Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müctəba Cəbbari
Müctəba Cəbbari (fars. مجتبی جباری‎, 16 iyun 1983) — 1983-cü ildə İranın Tehran ostanının Rübat Kərim şəhərində anadan olub. Jəbbari əslən Ərdəbildəndir. Müctəba Cəbbari İstiqlal klubunun yarımmüdafiəçisidir. == Klub karyerası == === Erkən illər === Atasının İran İslam Respublikası Dəmir Yolları işçisi olduğu üçün Cabbari klub futboluna Rah Ahan üçün oynamağa başladı. Klubdakı məşqçisi Əhədi tezliklə “İstiqlal” gənclər komandasına keçdi və Cabbarı da özü ilə apardı. Təcrübə qazanmaq üçün onu Aboomoslem-ə icarəyə verdilər. O, Aboomoslem ilə Hazfi Kubokunun finalına çıxan komandanın bir hissəsi idi. === Esteğlal === Daha sonra 2005-06 mövsümündə möhkəm Esteğlala qoşuldu. [sitat lazımdır] O, həmin mövsüm komandaya çempionluq qazandırmağa kömək etdi.
Müctəba Minovi
Müctəba Minovi (fars. مجتبی مینوی‎) — İran tarixçisi, ədəbiyyatşünas. O, Tehran Universitetinin professoru olmuşdur. Minovi 1934-cü ildə Tehranda keçirilən Firdovsi minillik mərasimlərinin iştirakçısı olmuşdur. Müctəba Minovi 26 yanvar 1977-ci ildə, 73 yaşında Tehranda vəfat etmiş və Behişti-Zəhrada dəfn edilmişdir. O, bu qəbiristanlıqda dəfn edilən ilk şəxsdir.
Mürtəd Yulian
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. == Həyatı == Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər. Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir.
Mütə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. == Etimologiya == Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. == Haqqında nəql olunan kəlamlar == Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Mir Yəhya Müztər
Mir Yəhya Mir Mustafa oğlu Müztər (Təbriz) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Mir Yəhya Mir Mustafa oğlu Cənubi Azərbaycanın Zunuz qəsəbəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Müztər təzəllüsü ilə şeir yazırdı. Divanı Təbriz şəhərində çap edilmişdi.
Mütə döyüşü
Mütə döyüşü (ərəbcə: غزوة مؤتة) — Şərqi Roma İmperiyası ilə Müsəlmanlar arasında baş vermiş ilk müharibə idi. == Səbəbləri == İslam peyğəmbəri Məhəmməd böyük dövlətlərin hökmdarlarına elçilər göndərdi və onları İslama dəvət etdi. Bu səfirlərdən biri Haris bin Umayr, Bizans İmperiyasının Busra (Havran) valisinə göndərildi. Lakin Busra valisi Şurahbil elçini öldürdü. Bunu eşidən Məhəmməd Şürahbilin üstünə bir ordu göndərməyə qərar verdi. == Döyüş == Müsəlmanlar 3000 nəfərlik bir ordu qurdular. Ordu komandanlığı ilə əlaqədar Məhəmməd bu təlimatları verdi: "Zeyd bin Harisəni komandir təyin etdim. Zeyd bin Harisə şəhid olarsa, qoy Cəfər bin Əbu Talib onu əvəz etsin, Cəfər bin Əbu Talib şəhid olarsa, Abdullah bin Revaha onu əvəz etsin oda şəhid olarsa Müsəlmanlar öz arasından münasib birini seçib onu özlərinə komandir təyin etsin." Daha sonra Məhəmməd orduya qadınları, uşaqları və yaşlıları öldürməmələri lazım olduğunu söylədi; Ağacları, evləri və kilsələri məhv etməmələrini buyurdu. İslam Ordusunun Mədinədən yola düşdüyünü eşidən Şürahbil, Bizans İmperatoru I. İrakliyə bir məktub göndərdi. Bu vaxt, qardaşı Sedusun əmrində Vadi'l Kürə müsəlmanlarla görüşmək üçün göndərir.
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Martes
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Muryes
Muryes – Fransanın kommunası. == Əhali == Muryesin demoqrafik göstəriciləri: == Nəqliyyat == Kommunanın avtobus vasitəsilə şərqdən Arl, qərbdən Salon-de-Provansla nəqliyyat əlaqəsi var.
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Mureş
Mureş (judets) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Mureş (çay) — Şərqi Avropada 789 kilometr uzunluğunda çay.
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
Martes americana
Amerika dələsi (lat. Martes americana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.
