraxılmışdır.
Get Heavy
Get Heavy — Lordi studiya albomu. == Alboma daxil olan mahnılar == Scarctic Circle Gathering (intro) 01:02 Get Heavy 03:00 Devil Is a Loser 03:29 Rock the Hell Outta You 03:07 Would You Love a Monsterman?
Heavy Metal
Metal (və ya Hevi-metal; ing. Heavy Metal, ağır metal) — aqressiv ritmlər və həddən artıq distorsiyalı gitaralarla xarakterizə edilən rok musiqi növüdür. Bu növün kökləri 1964–1967-ci illərdə blüz və roku birləşdirərək yeni hard-rok növünü yaratdı. Bu musiqi növü daha çox gitara və baraban əsaslıdır. Metal öz məşhurluğunu 1980-ci illərdə daha çox növün ortaya çıxmasıyla artırdı. Ticari məqsədli olmayan bu musiqi növü, dünyada böyük bir dinləyici kütləsinə malikdir. Ən məşhur metal qrupları Black Sabbath, Iron Maiden, Judas Priest, Manowar, Metallica, AC/DC, Eric Burdon, Led Zeppelin və Deep Purpledur. == "Heavy metal" ifadəsinin mənşəyi == Ehtimallardan birinə görə Uilyam S. Borrousun 1962-ci ildə yazdığı "The Soft Machine" adlı romanının obrazlarından biri olan "Uranlı Villi, ağır metal uşaq"dan götürülüb. "Blue Oyster Cult"un prodüseri, meneceri, bəstəkarı və şairi olan Sendy Perlman 1970-ci ildə "ağır metal" ifadəsini ilk dəfə roka daxil etdi. Başqa versiyaya görə 1960-cı illərin axırında Led Zeppelin, Black Sabbath, The Move kimi qrupları olan Birmingem şəhəri sənayenin ürəyi sayılırdı və bəziləri "ağır metal" ifadəsinin buradan yarandığını ehtimal edir.
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.
Lekko əyaləti
Lekko əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Leroy Corc
Leroy Corc (nid. Leroy George; d. 21.04.1987, Paramaribo, Surinam) — Surinam əsilli hollandiyalı futbolçu. Göztəpə klubunun şərəfini qoruyur. == Karyerası == Leroy 2006-2010-cu illərdə "Utrext" klubunda çıxış edib və 73 oyunda 8 qol vurub. 2010-cu ildə Niymegenə keçən forvard bu komandada 81 oyuna 11 dəfə fərqlənib. Leroy Corc Hollandiyanın U-20 və U-21 yığmalarında oynayıb.
Leroy Sane
Leroy Sane (11 yanvar 1996, Essen, Şimali Reyn-Vestfaliya) — Almaniya futbolçusu.
Lesko qanadı
Lesko qanadı (fr. Aile Lescot) — Luvr sarayının ən qədim yerüstü hissəsidir. Tikili 1546-1551-ci illərdə memar Pyer Leskonun layihəsi əsasında inşa edilmişdir. İtalyan manyerizminin təsiri altında inşa edilmiş Lesko qanadı Paris intibah stilini formalaşdırmaqla, sonradan yarnmış Fransa klassisizm memarlığı üçün təməl rolunu oynamışdır. == Tarixi == Kral I Fransiskin hakimiyyəti dövründə memar Pyer Lesko (1510-1578) Luvr sarayının inşa işlərinə başçı memar təyin edilir. I Fransiskin ölümündən sonra onun varisi II Henrix də Leskonun işləri davam etməsini təsdiqləyir. Bundan sonra Lesko ölümünə kimi Luvr sarayının inşa işlərinə rəhbərlik edir. Memar yalnız Lesko qanadı, Kral pavilyonu və Karre həyətinin cənub qanadının bir hissəsində inşaat işlərini tamamlaya bilir. Binada Lesko tərəfindən yaradılmış interyerlərdən yalnız Müdafiəçilər otağı (fr. Salle des Gardes) və II Henrix pilləkəni dövrümüzə çatmışdır.
