Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müdaxiləçilik (siyasət)
Müdaxiləçilik — hökumətin öz ölkəsində iqtisadi məsələlərə və ya başqa ölkənin siyasi məsələlərinə müdaxiləsi. Beynəlxalq münasibətlər kontekstində hərbi müdaxilə "hədəf dövlətdə siyasi hakimiyyət strukturunu müəyyən etmək məqsədilə hərbi heyətin tanınmış sərhədlərdən kənara çıxarılması" kimi müəyyən edilmişdir. Müdaxilə yalnız siyasi hakimiyyət strukturlarının dəyişdirilməsinə yönəldilə bilər, həm də humanitar məqsədlər, eləcə də borcların yığılması üçün həyata keçirilə bilər. Müdaxiləçilik Qərb dövlətlərinin xarici siyasətlərində, xüsusən Viktoriya dövründə və sonrasında böyük rol oynamışdır. Yeni imperializm dövrü Banan müharibələri də daxil olmaqla qlobal cənubda Qərb dövlətlərinin çoxsaylı müdaxilələri baş tutmuşdur. Müasir müdaxiləçilik Soyuq müharibə siyasətindən irəli gəlmiş, burada ABŞ və Sovet İttifaqı digər dövlətin orada saxladığı hər hansı təsirə qarşı çıxmaq üçün dünya ölkələrinə müdaxilə etmişdir. Tarixçilər qeyd ediblər ki, müdaxiləçilik ilə məşğul olan ölkələrin ictimai rəyi arasında bu mövzu həmişə mübahisəli siyasi məsələ olmuşdur. Aleksandr Dauns tərəfindən hazırlanmış məlumat toplusuna görə, 1816–2011-ci illər arasında xaricdən tətbiq edilən rejim dəyişikliyi nəticəsində 120 lider vəzifədən kənarlaşdırılmışdır. Karnegi Mellon Universitetinin professoru Dov Levin tərəfindən 2016-cı ildə aparılan bir araşdırmada müəyyən edilmişdir ki, ABŞ-nin 1946–2000-ci illər arasında xarici ölkələrdə keçirilən 81 seçkiyə müdaxilə etmişdir və bunların əksəriyyətində müdaxilə məxfi şəkildə həyata keçirilmişdir. Melissa M. Lee.
Emin Hüseynov (hüquq müdafiəçisi)
Emin Rafiq oğlu Hüseynov (4 dekabr 1979, Bakı) — azərbaycanlı jurnalist, insan hüquqları üzrə aktivist. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri. Azərbaycanda həbs olunmaqdan yayınmaq üçün, o, gizlənməyə məcbur oldu. Müəyyən müddətdən sonra Emin Hüseynov Azərbaycandan qaçdı və hal-hazırda İsveçrədə məcburi köçkün kimi yaşayır. Azərbaycanda baş verən böyük problemləri Avropa qurumlarında və məhkəmələrində dəfələrlə öz sübutu ilə açıqlamaya çalışıb. Emin Hüseynov 4 dekabr 1979-cu ildə Bakı şəhərində anadan olub. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində başa vurub. 2002-2005-ci illərdə Bakıda yerləşən Turan İnformasiya Agentliyində işləyib.[1] 2006-cı ildə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təsisçi üzvü və sədri oldu.[2][1] O, 2014-cü ildə gizlənənə qədər sədr vəzifəsində qalıb. 2008-ci ildə İTV telekanalının monitoru olub. 2010-cu ildə O, Objective TV-nin təsisçi üzvü və sədri oldu.[1] O, Amerika vətəndaşı olan Sarah Paulsworth ilə evlidir.[3] 2008-ci ildə Hüseynov dinc aksiyaların Azərbaycan polisi tərəfindən dağıdılması barədə məlumat verib.
Olqa Qorbunova (hüquq müdafiəçisi)
Olqa Aleksandrovna Qorbunova ( belar. Вольга Аляксандраўна Гарбунова; 7 may 1981) — belaruslu fəal, feminist, zorakılıq qurbanlarının və həssas sosial qrupların nümayəndələrinin hüquqları uğrunda mübarizə aparan, keçmiş siyasi məhbus. Qorbunova Belarusun Sosial Siyasət üzrə Birgə Keçid Kabinetinin üzvü, "Radislava" ictimai təşkilatının keçmiş rəhbəridir. 2003-cü ildə psixoloji təhsil alan Olqa "Radislava" qeyri-hökumət təşkilatınin qaynar xəttinin könüllüsü oldu. Daha sonra Olqa təşkilatın rəhbəri vəzifəsinə yüksəlib. Olqa Qorbunova "Radislava" komandası ilə birlikdə Belarusda məişət zorakılığının qarşısının alınmasına dair xüsusi qanunun qəbul edilməsini müdafiə edirdi. 2018-ci ildə “Respublika” yurnalına müsahibəsində Olqa Qorbunova bu haqda bunları deyib: "Məişət zorakılığı mövzusuna aid olan işlər ictimai xarakter daşımalıdır ki, həm cəmiyyət, həm də prokurorun təmsil etdiyi dövlət ittihamçı qismində çıxış edə bilsin. Yeni qanun universal olmalı və yaşından, cinsindən, yaşayış yerindən və ya müəyyən xəstəliklərin olmasından asılı olmayaraq, məişət zorakılığının qurbanını müdafiə etməlidir. Üstəlik, sənəddə real yardım tədbirləri olmalıdır". Bununla belə, Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun layihəsinin konsepsiyası Aleksandr Lukaşenkonun kəskin tənqidi ilə üzləşdi və onun üzərində iş dayandırıldı.
İtaliyada ilin ən yaxşı müdafiəçisi
Seria A İlin ən yaxşı müdafiəçisi (İtalyanca: Migliore difensore) mükafatı "İtaliya Futbol Assossasiyası" tərəfindən A Seriyasında çıxış etmiş ən yaxşı müdafiyəçiyə təqdim edilirdi. Belə ki, hər il baş tutan Oskar del Kalço mükafatlandırma gecəsində 2000-2010-cu illər aralığında bu müfakatda sahibinə təqdim edilirdi. 2011-ci ildən başlayaraq isə ən yaxşı müdafiyəçinin adı "Seriya A-da ilin ən yaxşı komandası"nın bir hissəsi kimi təqdim edilməyə başladı.
Seria A ilin ən yaxşı müdafiəçisi
Seria A İlin ən yaxşı müdafiəçisi (İtalyanca: Migliore difensore) mükafatı "İtaliya Futbol Assossasiyası" tərəfindən A Seriyasında çıxış etmiş ən yaxşı müdafiyəçiyə təqdim edilirdi. Belə ki, hər il baş tutan Oskar del Kalço mükafatlandırma gecəsində 2000-2010-cu illər aralığında bu müfakatda sahibinə təqdim edilirdi. 2011-ci ildən başlayaraq isə ən yaxşı müdafiyəçinin adı "Seriya A-da ilin ən yaxşı komandası"nın bir hissəsi kimi təqdim edilməyə başladı.