Müxtəsər Ədəbiyyat Ensiklopediyası
Müxtəsər Ədəbiyyat Ensiklopediyası (rus. Краткая литературная энциклопедия) — "Sovet ensiklopediyası" nəşriyyatında 1962—1978-ci illərdə çapdan çıxmış 9 cildli ədəbi ensiklopediya. Əsas 8 cild 1962—1975-ci illərdə, əlavə 9-cu cild isə 1978-də çıxıb.
Ensiklopediyada 12 mindən artıq müəllifin məqalələri var (yazıçıların şəxsiyyətləri, dövrlərin tədqiqi, ədəbi terminlərin, cərəyanların, ədəbi qrupların, ədəbiyyatşünaslığın və mətbuatın xarakteristikaları və s.); əlifba göstəricisi 35 000-ə yaxın adların və terminlərin olduğunu göstərir. Tirajı 100 000 nüsxəyə çatmışdır.
Baş redaktor vəzifəsini SSRİ Yazıçılar İttifaqının katibi Aleksey Surkov tuturdu, faktiki rəhbərliyi isə baş redaktor müavini Vladimir Jdanov edirdi, 1969-cu ildə isə onu A. F. Yermakov əvəz etdi.
Birinci cildin ön söz bölməsində ensiklopediyaya "qısa" adının verilməsinin izahı belə verilib: "ədəbi biliklərin ətraflı toplusu deyil", həmçinin əlavə edilib ki, fundamental ədəbi ensiklopediyasının yaradılması "gələcəyin işi"di, lakin sonradan daha ətraflı ensiklopediya çap olunmadı.
Ümumiyyətlə ensiklopediya "yüksək peşekarlıq və səylə hazırlanmış nəşrdi".
Birinci cild.Aarne — Qavrilov 1962.
İkinci cild.