Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levuka
Levuka — Ficidə yerləşən və YUNESKO-nun Dünya İrsi siyahısına salınan tarixi liman şəhəri. == Haqqında == Levuka şəhəri yerli əhali tərəfindən qurulmuşdur. Şəhər Ficinin ingilislər tərəfindən 1874-cü ildə işğal edilməsindən sonra Okeaniyanın ilk koloniya paytaxtı olmuşdur. Şəhərin mövqeyi əlverişli olduğundan XIX əsrdə inkişaf edən ticarətin nəticəsi olaraq avropalılar və amerikalılar bura anbarlar, məktəblər, evlər, liman, dini məbədlər, dükanlar və ictimai obyektlər qurmuşlar. Burada avropalıların məskunlaşmasında sonra yerli xalqın daha da çoxalması gerçəyi ilə dünyada çox az görülən bir mənzərə yaranmışdır. Bu səbəbdən Levuka böyük dəniz gücünə sahib ölkələrin işğalından sonra yerlilərin yerli quruluş ənənələrinin yox olmadığı və iç-içə inkişaf, qaynaşdığı bir məskunlaşma yeri olmasından ötəri əhəmiyyətli universal dəyərə malikdir. 2013-cü ildə 1399-cu üzv kimi Luveka şəhəri YUNESKO-nun Dünya İrsi siyahısına düşmüşdür.
Netoçka Nezvanova
Netoçka Nezvanova (rus. Неточка Незванова) — Fyodor Dostoyevskinin 1849-cu ildə yazdığı tamamlanmamış romanı. Mənası Adsız heç kim deməkdir. Daha sonra Dostoyevski 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışması iddiası ilə Sibirə sürgün olunduğundan əsər yarıda qalmışdır. 1859-cu ildə Sibirdən geri dönməsinə baxmayaraq əsəri davam etdirməmişdir. İlk dəfə Ann Dunniqan 1972-ci ildə bu əsəri amerikan ingiliscəsinə tərcümə etmişdir. == Məzmunu == Əsərdə Sankt-Peterburqda kasıb bir həyat tərzi keçirərək yaşayan bir qızın həyatından danışılır. Yetim qalan bu qız daha sonra varlı bir ailə tərəfindən övladlığa götürülür. Ögey bacısı Katya ilə tanış olduqdan sonra onu sevməyə başlayır. Lakin bir gün Katya valideynlərinin təkidi ilə Moskvanı tərk etmək məcburiyyətində qalır və qarşıdakı 8 il ərzində Netoçka Katyanın böyük bacısı ilə yaşamağa məcbur olur.