Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Möhrdar
Möhrdar, yaxud möhrdar-i möhr-i hümayun – "əlahəzrət möhürünün mühafizəçisi". "Təzkirət əl-mülük"də göstərildiyi kimi, ilk dövrlərdə möhrdar böyük hörmət sahibi sayılırdı. O, vəzirlərin, mustoufilərin, kələntərlərin təyinatları (rəqəm) haqqında fərmanlara, həmçinin də əmirlərə, hakimlərə və b. bağışlanan soyurqallara, tiyullara aid olan sənədlərə "əlahəzrətin möhürünü" basırdı. İskəndər bəy Münşi belə bir xəbər verir ki, II Şah İsmayıl taxta çıxdıqdan sonra şahzadə İbrahim mirzəyə müraciə edərək deyir: "Sən cənnətməkan şah (yəni I Şah Təhmasib) üçün oğul kimi idin, bütünlüklə onun xidmətində olmusan və indi mənə qardaş kimisən. Eşikağasıbaşı (vəzifəsi) sənə yaraşmır". Buna görə də şah onu möhrdar təyin edir ki, "həmişə onun qarşısında oturub söhbəti və danışığı ilə onu şərəfyab etsin".
Mehrdad Bayrami
Mehrdad Bayrami - Azərbaycanlı İran futbolçusu.
Mehrdad Nuri
Mehrdad Nuri — İran futbolçusu, Traktor Sazi klubunun yarımmüdafiəçisi.
Mehrdad İzadi
Mehrdad İzadi (ing. Michael Mehrdad R.S.C. Izady; 1963) — kürd əsilli İran alimi. Onun maraq dairələri xüsusilə Yaxın Şərq və kürdlərdir. == Karyera == İzadi altı il Harvard Universitetində Yaxın Şərq Dilləri və Sivilizasiyaları Fakültəsində dərs demişdir. O, Yaxın Şərq və Cənub-şərqi Avropa mövzularında bir çox kitab və məqalənin müəllifidir. İzadi 2001-ci ildən Fordhem Universiteti, Nyu-York Texnologiya İnstitutu və Peys Universitetində müəllimidir. İzadi Laçın və Kəlbəcərin işğalında kürdlərin qovulmasına ermənilərin gətirdiyi arqumentləri rədd edərək belə bir ritorik sual verir: "Sən də, Ermənistan"? == Tənqidi == Erməni kürdşünas və İranşünas Qarnik Asatryan İzadinin kitabı olan "Kürdlər. Qısa əl kitabı" əsərini "fantasmaqorik" adlandırmışdır. İranşünas Riçard Folts qeyd edir ki, "Yəzdanizm adlı pankürd protodini müasir kürd alimi Mehrdad İzadinin uydurmasıdır".
Murdar (Həştrud)
Murdar (fars. مهردار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 306 nəfər yaşayır (50 ailə).
Mordad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Osmerus mordax
Asiya koryuşkası (lat. Osmerus mordax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin koryuşkakimilər dəstəsinin koryuşkalar fəsiləsinin koryuşka cinsinə aid heyvan növü.
Nataliya Morar
Nataliya Morar (rum. Natalia Morari 12 yanvar 1984, Hinçesti[d]) — The New Times jurnalının müxbiri və siyasi müşahidəçisi kimi tanınan moldovalı jurnalist və teleaparıcı. Morar 2007-ci ildə "Kremlin Qara Büccəsi" adlı qalmaqallı nəşri, Rusiyaya giriş üçün dörd illik qadağa ilə nəticələnir. 2010-cu ildən 2012-ci ilə qədər Moldaviyanın Publika TV televiziya kanalında "Fabrika" tok-şousunun aparıcısı olur. 2013-cü ildən 2017-ci ilə qədər "Siyasət" verilişinə, 2015-ci ildən 2017-ci ilə qədər TV7 telekanalında "İnterpol" verilişinə, 2017-ci ildən 2018-ci ilə qədər TV8 telekanalında "Siyasət" verilişinə aparıcılıq edir. 2018-ci ildən bəri televiziyada "Nataliya Morarın Siyasəti" verilişini yayımlayır. Nataliya Morar Moldova SSR-nin Kotov (indiki Hinçesti) şəhərində anadan olub. Ata aqressiv olması səbəbindən ana Nataliyanın dörd yaşı olarkən ondan boşanmaq qərarına gəlir. "Gaudeamus" rus-rumın litseyində oxuyan Nataliya 2002-ci ildə Moskvaya köçür. Burada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin sosiologiya fakültəsinə daxil olur.