Leşko burnu
Leşko burnu — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Beripara buxtasından şimalda yerləşmişdir. Burun cənub-qərbi Bolqarıstanda yerləşən Leşko şəhərinin adını daşıyır. == Yerləşməsi == Neyt burnundan 8.95 km cənub-qərbdə, Baliya burnundan 2.45 km şimal-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD).
Manon Lesko
«Manon Lesko» — fransız yazıçı Antuan Fransua Prevonun, ilk dəfə 1731-ci ildə nəşr etdiyi, məşhur romanı.
Neoseiulus lecki
Neoseiulus lecki (lat. Neoseiulus lecki) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Yoandis Leskay
Yoandis Alberto Leskay Prado (5 yanvar 1994) — Kubanı 2016 Yay Olimpiya Oyunlarında təmsil edən sprinter. Leskay Barselonada keçirilən 2012 Atletika üzrə Dünya Gənclər Çempionatında 200 m məsafəyə qaçış yarışlarında yarımfinalda mübarizə aparmışdır.
Tron: Legacy
"Tron: İrs" 2010 il amerikan elmi-fantastik filmi. 1982 il "Tron" filminin davamı və Cozef Kosinkinin rejissor debütüdür. Kevin Flinnin 27-yaşlı oğlu Sem öz atasının itkinliyini araşdırarkən onun 25 il ərzində yaşadığı kiber-aləminə düşür. Həmin kiber-aləm isə qəddar proqramlar və qladiator oyunlarının məkanıdır. Orada Kevinə Kvorra adlı döyüş proqramı (Oliviya Vayld) kömək edir.
Heavy Jelly
Heavy Helly — İngiltərə pank rok duosu Soft Play-in (keçmiş adı ilə Slaves) dördüncü studiya albomu. 19 iyul 2024-cü ildə BMG UK tərəfindən buraxılıb.
Kawasaki Heavy Industries
Kawasaki Heavy Industries Ltd. (KHI) (yap. 川崎重工業株式会社, Romanizasiya: Kawasaki Jūkōgyō Kabushiki-gaisha), Yaponiyada yerləşən bir ağır sənaye şirkətidir. Şirkət 15 oktyabr 1896-cı ildə Shōzō Kawasaki tərəfindən yaradılmış olub, motosikl, iş maşınları (ağır texnika), aerokosmika sənayesi ilə müdafiə sənayesi sahəsində fəaliyyət göstərir. Şirkətin mərkəzi Kobenin Chūō və Tokionun Minato bölgələrində yerləşir.
Leave Me Alone
Leave Me Alone (azərb. Məni Yalnız Buraxın‎) – Maykl Ceksonun 1987-ci ildə çıxarılmış yeddinci studio albomu olan Bad albomundan olan sinql. 1989–cu ildə çıxarılan sinql həmin albomdan olan səkkizinci sinqldır. "Leave Me Alone "Bad" albomunun yalnız CD versiyasında özüdə bonus parça olaraq satışa çıxarılıb. Mahnı Maykl Cekson tərəfindən yazılıb. Prodüserliyini isə Cekson və Kuinsi Cons edib. Mahnının sözləri tez-tez dövri mətbuatda Cekson haqqında yayılan saxta və neqativ xəbərlər haqqındadır. Mahnı bütün dünyada uğur qazanmış və sevilmişdir. Belə ki, İspaniyada birinci, Birləşmiş Krallıqda ikinci yerə qədər yüksəlmiş, Yeni Zellandiya və İtaliyada isə uzun müddət hit paradda qalmağı bacarmışdır. Mahnıya həmçinin musiqi videosu da çəkilmişdir.
Ləki
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Ləkə
Ləkə (teleserial, 2014) – 2013-cü il istehsalı Azərbaycan filmi. Ləkə (komiks) – 2017-ci il istehsalı Azərbaycan superqəhrəman komiksi.