Martes zibellina
Samur (lat. Martes zibellina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Təsviri == Samurun bədən uzunluğu 56 sm, quyruğu isə 20 sm-ə qədərdir. Xəzinin rəngi dəyişkəndir. Bəzi fərdlər demək olar ki, tamamən qara rəngdə olur. Bəzilərinin rəngi isə çox açıq, qumlu sarı və ya parlaqdır. Elə fərdlərdə vardır ki, arxa tərəfində tünd bir kəmər olan qəhvəyi ton, yan tərəflər isə nisbətən açıqdır. == Həyat tərzi == Sibir tayqasının xarakterik bir sakinidir. Çevik və ölçüsünə görə çox güclü yırtıcıdır. Yerüstü həyat tərzi sürür.
Murat Menteş
Murat Menteş (d. 1974, İstanbul), Türk şair və yazıçıdır. 2009-cu ildə nəşr olunan Korkma Ben Varım adlı romanı, Türkiyə Yazıçılar Birliyi (Türkiye Yazarlar Birliği) tərəfindən roman nominasiyasında mükafata layiq görülmüşdür. == Romançılığı == Menteş romanı Türkcə ədəbiyyatında çoxca qarşılaşılmayan qeyri-adi hadisələrlə doludur. Və bu qeyri-adi hadisələr, son dərəcə enerjili bir üslubla izah edilir. "Romanı, saatda 300 km. gedə bilən bir idman avtomobili kimi hazırlayıram. İstəyən oxucu yavaş gedə bilər, lakin sürətli oxunmaq üçün əlverişli bir izahatı mənimsəyirəm." — deyən yazıçı üçün sürət, romanın təməl daşlarından biridir. Buna görə də kitablarında uzun təsvirlərə yol verməz. Bu vəziyyəti, "Əvvəllər romançılar bir dağı ya da bir otağı detallı bir şəkildə təsvir edərkən bu gün vizual erada yaşadığımız və hər kəs hər şeyi gördüyü üçün təsvir, romanı kobudlaşdıran bir şeyə çevrilir." — şəklində açıqlayır.
Saxicola tectes
Reyunon çəkçəkisi (lat. Saxicola tectes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Martes foina
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Martes melampus
Yapon dələsi (lat. Martes melampus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Görünüşü == Yapon dələsinin xəzi sarı-qəhvəyidən tünd-qəhvəyi çaları arasında dəyişir. Üzərlərində ağ ləkələrə rast gəlinir. Digər dələlərdən demək olar ki, kəskin fərqlənmirlər. Quyruqları qısa və qalın yumşaq tükə malikdir. Bu canlıların uzunluqları 47–54 sm arasında dəyişir. Quyruqları isə 17–23 santımetrdir. Erkəklər dişilərə nisbətdə çəki baxımından ağır olur. Erkəklər 1,6 kq, dişilər isə 1,0 kq təşkil edir.
Aksel Munte
Aksel Martin Frederik Munte (31.10.1857, Oskarshamn – 11.2.1949, Stokholm) — İsveç həkimi, yazıçı. == Həyatı == 1857-ci ildə əczaçı ailəsində dünyaya gəlmişdir. 1874-cü ildə Upsala universitetinin tibb fakultəsinə daxil olmuşdur. Fakultənin ən parlaq və çalışqan tələbəsi olan Aksel Munte iki il sonra 1876 cı ildə ciddi xəstələnir. Həkimlərin qoymuş olduğu ağciyər qanaxması diaqnozundan sonra yeganə ümidlə cənuba, dəniz sahillərinə üz tutur. 1876-1878 ci illərdə Fransanın cənubunda, Monpele universitetində, 1878-1880 cı illərdə isə Paris universitetinin tibb fakultəsində təhsilini davam etdirərək, Fransada ən gənc diplomlu həkim olur. Hələ Parisdə oxuyarkən, işgüzarlığı, bilik və təcrübəliliyi ilə Jan-Martin Şarkonun diqqətini cəlb etmiş və onun rəğbətini qazanmış olur. 1880 cı ildə evləndikdən dərhal sonra Kapri adasına yaşamağa gedir. Onun peşəkar karyera nailiyyətləri özünə məxsusluğu ilə seçilir. 1881 ci ilin payızında Parisə dönərək avenyu Viledə öz praksisini açır.
Bos mutus
Yak (lat. Bos grunniens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Yakların hündürlükləri 2 metrə, çəkiləri 1000 kiloqrama çatır. Bədənləri uzun tüklərlə örtülü olur. Ayaqlarında, yanlarında da uzun tüklər olur. Yaklar Tibetdə dəniz səviyyəsindən 4000-6000 metr yüksəklik ərazilərdə çox az ərazidə yaşamaqdadır.
