Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ledeburit
Ledeburit – dəmir-karbon xəlitələrinin struktur təşkiledicisi olub, əsasən çuqunda 723—1147 °C intervalında austenit və sementitdən və 723 °C-dən aşağıda ferrit və sementitdən ibarət evtektik qarışıq şəklində əmələ gəlir. Alman metallurqu Adolf Ledeburun şərəfinə 1882-ci ildə ona bu ad verilmişdir. Ledeburitin yaranması üçün əsas faza sementitdir. Sementit lövhəsində yaranan evtektik maye austenitin yastı dendritinə çevrilir. Sonrakı mərhələdə fazaların sürətlə qarşılıqlı inkişaf etməsi baş verir. Bir ledeburit cərgəsi daxilində hər bir faza kəsilməzdir, yəni o bir kristala aiddir. Temperaturdan asılı olaraq ledeburitin tərkib hissəsi müxtəlif ola bilir. Beləki, 1147 °C -727 °C temeperatur intervalında ledeburit (ledeburit I) austenit və sementitdən, 727 °C -dən aşağıda isə perlit və sementitdən (Ledeburit II) ibarətdir. 1147 °C-dən yuxarıda ərinti material 100%lik ledeburit mövcud olur. Ledeburit ayrıca faza deyil, o parçalanmış austenit və sementitdən ibarət qarışıqdır.
Achillea ledebourii
Achillea ledebourii (lat. Achillea ledebourii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Jurinea ledebourii
Jurinea ledebourii (lat. Jurinea ledebourii) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.
Adolf Ledebur
Karl Hanrich Adolf Ledebur — alman metallurqu. O Ledeburiti kəşf etdikdən sonra məşhurlaşmışdır. 1875-ci ildə Frayberq Dağ-Mədən Akademiyasında "Metallurgiya" laboratoriyasına rəhbər təyin olunanda, artıq o 1 il idi ki, həmin ali məktəbdə professor kimi çalışırdı. 1882-ci ildə ona poladın tərkibində dəmir və karbondan ibarət qarışıq kristalı sübut etmək nəsib olmuşdur. Sonralar bu kristal onun şərəfinə Ledeburit adlandırılmışdır. == Həyatı == Ledebur poçt xidmətçisinin oğlu idi. Atası 1856-cı iləd vəfat edəndə Adolf ledebur Zorqedə dəmir-filizi karxansında Braunşvayq ali məktəbinin tələbəsi kimi praktikum keçirdi. 1858-ci ildə o təhsilini maliyyə ehtiyacı ucundan yarımçıq qoyur və mədəndə işləməy başlayır. 1859-cu ildə Ledebur Mədən assistenti imtahanına buraxılır. Bu imtahanı verdikdən sonra o 1862-ci ildə Mədən aspirantı kimi Stolberg-Vernigerode -də işə başalyır.
Ledebur zanbağı
Ledebur zanbağı (lat. Lilium ledebourii) — zanbaqkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir - EN A2c; D. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq oval və ya oval-yumurtavari, tünd-sarı, pulcuqludur. Gövdə hamar, 80-100 sm hündürlükdə, yarpaqlar xətvari və ya dar-xətvari, 10-12 sm uzunluğunda, enində, 3 ədəd qövsvari damarlıdır. Çiçəklərin çox hissəsi 1, bəzən 2-3 ağımtıl və ya sarımtıl, tünd-qırmızı nöqtəlidir. Yarpaqları neştərşəkilli və ya dar-neştərşəkilli, aşağı tərəfdən sıxılmış, orta hissəsi xaricdən burulmuşdur. Tozcuğu ağarmış sarı, qutucuq tırs-yumurtavari, altı qabarıq qanadlıdır. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir.
Karl Fridrix fon Ledebur
Karl Fridrix fon Ledebur (ing. Carl Friedrich von Ledebour; d. 8 iyul 1786 – 4 iyul 1851) — Almaniya alimi. Botanik.