Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Liliputlar diyarından Arietti
Liliputlar diyarından Arietti (借りぐらしのアリエッティ, Kari-gurashi no Arietti) — Studio Ghibli tərəfindən 2011 ildə buraxılan tam metrajli animasiya filmi. Film yazıçı Meri Nortonun "The Borrowers" kitabı əsasında çəkilib. Rejissor – Hiromasa Yonebayaşi, ssenari müəllifləri - Hayao Miyazaki və Keyko Niva, bəstəkar - Sesil Korbel. == Məzmun == Özlərini "Borrowers" ("götürənlər") adlandıran balaca adamlar adi insanların yanında yaşayır və yaşamaq üçün lazım olanları onlardan götürürlər. Onlar varlığı bir sirrdir və insanların gözünə dəymək onlar üçün böyük bir problem deməkdir. Belə adamlardan biri 12 yaşlı Sönun gözünə dəydikdən sonra hekayə başlayır. == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Liliputlar diyarından Arietti — Internet Movie Database saytında.
Lilium
Zanbaq (lat. Lilium) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. Qədim zamanlardan bəri Aralıq dənizi boyunca yayılmışdır. == Ümumi məlumat == Dünya florasının tərkibində fəsilənin 240 cinsi və 4000-ə qədər növü yayılmışdır. Fəsiləyə daxil olan növlərə dünyanın hər yerində rast gəlmək olar. Bu növlər kökümsovlu, soğanaqlı və kök yumrusuna malik olan çoxillik otlardır. Fəsiləyə daxil olan soğan, sarımsaq, qulançar, çiriş və s. yeyinti, asırqal (çöpləmə), novruzçiçəyi, əzvaydan müalicə, tülpan, zanbaq və s. isə bəzək kimi istifadə olunur.
Lilit
Lilit (ivr. ‏לילית‏‎; lilit, və ya lilith) — yəhudi mifologiyasında xarakter, ilk dəfə Babil Talmudda aşkar olunmuşdur. Mesopotamiya mətnlərində Lilit əksər hallarda şeytan qadın sinfi (Līlīṯu) ilə əlaqəli göstərilir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Yəhudi folkloruna görə üç mələk Liliti məcbur etdilər ki, üstündə o üç mələyin (Sanvi, Sansanvi və Semanqelaf) adları yazılmış gözmuncuğu taxmış ana və uşaqlara zərər verməyəcəyinə dair and içsin.Ben Sira əlifbası Lilitin Adəmin birinci həyat yoldaşı olduğunu bildirən ilk kitabdır. Bu ideya Yaradılış kitabında olan ikiqat ayələrin şərhinə dayanır. Tövratın ilk hissəsi olan Yaradılışın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır. İnanca görə Lilit Adəm ilə eyni zamanda və eyni anda yaradıldığına görə Adəm ilə bərabər olduğu fikrində idi, bu səbəbdən də Adəmə tabe olmağı şiddətlə rədd etmişdi, tanrıya qarşı çıxmış və cənnətdən uzaqlaşdırılmışdı. Bundan sonra tanrı Adəmin qabırğa sümüyündən Həvvanı yaradır. Həvva kişisinin bir parçasından yaradıldığına görə ona tabe olur.
Lilium brownii
Broun zanbağı (lat. Lilium brownii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü.
Lilium candidum
Ağ zanbaq (lat. Lilium candidum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. == Təbii yayılması == Ağ zanbaq daha çox Balkan və Qərbi Asiya ölkələrində yayılmışdır. == Botaniki təsviri == Bitkinin soğanaqları yer səviyyəsində formalaşır və yarpaqla örtülmüş çiçək gövdəsi, adətən, 1,2 m, yaz fəslində isə 2 m-ə qədər yüksələ bilir. Yay fəslində çox gözəl ətirli çiçəkləri olan Ağ zanbağın çiçəkləri, əsasən, ağ rənglidir və bazis rəngini sarı rəng təşkil edir. Ağ zanbaq virus xəstəliklərinə və Botrytis göbələyinə qarşı həssas bitkidir.
Lilium monadelphum
Təkqardaş zanbaq (lat. Lilium monadelphum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Hündürlüyü 1 m-ə çatan və ondan hündür olan bitkidir. Soğanağı enli-yumurtaşəkilli, xaricdən krem rəngli pulcuqla, qalın, düz, sıx yarpaqla örtülmüşdür. Aşağı yarpaqları enli-neştərşəkilli, yuxarı yarpaqları xətvari-neştərşəkillidir, aşağı tərəfdən kənarları və damarlar kirpikciyə oxşar yumşaq tüklüdür. Çiçəkləri piramidavari salxım çiçək qrupunda toplanmış və (1) 3-6 ədəd əyilmiş çiçəkdən ibarətdir; çiçəkləri iridir, qıfaoxşardır, qızılı-sarı rənglidir, ətirlidir və uzunluğu 8-10 sm-dir. Çiçəkyanlığının yarpaqcıqları neştərvaridir, qaidə hissəsinə doğru az daralmış, çiçəkləmənin sonuna yaxın azacıq geriyə qatlanmışdır. Qutucuq 4 sm-ə yaxın uzunluqdadır. İyun ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Böyük Qafqazın şərqində, qərbində, Quba sahəsində yuxarı dağ qurşağında və subalp qurşağında yayılmışdır.
Lilit Hovhannisyan
Lilit Hovhannisyan (7 dekabr 1987, İrəvan) — erməni müğənni. == Həyatı və karyerası == 2006-cı ildə "Hay Superstar" mahnı müsabiqəsində 4-cü olmuşdur. 2011-ci ildə çıxartdığı sinqlları ilə uğur qazanmışdır. 29 iyun 2011-ci ildə musiqiçi Vahram Petrosyan ailə həyatı qurmuşdur. == Diskoqrafiya == === Albom === Nran (2011) Nakaman lilit! naso!!