Mukeş Ambani
Mukeş Ambani (ing. Mukesh Ambani, hind. मुकेश अंबानी; d. 19 aprel 1957, Aden, Yəmən) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Industries Ltd"nin səhmdarı. == Həyatı == Mukeş Ambani 19 aprel 1957-ci ildə Yəmənin Aden şəhərində anadan olub. Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. O, böyük oğlu olan Mukeşə yüksək təhsil verir. Mukeş, Mumbay Universitetində tətbiqi kimya ixtisası üzrə bakalavr dərəcəsi alır. Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-yə gedir və Stenford Universitetində magistr dərəcəsinə yiyələnir, amma insult keçirmiş atasının xəstəliyi səbəbindən Mukeş təhsilini yarımçıq buraxib Mumbaya qayıdır və "Reliance Industries Ltd"də işə başlayır. Həmin dövrdə şirkət tekstil və lif istehsal edirdi, lakin Mukeş neft emalı ilə məşğul olmağı daha gəlirli hesab etdiyindən, şirkətin profilini dəyişmək qərarına gəlir.
Mureş (judets)
Mureş judetsi (rum. Județul Mureș) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 6714 km². Şərqdə — Xarqita, qərbdə — Alba və Kluj, şimalda — Bistritsa-Neseud və Suçava, cənubda — Sibiu və Braşov. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 581 759 nəfər təşkil edirdi, sıxlığı — 86,64 nəf./km². == İnzibati bölgüsü == Judetsə 4 bələdiyyə, 7 şəhər və 91 kommuna daxildir.
Mureş (çay)
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. == Fiziki xüsusiyyətləri == Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. == Region və şəhərlər == Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. == Tarixi == Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. == Qorunması == Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Mureş çayı
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. == Fiziki xüsusiyyətləri == Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. == Region və şəhərlər == Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. == Tarixi == Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. == Qorunması == Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Vania Muets
Wanja Mues (27 dekabr 1973, Hamburq) — (3 dekabr 1973, Almaniya, Hamburq) == Həyatı == Wanja Mues 3 dekabr 1973-cü ildə Almaniyanın Hamburq şəhərində olub. O, The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri ilə tanınan aktyor və rejissordur. 2004-cü ildən Julia ilə evlidir. Onların iki övladı var. == Fəaliyyəti == Aktyorluq karyerasına 1983-cü ildə "Storm, der Schimmelreiter" televizor filmi ilə başlamışdır. "Storm, der Schimmelreiter" filmində uğurlu çıxışından sonra 1984-cü ildə "Jokehnen" televizor serialında çəkilir. Beləcə peşəkar karyerasının əasını qoyur. Ümumilikdə 89 film və televizor seriallarında aktyorluq edir. Ən çox səs gətirmiş və tanınmağında pay sahibi olduğu işlər isə; The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri olmuşdur. Bunlardan əlavə 1996-cı ildə çəkilən "21/2 Minuten" televizor serialında uğurlu aktyorluğu sayəsində "Grimme" mükafatına layiq görülüb.
Mucəm əl-Buldan
Mucəm əl–buldan (ərəb. كتاب معجم البلدان) — coğrafiyaşünas və səyyah Yaqut əl–Həməvinin 1224-cü ildə yazmağa başladığı və 1228-ci ildə bitirdiyi coğrafi lüğət. Yaqut əl-Həməvinin “Mucəm əl-buldən” əsəri XIII əsrin əvvəllərində Qafqaz, eləcə də Azərbaycanda baş vermiş hadisələrin gərginliyini əks etdirməklə yanaşı, monqollaraqədərki bəzi məsələlər, bölgənin tarixi coğrafiyası və dövrün müsəlman aləminin görkəmli elm və mədəniyyət xadimlərinin fəaliyyəti ilə oxucuları tanış edir. Mürəkkəb siyasi şəraitdə meydana gəlmiş “Mucəm əl-buldən” əsərində Azərbaycanın və bütövlükdə Qafqazın siyasi-iqtisadi-mədəni həyatı haqqında qiymətli elmi materiallar yer alır. Əsər sözügedən ərazidə orta əsr şəhərlərinin ziyalı mühiti və Xilafət tərkibində olan ölkələrlə elmi-mədəni əlaqələrin öyrənilməsi, eyni zamanda bölgənin monqol hücumlarından əvvəlki və sonrakı vəziyyəti ilə bağlı müqayisəli təhlil aparılması baxımından da mühüm elmi əhəmiyyət kəsb edir. Tarixçi alim Nərgiz Əliyeva Yaqut əl-Həməvinin sözügedən əsərini geniş şəkildə tədqiq etmiş və 2020-ci ildə onun "Mucəm əl-buldən" əsərində Azərbaycan və Qafqaz" adlı monoqrafiyası nəşr olunmuşdur. == Xarici keçidlər == Jacut's geographisches Wörterbuch herausg. von F. Wüstenfeld (1870) Jacut's geographisches Wörterbuch herausg. von F. Wüstenfeld (1873) Предисловие // Якут аль-Хамави. Му'джам ал-Булдан — Алфавитный перечень стран (Материалы по Азербайджану).