Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Limford boğazı
Limfyord boğazı (Lim Fjord, Limfjorden) — Danimarkanın şimalında, Yutlandiya yarımadası ərazisində Şimal dənizi ilə Katteqat boğazını birləşdirən boğazlar şəbəkəsi. Boğazın uzunluğu 180 km təşkil edir. Boğaz əsasən göl tipli bitkilərlə örtülüdür. Limford Şimali Yutlandiya adasını Yutlandiya yarımadasından ayırır. Orta dərinliyi 3–5 m, maksimal dərinlik isə 24 m-dir. Limford boğazında 90-dan çox ada vardır. Ən iri adaları: Mors və Fur adası. Ən əhəmiyyətli limanı Olborqdur. Limford balıqçılıq rayonudur. 1825-ci ilə qədər Limford körfəz olmuşdur.
Limfoma
Limfoma — xərçəng xəstəliyi.
Limfosit
Limfositlərə 2 böyük populyasiya olan - B - və T — limfositləri və təbii killerlər aiddirlər. B və T limfositləri qazanılmış ,təbii killerlər (TK) isə təbii immun sisteminin kompanentləridirlər. Hər 3 subpopulyasiya sümük iliyində əmələ gəlir. Formalaşmaları isə müxtəlif orqanlarda əmələ gəlir.B limfositlərinin əsas inkişaf mərhələləri sümük iliyində , T limfositlərin formalaşması timusda gedir .TK — lərin formalaşması isə əsasən dalaqda gedir. Hər bir B limfositi genetik olaraq müəyyən bir antigenə qarşı spesifikliyə malik olan reseptorun sintezi üçün proqramlaşdırılır . Belə reseptorlara B C R — lər (B cell reseptor) deyilir. Onlar hüceyrənin səthində yerləşirlər.Antigenlə qarşılıqlı təsirdə olan bu hüceyrələr bölünüb çoxalır ,differensiasiyaya məruz qalır və effektor (plazmatik ) hüceyrələrə çevrilirlər.Bu plazmatik hüceyrələr B limfositlərinin inkişafının son mərhələsidir və bu hüceyrələr B C R molekulunun antigentanıyan İg kompanentini anticisim şəklində sintez edirlər .Hüceyrənin bütün potensialı bu sintezə yönəldiyindən plazmatik hüceyrələr cəmi 3 −4 gün yaşaya bilirlər. T limfositləri' — onların müxtılif funksiyaları yerinə yetirən müxtəlif subpopulyasiyaları vardır.Bu subpopulyasiyalardan biri B limfositləri ilə qarşılıqlı təsirdə olaraq onların bölünüb çoxalmasına və plazmatik hüceyrələrə çevrilməsinə köməklik edirlər. Sub populyasiyalardan digəri mononuklear faqositar hüceyrələr tərəfindən udulmuş patogenlərin faqositozunu gücləndirir.Bu tipli hüceyrələrə T — helper (T — köməkçi ) hüceyrələri deyilir.T limfositlərinin başqa bir populyasiyası isə orqanizmin virusla və patogen mikroorqanizmlərlə yoluxmuş hüceyrələrini tapıb məhv edirlər.Bu hüceyrələr T — killer ( və ya T sitotoksik ) hüceyrələr adlanır.Hər bir T limfositinin səthində B limfositlərində olduğu kimi özünəməxsus antigen tanıyan reseptorlar mövcuddur.B və T limfositlərinin oxşarlığı ondan ibarətdir ki, onların hər ikisi immunoqlobulinlər superfəsiləsinə aid molekullardırlar.Lakin B limfositlərindən fərqli olaraq antigenin T limfositləri tərəfindən tapılması yalnız onun fraqmentinin başqa hüceyrə səthində M H C molekulları ilə kompleks şəklində təqdim olunduğu halda baş verir. Təbii killerlər( TK) — B və — T limfositləri üçün xarakterik olan antigentanıyan reseptorlardan məhrumdurlar .Bu mənada onlara bəzən o — hüceyrələr də deyilir.Təbii killerlərin əsas funksiyası transformasiyaya uğramış ( o cümlədən şiş ) və virusla yoluxmuş hüceyrələri tapıb məhv etməkdir.Bundan əlavə , təbii killerlər orqanizmin M H C molekullarını qismən və tam itirmiş hüceyrələri də tapıb lizisə uğradırlar.Ölçülərinə görə təbii killerlər limfositlərdən təxminən 2 dəfə böyükdürlər.
Limfyord boğazı
Limfyord boğazı (Lim Fjord, Limfjorden) — Danimarkanın şimalında, Yutlandiya yarımadası ərazisində Şimal dənizi ilə Katteqat boğazını birləşdirən boğazlar şəbəkəsi. Boğazın uzunluğu 180 km təşkil edir. Boğaz əsasən göl tipli bitkilərlə örtülüdür. Limford Şimali Yutlandiya adasını Yutlandiya yarımadasından ayırır. Orta dərinliyi 3–5 m, maksimal dərinlik isə 24 m-dir. Limford boğazında 90-dan çox ada vardır. Ən iri adaları: Mors və Fur adası. Ən əhəmiyyətli limanı Olborqdur. Limford balıqçılıq rayonudur. 1825-ci ilə qədər Limford körfəz olmuşdur.
Sifoid meduzaları
Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar. Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.