Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avstraliya Liberallar Partiyası
Avstraliya Liberallar Partiyası (ing. Liberal Party of Australia; LP) — Avstraliyada əsas sağ mərkəzçi siyasi partiya. LP sol mərkəzçi Avstraliya Leyboristlər Partiyası ilə birlikdə Avstraliya siyasətindəki iki əsas partiyadan biridir. 1944-cü ildə yaradılmışdır. Partiyanın ideologiyası mühafizəkar, liberal-mühafizəkar, mühafizəkar-liberal və klassik liberal deyə qələmə verilmişdir. Liberallar Partiyası iqtisadi liberalizmi və sosial mühafizəkarlığı təşviq etməyə meyllidir. Partiyanın iki keçmiş lideri, Robert Menzis və Con Hovard Avstraliyanın ən uzun müddət vəzifədə olan iki baş naziridir.
Soyuq müharibə liberalı
Soyuq müharibə liberalı — ABŞ-də İkinci Dünya müharibəsinin bitməsindən sonra başlayan Soyuq müharibə dövründə istifadə edilən termin. Termin demokratiya və bərabərliyi dəstəkləyən liberal siyasətçiləri və həmkarlar ittifaqı liderlərini təsvir etmək üçün istifadə edilmişdir. Onlar həmkarlar ittifaqlarının böyüməsini, vətəndaş hüquqları hərəkatını və yoxsulluğa qarşı müharibəni dəstəkləmiş, eyni zamanda kommunist idarəçiliyi altında ümumi şəkildə görülən totalitarizmə qarşı çıxmışdılar. İkinci Dünya müharibəsindən sonrakı dövrdə diplomat Corc F. Kennan və ABŞ Prezidenti Harri S. Truman kimi Soyuq müharibə liberalları sovet kommunizminə qarşı əhatələmə səylərini dəstəkləmişdilər. Soyuq müharibə dövrünün müasir ABŞ liberalizmi Franklin D. Ruzveltin yeni kursunun bilavasitə varisi və XX əsrin əvvəllərindəki proqressiv dövrün bir az daha uzaq davamçısı idi. Sol Stern yazmışdır ki, "Soyuq müharibə liberalizmi İkinci Dünya müharibəsindən sonra Amerikanın ən böyük uğuru – Soyuq müharibədə qalib gəldiyi üçün tərifə layiqdir". İlkin mərhələlərdə liberallar, ümumiyyətlə, Franklin D. Ruzveltin davamçısı Harri S. Trumeni özlərindən biri kimi görmürdülər və ona Demokrat Partiyasının çıxıntısı kimi baxırdılar. Demokratik Fəaliyyət uğrunda Amerikalılar (ADA) kimi digər liberal siyasətçilər və liberal təşkilatlar həm daxildə, həm də xaricdə kommunizmə qarşı çıxaraq, bəzən vətəndaş azadlıqlarını qurban verərək Trumenin tərəfini tutmuşdular. Eyni zamanda, ADA vətəndaş hüquqları hərəkatı kimi məsələlərdə Trumeni solçuluğa itələməyə müvəffəq olmuşdu. Faulks, Keith.