Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərkid (Heris)
Mərkid (fars. مركيد‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 614 nəfər yaşayır (132 ailə).
Mərkid (Mərənd)
Mərkid (fars. مركيد‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,735 nəfər yaşayır (701 ailə).
Məkki ibn Əhməd ibn Sadəvəy əl-Bərdəyi
MƏKKİ BƏRDƏYİ — X əsri Bərdədə elmi intibah dövrü adlandırsaq, bizcə səhv etmərik. Göstərilən yüzillikdə burada yetişmiş alimlərdən Məhəmməd İbn Abdul- lanın, Əbubəkr Bərdəyinin, Əbdüləziz ibn-əl Həsən əl-Bərdəyinin, Əbu- səyid Əhməd ibn Hüseyn Bərdəyinin, Səid ibn Qasım Bərdəyinin, Mə- həmməd İbn Xalid Bərdəyinin, Əbülhəsən Əhməd ibn Ömər ibn Abdullah Bərdəyinin və digər görkəmli elm, sənət və peşə adamlarının adlarını çək- mək olar. O dövrün sadaladığımız alimləri içərisində öz elmi, savadı, bili- yi və saf məfkurəsi ilə böyük ad-san qazananlardan biri də Məkki ibn Əh- məd ibn Sadəvəy əl-Bərdəyi olmuşdur. Bu görkəmli alim IX əsrin sonu X əsrin əvvəlində orta əsr müəlliflərinin bu vilayətin Bağdadı adlandırdığı qədim tarixli Bərdədə anadan olmuşdur. İlk təhsilini də o Bərdədə, öz doğma şəhərində almışdır. Sonrakı illərdə isə gənc Məkki təhsilini davam etdirmək məqsədi ilə Şərqin mədəni mərkəzlərindən sayılan Bağdada get- mişdir. Bərdəli gənc Məkki ibn Əhməd bu böyük elm mərkəzində elmin bir çox sahələrini dərindən öyrənmişdir. Onun diqqətini daha çox o dövr əhalisinə sirr kimi görünən səma səltənəti və planetlərin hərəkəti qanu- nundan bəhs edən elm daha çox cəlb edirdi. Bunun xatirinə o astronomiya və nücum elmlərini dərindən öyrə- nir və təbii ki, xalq arasında onun qanunauyğun hərəkətindən söhbətlər açırdı. Yeri gəlmişkən qeyd etməliyik ki, təbiətşünaslığın bu obyektiv qa- nunlarını şərh etmək, ona ilahi sirr kimi baxan müsəlman şərqi adamlarına günəş, ay, zöhrə ulduzu və səma səltənətinin digər üzvlərindən söhbət aç- maq, onların əsrlərdən bəri qıfıllı qalan qapılarını açıb geniş dəhlizinə da- xil olaraq, o sirli-sehirli qanunu xalqa başa salmaq o qədər də asan iş de- yildi.
Bıçaq Mekki haqqında ballada
Bıçaq Mekki haqqında ballada (alm. Die Moritat von Mackie Messer‎, ing. Mack the Knife) — sözləri Bertolt Brextə, bəstəsi isə Kurt Yulian Vayla məxsus populyar ballada. Ballada əsasən Bertolt Brextin “Üç qəpiklik opera” pyesi üçün nəzərdə tutulmuşdur. 31 avqust 1928 ci ildə pyesin ilk tamaşasından sonra ballada məşhurlaşmış və günümüzə qədər bir çox ifaçıların repertuarlarında yer tutur. == “Üç qəpiklik opera” == Bıçaq Mekki haqqında ballada ilk dəfə “Üç qəpiklik opera” tamaşasında ifa edilmişdir. Moritat — bu orta əsrlərə aid bir ballada növü olub, ozanlar tərəfindən oxunardı. Mori “öldürücü, ölümcül”, Tat isə “fəaliyyət, əməl” deməkdir. “Üç qəpiklik opera” tamaşasının əvvəlində küçə xanəndəsinin dili ilə baş qəhrəman — Bıçaq Mekki tamaşaçılara təqdim edilir. Bu personaj Con Qeyin “Dilənçi opera”sındakı quldur Makxita obrazının yenidən işlənmiş versiyasıdır.